Göyçayda sürücü ölümcül döyüldü, rəis müavini onu şantaj etdi - Təfərrüat
Bolge
Oxunub: 778
10 fev 2017 | 07:15
Göyçayda sürücü ölümcül döyüldü, rəis müavini onu şantaj etdi - Təfərrüat












Göyçay sakini Əliyev Əhliman Loğman oğlu Politika.Az-a şikayət məktubu göndərib

Onun sözlərinə görə, idarə etdiyi avtomobilin gecə saat 02:30 radələrində bir qrup şəxs tərəfindən saxlanılıb və onlar tərəfindən döyülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş haqqını tələb edir. Ə.Əliyev deyib ki, həmin şəxslər məhz polis əməkdaşları tərəfindən himayə olunur.

Şikayətçi bildirib: “Mən Göyçay rayon Sanitar İdarəsində baş nəzarətçi vəzifəsində çalışıram. 07 fevral tarixində gecə təxminən 02:30 radələrində iş yoldaşlarımla məişət tullantılarının təmizlənməsi ilə məşğul idim.

Bu zaman idarə etdiyim avtomobilin qarşısı 5 nəfər tanımadığım şəxs tərəfindən kəsilərək məni zorla avtomobildən düşürüb döyməyə başladılar. Sonra üst-başımı axtarıb maşınımı qaçırtmaq istədilər.

Həmçinin əlimdə olan mobil telefonu zorla almağa çalışarkən mobil telefonumu yararsız hala saldılar. Bir neçə dəqiqə sonra məndən arxada gələn avtomobildəki iş yoldaşlarım özlərini köməyə çatdırdılar”.

Ə.Əliyev deyib ki, elə həmin vaxt ərazidə xidmət göstərən Polis Post Patrul Xidməti də hadisə yerinə yaxınlaşıb: “Vəziyyəti çətin görən soyğunçular hərəsi bir tərəfə qaçmağa başladılar. Polis nəfərləri isə onlardan birini həbs edərək polis şöbəsinə apardı.

Sifət nahiyəmdə xəsarətlərin olmasına görə həmin gün səhər saatlarında tibbi ekspertizaya gedib müayinə olundum və xəsarətlər qeydə alındı. Az sonra xəbər tutdum ki, polis şöbəsinin əməkdaşları digər qrup üzvlərini tutmaq əvəzinə saxlanılmış şəxsi də azad ediblər.

Həmin gün özümə hücum etmiş şəxslərin kimlikləri barəsində araşdırma aparamağa başladım. Məlum oldu ki, onlardan biri narkotik alveri ilə məşğul olan Göyçay sakini Novruzov Faiq Çingiz oğludur.

F.Novruzovun əvvəllər də bu cür cinayətlərlə məşğul olduğu və polislər tərəfindən himayə olunduğu ortaya çıxdı. Məhz elə bu səbəbdən Göyçay Rayon Polis Şöbəsinə saxlanılaraq aparılmış F.Novruzov bir neçə saat sonra azad olunub”.

Vətəndaş Politika.Az-a bunları yazıb: “Göyçay Rayon Polis Şöbəsinin rəis müavini Rövşən Babayevə nəyə görə cinayətkar barəsində tədbir görülmədən azad edilməsini sual etdim. O, cavabında bildirdi ki, “biz öz işimizi yaxşı bilirik” və məni şantaj ilə hədələməyə başladı.

Son olaraq mənə bildirdi ki, “əgər bu barədə sən başqa yerlərə də müraciət etsən atana məxsus olan evi pozğunxana kimi qələmə verəcəyik”. Rəis müavinin böhtan ataraq məni və atamı şərləmək istəməsinə mat qaldım.

Bu qədər qanunsuzluğa yol verən polis əməkdaşı təsadüfi bu vəzifəyə çatıb yoxsa əzəldən bu tip formalaşıb deyə düşündüm. Ona qısa etirazımı bildirib polis şöbəsini tərk etdim.

Bütün aidiyyyatı orqanlardan xahiş edirəm ki, məni soymaq istəyən quldur dəstəsi və onları himayə edən rəis müavini Rövşən Babayevin qanunsuz əməlləri barədə ciddi tədbirlər görülsün”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!