Elxan Usubov Şəkini necə xarabaya çevirir... - İTTİHAM VAR
Bolge
Oxunub: 938
22 fev 2017 | 06:46
Elxan Usubov Şəkini necə xarabaya çevirir... - İTTİHAM VAR









İcra başçıları xırda mağazalardan tutmuş iri torpaq sahələri, obyektlərin satışına və istifadəsinə qədər bütün sahələrə əl qoyurlar.
Araşdırdığımız məlumatlara görə İDDİA OLUNUR ki, Şəki şəhərinin icra başçısı Elxan Usubovun belə icra başçılardandır. Belə ki, Azərbaycanın tarixi şəhərlərindən sayılan, ilin bütün fəsillərində xarici qonaqları olan Şəki şəhəri həmişə hökümətin diqqət mərkəzində olub. Şəhərin tarixiliyinin qorunması istiqamətində dəfələrlə dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Statistik rəqəmlərə görə, son iki ildə Şəki şəhərinə təxminən 10 milyon manatdan çox maliyyə vəsaiti ayrılıb. Amma gəl ki, bu pulların hara və necə xərcləndiyi bəlli deyil.
5 ilə yaxın Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı olan, rayondakı problemləri bir az da dərinləşdirən Elxan Usubov 2011-ci ildə Şəki şəhərinə icra başçısı təyin olundu. Elə Şəkinin ağır günləri də bundan sonra başlayıb.
Rayodakı sahibkarlardan daxil olan məlumatda deyilir ki, rayondakı abadlıq-quruculuq işləri üçün pul verməkdən beziblər. Dövlət büdcəsindən ayrılan vəsaitin hara xərcləndiyi bəlli deyil.
Məlumatda qeyd olunur ki, Elxan Usubov rayonun idarəsini müavini Həsən Həsənova həvalə edib.

H.Həsənovun isə “kəsdiyi başa” zaval yoxdu. Şəhərin bütün tarixi binalarının zirzəmilərini satıb. Zirzəmiləri alanlar isə burada qazıntı işləri aparıb mağaza tikiblər. Nəticədə isə tarixi binalar təhlükəli vəziyyətə düşüb.
Bundan başqa icra başçısının göstərişi ilə, müavin Həsən Həsənov tez-tez sahibkarlarla görüşür rayondakı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi adı altında pul istəyir. Bundan imtina edən sahibkarlar isə incidilir.
Ən ciddi məqam isə Şəkinin bələdiyyə sədrinin neçə seçilməsi, onun icra başçısına nə qədər yaxın olması məqamlarıdır. Belə ki, E.Usubov müavini Həsən Həsənovun köməkliyi ilə özünun yaxın qohumu olan Elşad İbadovu Şəkiyə bələdiyə sədri seçdirib. Təbii ki, bu seçim icra başçısına və Həsən Həsənova böyük imkanlar açır.
Iicra başçısı rayonda böyük “Sünbül” çörəkbişirmə sexi tikdirib. Sex faktiki olaraq Elşad İbadovun adınadır, amma başçıya məxsusdur. Çörək zavodu tikiləndən sonra rayonda bu bizneslə məşğul olan sahibkarların işi əməlli-başlı zəifləyib. Çünki icra başçısı bütün dükan və market sahiblərinə çörəyi ona məxsus sexdən almağı tapşırıb.
Ümumiyyətlə, başçının biznes obyektlərinin bir çoxuna məhz bu adam nəzarət edir. İcra hakimi onu bələdiyyə sədri vəzifəsinə qoymaqla müəyyən planlarını həyata keçirmək niyyətindədir. Həmçinin rayondakı dayaqlarını mökləmləndirir.
Beləliklə, icra başçısı Elxan Usubov böyük pullar qazansa da, tarixi Şəki şəhəri yavaş-yavaş itib-batır. \\regionxeberleri.com\\
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?