Qubanın icra başçısına İTTİHAM VAR
Bolge
Oxunub: 808
22 fev 2017 | 07:11
Qubanın icra başçısına İTTİHAM VAR











“Hesablama Palatasından Quba rayonuna yoxlama gəlib. Rayona ayrılmış büdcə pullarının mənimsənilməsini ört-basdır etməkdən ötrü gələn komissiyaya rüşvət vermək üçün bütün rayon miqyasında pul yığılıb”.

Bu barədə vəkil Aslan İsmayılov Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, rayonun təhsil idarəsinə 50 min manat toplamaq tapşırılıb:

“Həmin idarə də məktəb direktorlarından 1000-2000 manat arası toplayır. Yəni şagirdlərin sayından asılı olaraq”.

Vəkilin yaydığı məlumatdan belə aydın olur ki, icra başçısı Yaşar Məmmədov 50 min manat “tas” qoyub və məktəbləri soyub.

Düzdür, Hesablama Palatası artıq yoxlamalar aparıb və nəticələr açıqlanıb. Amma hüquqşünasın açıqladığı iddia araşdırılmayıb.

Görünən odur ki, yerli məmurlar Hesablama Palatasının yoxlamalarından bir o qədər də narahat deyillər. Əgər belə olmasaydı, qurumun öncəki illərdə apardığı auditlər nəticəsində yeyintilərin üzə çıxarıldığı rayonlarda həyata keçirilən yeni təftifşlərin sonucları fərqli olardı.

Amma belə görünür ki, həmin rayonlarda “köhnə hamam, köhnə tas” prinsipi işləyir: Hesablama Palatası gəlir, yoxlayır, gedir, nəticələri Milli Məclisə bildirir.
Səbəb aydındır: əksər şəhər və rayonların icra başçıları daha yüksək çinli məmurların himayəsində olduqlarından özlərini toxunulmaz sayır və dövlət vəsaitləri ilə istədikləri kimi rəftar etməyə davam edirlər.

Rəsmi məlumata görə, Quba Rayon İcra Hakimiyyəti (RİH) üzrə vəsaitlərin uçotu və maliyyə hesabatlarının tərtibi zamanı qüvvədə olan təlimatın tələblərinə əməl olunmayıb, kapital qoyuluşuna yönəldilən vəsaitlərin isə ümumiyyətlə uçotu aparılmayıb.

Audit 2014-2015-ci illərdə Quba RİH tərəfindən Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik tam orta məktəblərinin tikintisi, Quba rayonu Rustov-Xanəgah-Gürdah, Rustov-Nöydün-Şuduq, Rustov- Məcgəxacə, Rustov-Bağçəli-Yekdar avtomobil yollarının tikintisinə istifadə olunan ümumilikdə 19710,4 min manat vəsaiti əhatə edib.

Müəyyən edilib ki, Quba RİH “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl etməyib.

Belə ki, layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb.

Hesablama Palatasının Kollegiyası Quba RİH tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırılmış nöqsanlar nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması barədə qərar qəbul edib, icra edilməsi və görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi üçün Qərarın surəti Quba RİH-ə və “Azəravtoyol” ASC-yə göndərilib.

“Azəravtoyol” ASC tərəfindən təqdim edilmiş məlumatlara görə, trassanın dəyişdirilməsi, tikinti işlərinin dağ şəraitində yerinə yetirilməsi, asfalt-beton işlərinin qış fəslində aparılması nəzərə alaraq başa çatdırılmamış işlərin dəyəri müəssisədə avans kimi uçota alınıb. \\regionxeberleri.com\\
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi