SOS: Bərdə səhiyyəsində gestapo, girov, işgəncə, soyğunçuluq, uşaq ölümü - Araşdırma/Video
Bolge / Video
Oxunub: 1 098
15 fev 2017 | 05:57
SOS: Bərdə səhiyyəsində gestapo, girov, işgəncə, soyğunçuluq, uşaq ölümü - Araşdırma/Video






Bərdə Rayon Mərkəzi Xəstəxanası (RMX) gestapo və Quantanamoya çevrilib. Ölkə səhiyyəsi adına rəzalət olan bu tibb müəssisəsində xəstələr girov saxlanır, başlarına olmazın müsibətlər gətirilir, tibbi işgəncələr verilir, yaxınları soğan qabığı kimi soyulur.

Səhiyyə Nazirliyinə həyəcan təbili çalan Bərdə sakinlərinin fəryadını eşidən yoxdur. Nazir Oqtay Şirəliyev Bərdə RMX-da baş verənlərə şahid olsa və yoxlama aparılsa tibb ocağının qəssabxanaya, sallaqxanaya, morqa çevrildiyini görəcək.

Respublikanın heç bir regional xəstəxanasında Bərdədə olduğu kimi, dəhşət və acınacaqlı vəziyyət hökm sürmür. Hətta iş o yerə çatıb ki, baş həkim Rəna Mustafayeva nazirliyin “Qaynar xətt”ində də özünə adamlar tapıb.

Nazirlikdə çalışanlar Bərdədən gələn şikayətləri ya qeydə almır, ya da yaddaşda saxlayır, təkrar zəng gələndə imtina olunur. Əsirlikdə qalmış adamları xatırladan bərdəlilər və burada yaşayan məcburi köçkünlər R.Mustafayevanın girovluğundan qurtula bilmir.

Bərdə RMX-da özbaşınalıq, laqeydlik, rüşvət, şəraitsizlik, xəstələrdən pul qoparmayınca evə buraxmamaq, özəlliklə doğum şöbəsində biabırçılıq yaşanır. Bir müddət əvvəl doğum şöbəsindən kadrlar da təqdim etmişdik.

Şöbənin baş həkimi Tünzalə Quliyevanın rəhbərlik etdiyi doğum evində xəstələrin başına müsibət gətirilir, rüşvətxorluq, özbaşınalıq, dərəbəylik, yiyəsizlik hökm sürür.

Doğum evində biabırçı kadrlarda ən çox baş həkim Tünzalə Quliyevanın, Kifayət və Xuraman adlı həkimlərin adı hallanır. Onun vətəndaşlara qarşı kobud davranışı, pasientlərə əl qaldırması, fiziki zorakılıq göstərməsi lentə alınıb.

Videoların yayımlanmasından sonra redaksiyamızla əlaqə saxlanıb kadrların silinməsi tələb olunub.

Bunun keçərli olmadığını görəndə Rəna Mustafayeva və Tünzalə Quliyeva şöbədə toplantı keçirib, istintaq hərəkətləri aparıb, görüntüləri kimlərin çəkib yaydığını aydınlaşdırmağa çalışıb.

Ardınca əməkdaşımıza zəng edən Zaur adlı şəxs bildirib ki, baş həkim kadrların yayılmasına görə onun həyat yoldaşından şübhələnir.

Baş həkim tədbir görmək, neqativ halları aradan qaldırmaq və problemləri həll etmək yerinə “cani” axtarışına çıxıb. Fakt isə faktlığında qalır: Bərdə RMX-da və əsasən də doğum şöbəsində qəssab xidməti göstərilir.

Bundan əlavə, Rəna Mustafayevanın adı hesabat adı ilə işçilərdən 500 manat yığmaqda, tender oyunlarında, tibbi ləvazimatların apteklərə satılmasında, qida məhsullarının bazarlığında hallanıb.

Mətbuatı qərəzli və qeyri-dəqiq informasiyalar yaymaqda ittiham edən nazirlik yaxşı olar ki, Bərdə rayon Doğum Evində baş verənlərdən agah olsun.

Hər halda bu rüsvayçı vəziyyətin yaranmasının səbəbkarı media yox, nazirliyin laqeyd münasibətidir. Bərdə doğum şöbəsində bir neçə uşaq həkim səhlənkarlığından dünyasını dəyişib.

Politika.Az faktları təqdim edir: rayonun Şatırlı kənd sakini İlahə Ağarza qızı Qasımovanın Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı ölüb. Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Doğuşdan 5 gün sonra isə körpənin meyiti onlara təqdim olunub.

Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia edirlər. Ağdam rayon Paşabəyli kənd sakini, 30 yaşlı Sevinc Əli qızı Quliyeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Doğuş çətin olduğundan ananın həyatını xilas etmək üçün cərrahiyyə üsulu həyata keçirilib. Lakin uşağın həyatını xilas etmək mümkün olmayıb. Sevinc Quliyevanın qayınanası Pəri Quliyeva qeyd edib ki, onun nəvəsi həkim məsuliyyətsizliyindən tələf olub.

Yevlax rayon sakini 25 yaşlı Aynur Məhərrəm qızı Manafova Bərdə Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. O, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb. Bu, mərhum ananın ikinci doğuşu olub. Hadisə qeysəriyyə əməliyyatı zamanı baş verib.


Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO