Cənab Prezident İlham Əliyevin diqqətinə - Sabirabad
Bolge
Oxunub: 850
16 fev 2017 | 13:22
Cənab Prezident İlham Əliyevin diqqətinə - Sabirabad









Bu gün Sabirabadda hamını düşündürən cəncəl bir məsələ var. Bu cəncəlidə Başçı Nazim İsmayılov yaradıb. Heçkimin uzun illər Göyçayda, Şamaxıda Başçılıq edən bu şəxsin bu böyüklükdə cinayətə gedəcəyinə və üstəlik bilərəkdən ictimai-siyasi vəziyyəti gərginləşdirəcəyinə inanmağı gəlmirdi. Ancaq FAKT-FAKTDIR. İndi hər şey ortadadır. Əhali Nazim İsmayılovun bu ­təmənnalı hərəkətini dövlətə sarsıdıcı zərbə hesab edir.

Ötən ilin yanvarında o yeni yaranan təhsil üzrə 12 saylı regional maliyyə idarəsinə Elxan Əsədovu “seçib” müdir qoydu. Özü də özünün birinci müavini rayonda “kolxoznik” kimi tanınan Həsən Həsənovun və Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanovun əli ilə. Birinci onu deyək ki, Elxan bu işə gələnə qədər mədəniyyət şöbəsində Əhməd Ramazanovun baş mühasibi olub.

Əslində Elxan Əsədov kimdir? 1952-ci ildə anadan olub. 1970-1972-ci ildə Bakı maliyyə kredit texnikomunda oxuyub, əvvəl mərkəzi xəstəxanada mühasib işləyib, oradan qovulduqdan sonra biraz tikinti sahəsində çalışıb. 1984-cü ildən isə Mədəniyyət şöbəsində mühasib işinə ­gəlib.

Başçı İsmayılovun sayəsində o, ötən ilin yanvarında yeni mərkəzə müdir gələnədək həmin vəzifədə çalışıb. Amma 20 ildən çox bir müddət ərzində bu dövlət vəzifəsində baş girələməsinə baxmayaraq o YAP-çı olmaqdan imtina edib. Bunun da səbəbini Sabirabadda hamı bilir ki, Elxan müxalifətin dəyirmanına su tökənlərdəndir. İqtidarın arxasınca asıb-kəsənlərdən bəlkə də birincisidir . Rayona gətirilən yeganə “Azadlıq” ancaq ona verilib. Bəs neçə oldu ki, YAP siyasi şurasının üzvü Nazim İsmayılovun “saqqızını” oğurladılar. O Elxanın yaşının 65-ə az qalmasını və YAP-çı olmamasını qulaqardına vurdu. Üstəlik ali təhsil diplomuna da fikir vermədi. Başqa vaxt “ancaq dövlət ali məktəblərini bitirənləri işə qəbul edirik”, – deyən Nazim İsmayılov bu dəfə Elxanın “ali təhsil diplomu ”na heç baxmadı da. Ancaq o da yaxşı bilir di ki, Elxanın qiyabi “oxuduğu” Cənubi Rusiya Humanitar İnistitutunun Bakı filialı olmayıb və bu gündə yoxdur. Ümumiyyətlə bu adda məktəb Azərbaycanda nə dövlət qeydiyyatına alınıb nədə binası olmayıb.

Bütün bunlara baxmayaraq Nazim İsmayılov 65 yaşlı birisini təqaüdə göndərmək əvəzinə, ali təhsil diplomunun saxta olduğunu bilə-bilə, üstəlik həmişə YAP-a rixşənd edən müxalif fikirli birisini böyük vəzifəyə gətirdi. Bax belə yerdə qırmızı xoruzun quyruğu görünür. Deməli arada külli miqdarda, Elxanın qohum-dost yanında hökülləyib dediyi kimi 100 min manatlıq rüşvət dayanır.

Sabirabadda camaat Nazim İsmayılova “TOZSORAN” ləqəbi verib. Bu da təsadüfi deyil. O , hər şeyə 20-30 manata da tamah salandır. Göyçayda, Şamaxıda , Bakıda topdağıtmaz əmlakları, balta kəzməz dollarları olması onun yenə gözünü doydurmur. O Elxanın uzun illər kitabxanaçılardan çırpışdırdığı karrıca haram pulundan əlçəkə biməzdi. Bu dəfə o Sabirabadın ən böyük Nizami Gəncəvi adına orta məktəbinə, həmin məktədə vur-tut 5 ay işləmiş onun qızı Könülü direktor təyin etdi. Qızın tanış-biliş yanında həmişə eşitdirdiyi kimi 30 minə. İndi həmin məktəbdə necə deyərlər papaq götür qaçdı. Təhsil şöbəsinin 50 metrliyində yerləşən bu­ məktəbdə təhsil arxa plana keçib. Valideynlər uşaqlarını digər şəhər məktəblərinə keçirirlər.Könül ağır nevroz xəstəsidir.O bu səbəbdən yuxu gətirici psixrotop dərmanlardan isdifadə edir.Özünnən asılı olmayaraq başı əsir, vaxtsız yuxuya gedir.Onun bir müddət rayonun mədəniyyət sarayında keçirilən dövlət əhəmiyyətli tədbirlərin birində yatdığı yerdə foto şəkili çəkilmişdi.Həmin şəkili sizə təqdim edirik. Psixoloji problemləri olan bu xanım heç təhsilin müdiri Pəhlivan Qarayevi də vecinə almır. Bəl­kə doğru da edir. Axı Pəhlivanın da “pəhlivan”lığı yoxdur, yəni nə ətdir, nə də balığ. Yaxşı bilir ki, Başçı İsmayılov atası Elxanın və onun qarşısında gözükölgəlidir. Niyə də etməsin çünki­ Başçı onu qəbul edəndə “Get o məktəbi sənə verdim” demişdi. O da dədəsinin mülki kimi bildiyini edir. Üstəlik əri Azər Ağayevə də iş aldılar. Onu S.Vurğun adına şəhər məktəbinə təsərrüfat işləri üzrə direktor müavini təyin etdirdilər. Azəri hamı qatı müxalifətçi kimi tanıyır, o bütün seçkilərdə Cəmil Həsənlinin, Əli Kərimlinin, İsa Qəmbərin müşahidəçisi olub. 2015-ci ildə Milli məclis seçkilərində P.Hüseynin katibiliyini edib. 63 saylı dairənin 6 saylı şəhər seçki məntəqəsində YAP-çılara qan uddurub. Onun vəzifəyə gətirilməsinin lap ağ oldugunu bir aydan sonra bildilər və qorxub tez onu həmin işdən kənarlaşdırdılar. Ancaq Elxan o biri yez­nəsini Mədəniyyət və Turizm şöbəsindəki köhnə yerinə-baş mühasibliyə gətirə bildi. Bax bu yerdə deyiblər ey “Yaxşı dayıya eşq olsun!” Qısa sözlə desək Nazim İsmayılov 2005 ci ildə Sabirabadın İcra başcısı olmuş Əşrəf Məmmədovun hərəkətlərini təkrarən yerinə yetirib.Qeyd edək ki Əşrəf Məmmədov 2005 ci il parlament seçkiləri zamanı Yapa xəyanət edərək Müxalifətin deputatlığa namizədini təbliğ etdirərək parlamentdə otuzdurmuşdu.Eyni zamanda o xeyli müxalifət tərəfdarlarına vəzifə vermişdi.Bütün bunlar aşkara çıxandan sonra Prezdent İlham Əliyev onu vəzifəsindən azad etdi.

Deyirlər sən saydığını say gör Nazim İsmayılov nə sayır. Bu saxtakarlığı, dəfələrlə onun nəzər-diqqətinə çadırdılar. İnformasiya saitləri qalaq-qalaq məlumatlar verdilər. Ancaq deyilən­ sözləri, fikirləri, açıq tənələri o bu qulağından alıb o birindən buraxdı. Amma o bir oyunbazlıq etdi. Qoyduğu ata-bala “kadr ”ları müxalifət damğasından qurtarmaq üçün onları YAP-a qaynaq etdirdi. Özüdə hər ikisini bir gündə, ötən ilin mayında Elxan və qızı Könülün adlarını iqtidar partiyasına yazdırdı.

Budur Nazim İsmayılovun dövlətə xidməti?!

Ümummilli liderimiz Heydər Əliyev belələrinə xitabən demişdi: “ Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir”.
Sabirabad Sakinləri
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb