Bura bazardır, yoxsa? - İTTİHAM VAR
Bolge
Oxunub: 760
10 fev 2017 | 06:15
Bura bazardır, yoxsa? - İTTİHAM VAR












Azərbaycan Texnologiya Universitetinin (ATU) sabiq kafedra müdiri professor Cahangir Hacıyevin cənab prezidentə, təhsil nazirinə, universitetin rektoruna və redaksiyamıza ünvanladığı müraciətlərlə bağlı xeberinfo.com-da yer alan yazı gözlənildiyindən də geniş marağa səbəb oldu. “Texnologiya Universitetində “texnoloji yeniliklər”:professor “od püskürür”” sərlövhəli yazıda məlum müraciətlərin kiçik bir qismindən bəhs olunurdu. Yazıda yer alan sualları araşdırıb, qarşıdakı günlərdə mövzunu davam etdirəcəyimizə söz vermişdik. Bu istiqamətdə universitet rəhbərliyi nəinki telefonla danışmaq cəhdlərimizi, hətta rəsmi soğumuzu da cavabsız qoymaqdadır. Bu isə məlum qanunlara sayqısızlıqla bərabər, digər şübhələrə də yol açır...
Hörmətli professorun xeberinfo.com-a verdiyi müsahibənin də geniş rezonans doğuracağını gözləyirik:
Professor xahiş edirəm ilkin olaraq özünüz haqqında məlumat verəsiniz
Mən-Hacıyev Cahangir Əhməd oğlu 1984-cü ildən Moskva Tekstil İnstitutunun əyani aspiranturasını bitirdikdən sonra həmin ilin sentyabrından Azərbaycan Texnologiya İnstitutunun (indiki Universitetinin-ATU) dəvəti ilə Azərbaycan Yüngül Sənaye və Təhsil Nazirliklərinin qarşılıqlı razılığı əsasında, təyinatla assistent vəzifəsində müəllim kimi fəaliyyətə başlamışam. 33 il müddətində ATU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışam. Bu gün Azərbaycanda trikotajın texnologiyası mütəxəssisi kimi ilk və yeganə texnika elmləri doktoru və professoram.
Professor Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələrin sayının ilbəil azalması hansı səbəblərdəndir?
Bu çox ağrılı sualdır. Təəssüf ki, universitet rəhbərliyinin tədrisin təşkili və idarə edilməsində yol verdiyi yarıtmaz fəaliyyəti universitetə ictimai marağın azalmasına və beləliklə də tələbə kontingentinin sayının aşağı düşməsinə səbəb olmuşdur. 2016-2017-ci tədris ilində universitetin qəbul planı 40% civarında yerinə yetirildi. Bu əvvəlki illərlə müqayisədə çox aşağı göstəricidir.
13 mart 2013-cü ildə universitetə rektor təyin olunan Akif Süleymanov fəaliyyətinin ilk ilində tədris və elmi işlər üzrə prorektor vəzifələrinə təcrübəli kadrları gətirməklə rəhbərliyə yeni nəfəs verdi. Universitetdə yeni kafedralar, şöbələr və tədris laboratoriyaları yaradıldı, yeni ixtisaslar alındı. İstehsalatla tədris-elmi əlaqələr gücləndirildi. Rektorun rəhbərliyinin birinci ili tələbə qəbulu artaraq 677 nəfər, ikinci ili isə əksinə, 540 nəfər, üçünçü ili isə 426 nəfər təşkil etdi.
Tələbə qəbulunun azalmasının iki əsas səbəbi var idi: birincisi, hər tədris ilinin sonunda aparılan kadr dəyişikliyi, ikincisi isə 2015-ci ilin fevralında Maliyyə Nazirliyinin universiteti yoxlaması nəticəsində aşkara çıxarılan, analoqu olmayan maliyyə fırıldaqlarına ictimaiyyətin təpkisi, etirazı idi. Aydındır ki, ölülərin, işdən çıxarılmış şəxslərin, tələbələrin və s. adamların adlarına maaş yazılıb mənimsəmə faktı olan universitetdə tələbənin oxumaq istəməsini gözləmək absurddur.
Qısa müddətdə bir necə milyon manat pulu talan edilən universitet barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılan 152026104 saylı cinayət işində 400-ə yaxın müəllim-tələbə kontingenti şahid qismində izahat verib. Bu vəziyyətdə universitetin və rəhbərliyin nüfuzunun hansı səviyyədə olmasını özünüz təsəvvür edin. Hal-hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində müvafiq cinayət işi üzrə məhkəmə prossesi gedir. O da maraqlıdır ki, hələlik cavabdeh qismində bir mühasib və bir fəhlədir(!?).
2016-2017-ci tədris ilinin qəbulunun təxminən 40 % həddinə düşməsinin səbəbi həm də rektorun 2015-ci ilin avqustundakı kadr dəyişikliyində yol verdiyi yanlışlıqların nəticəsidir.
Konkret olaraq, hansı kadr dəyişikliyini nəzərdə tutursunuz?
2015-ci ilin fevralında universitetdə aparılan yoxlamanın nəticələrindən kollektiv şoka düşmüşdür. Talan bir neçə milyon manat təşkil edirdi...
Bu hadisələrdən sonra rektor Akif Süleymanov 4 dekandan, mühüm şöbə müdirlərindən işdən çıxmaq barədə ərizə alıb, müalicə üçün xaricə getdi. 2015-ci ilin 6 avqustunda isə geri qayıdan rektor özü ilə, boşaldılmış yerlərə Fəttullah Gülənə məxsus Qafqaz Univeritetində və türk liseylərində çalışmış və ya təhsil almış, onlarla əlaqəsi olan təcrübəsiz, ixtisasları texnologiya universitetinin profilinə uyğun olmayan sosioloq Vüqar İsmayılovu tədris işləri üzrə prorektor, bələdiyyəçi Səbuhi Yusifovu elmi işlər üzrə prorektor, tarix müəllimi Piri Axundovu tədris şöbəsinin müdiri (bu “görkəmli mütəxxəsis” indi universitetdə təlim-tərbiyyə işləri üzrə prorektor vəzifəsinə oturdulub), ilahiyyatçı Nofəl Salmanov İnsan Resursları şöbəsinin müdiri, Nicat Nəsirli və Hüseyn Azər dekan və sair müxtəlif vəzifələrə təyin olundular. Vaxtı ilə Fətullah Gülənin Qafqaz və digər universitetləri, o cümlədən liseylərində təhsil almış və ya oralarda çalışmış 100-ə yaxın “görkəmli kadr”ların 2015-ci ilin 6 avqustundan bəri Azərbaycan Texnologiya Universitetinə yığılmaları hansısa gizli bir proqramın icrası kimi görünür.
Texnologiya Universitetində “texnoloji yeniliklər”:
Professor, Qafqaz Universiteti reytinqi yüksək sayılan ali məktəblərin sırasında olub. ATU-ya Fətullah Gülən məktəblərindən gətirilən kadrların səviyyələri necə...?
Baxın, tədris prorektoru V.İsmayılov bu vəzifəyə təyin ediləndə Qafqaz universitetində cəmi bir il baş müəllim olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin politologiya ixtisasının əyani şöbəsini bakalavr kimi bitirib. 2001-2003-cü illərdə eyni fakültədə “İdarəetmənin sosiologiyası “ ixtisası üzrə magistaturada təhsil alıb. 2009-cu ildən Qafqaz Universitetində “İqtisadiyyatın idarə edilməsi” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” kafedrasında “Müəssisələrin təşkili və idarə edilməsi” ixtisası üzrə doktorantura təhsili alıb. 2013-cü ilin iyun ayının 24-də “Dissertasiya işi”ni müdafiə edərək 5312.01-“Sahə iqtisadiyyatı” ixtisasından iqtisadiyyat üzrə fəlsəfə doktoru “elmi dərəcəsini” alıb.
Diqqət etdinizsə, əvvəlcə politoloq, üstəgəl sosioloq olan V.İsmayılov Qafqaz universitetində “Biznesin təşkili və idarə edilməsi” kafedrasında “Müəssisələrin təşkili və idarə edilməsi” ixtisası üzrə doktorantura təhsili alır. Sonunda “İstehsalın ərazi və sahəvi idarəetmə quruluşunun təkmilləşdirilməsi məsələləri (aqrar sahənin materialları əsasında)” 5312.01-“Sahə iqtisadiyyatı” ixtisasından fəlsəfə doktoru dissertasiyası müdafiə edir(?)
Sual olunur: birincisi, təhsil almadığı ixtisas üzrə doktoranturaya imtahanı o necə və hansı biliklə verib? İkincisi, ayrı ixtisas üzrə doktorantura “təhsili alan” V.ismayılov kənd təsərrüfatına aid mövzu ilə, tamam başqa bir iqtisadiyyat sahəsi üzrə dissertasiyanı Qafqaz Universitetində necə yazdı? Bəs o, təhsil almadığı ixtisas üzrə minimum imtahanını necə və hansı biliklə verdi? V.İsmayılovun ixtisas hazırlığı ardıcıllığını izləyəndə görünür ki, o, dissertasiyanı özü yaza bilməzdi və yazmayıb da. Nə doktoranturaya qəbul zamanı, nə də müdafiədən qabaq politoloq-sosioloq, təcrübəsiz V.İsmayılovun oxumadığı və bilmədiyi iqtisadiyyat ixtisasından özünün sərbəst imtahan verməsi absurddur. Əgər onun həqiqətən iqtisadiyyat üzrə elementar-üçlə oxuyan bakalavr səviyəsində biliyi olsaydı ATU-da iqtisadiyyat kafedralarının birində işləyərdi. O isə əksinə ilyarım müddət ərzində gah “Fəlsəfə və tarix”, gah da “İnzibati idarəetmə” kafedralarındaözünə yer eləməzdi. O, kafedralardan götürdüyü və bilmədiyi dərslərin tədrisini laborantlara həvaə etməsi onun ixtisas-elmi səviyyəsinin aşağı olması ilə bağlıdır.
V.ismayılovun dissertasiya işini vərəqləyəndə də aydın görünür ki, onun “dissertasiyası” çox bərbad vəziyyətdədir. “Görkəmli alim” in səhifə 2-də düzgün tərtib etmədiyi “Mündəricat” yazmağı belə unutduğu “dissertasiya”nı necə “yazdığı” və “müdafiə etdiyi” aydınlaşır. “Mündəricat”da “Giriş” və hər fəsildən sonra yazılmalı olan müvafiq fəsilin nəticələri yoxdur. Birinci fəsilin sonunda “dissertasiya”da həlli vacib olan məsələlər öz əksini tapmayıb. “Müəllif” bəzi şəkillərin altında şəstlə yazır ki, məsələn, səh. 17-də “Sxem 1.2. Aqrar sahənin dövlət tənzimlənməsi. Mənbə: internet materialları əsasında müəllif tərəfindən hazırlanmışdır. (Elə bu fakt özü göstərir ki, dissertasiyanı V.İsmayılov yazmayıb. Belə çıxır ki, o təkcə müəlliflik etdiyi sxemləri işləyib.) Bu cür şəkilaltı yazılar 52, 67, 77 və s. səhifələrdə də var. Doğurdanmı, sxem 1.2, 1.3-ün tərtibatlarındakı qüsurları “müəllif”, elmi rəhbər, müdafiə şurasının üzvləri, AAK-da ekspert şurasının üzvləri görmədilər?
Elə səhflər var ki, böyük bir abzas bir-iki söz dəyişməklə-bir necə dəfə təkrarlanaraq səhifə sayını artırmağa xidmət edib. Elmi baxımdan V.İsmayılovun “yazdığı dissertasiya” ATU-da vaxtı ilə təhsil alan ən zəif tələbənin hazırladığı kurs işi səviyəsindən də aşağıdır. (Əgər “müəllif” mənim fikirlərimlə razılaşmasa universitetdə olan magistr işlərinə baxıb, özününkü ilə müqayisə edə bilər.) Bu biliklə əlbəttə V.İsmayılov tələbə və magistrlərin qarşısına çıxıb dəsr demək iqtidarında deyil. Prorektor Vüqar İsmayılovun özü yazmadığı “dissertasiya işi” ləğv olunmalıdır.
Bunlardan əlavə, V.İsmayılov dosent elmi adı almaq üçün yazdırdığı dissertasiya işi kimi tələm-tələsik, eyni bir kafedrada bir il işləmədən, hər hansı bir kafedrada və universitet elmi şurasında sənədləri müzakirə edilmədən, görəsən hansı kafedra üzrə dosent elmi adını almaq üçün sənədlərini AAK-na təqdim edib? Bu sayqısızlıq və tələsikliyin səbəbi nədir???
V. İsmayılov universitetdə analoqsuz “tərbiyə” nümayiş etdirən bir prorektor kimi də tanınır. Hamı yaxşı bilir ki, dekanlara və bəzi müəllimlərə dediyi “əl danasından öküz olmaz” və ya “...getdilər süləndilər gəldilər” ifadələrinin müəllifi də odur. Onu da yaxşı bilirlər ki, universitetdə Ulu Öndər Heydər Əliyev muzeyində özünə və nurçu dostlarına ad günü keçirən, Heydər Əliyevin portretinin üstünü örtüb qarşısında nurçularla şəkil çəkdirən də yenə V. İsmayılovdur. Rektor Akif Süleymanov bilmirmi ki, belə adama müsbət xasiyyətnamə verib, onun sənədlərinin dosent elmi adı almaq üçün AAK-na təqdim etmək böyük yanlışlıqdır. Doğurdanmı, yenə rektorun universitetin maliyyə talanında olduğu kimi, V. İsmayılovun sərgilədiyi “tərbiyə nümunələrindən” də “xəbəri” yoxdur. Yoxdursa...
Müsahibənin davamı olacaq.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO