Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT
Bolge
Oxunub: 775
23 fev 2017 | 08:17
Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT








Rəşad Xudaverdi oğlu Qafarov Hurriyyet.org-a müraciət edib. Deyir ki, Rusiya Federasiyasının vətəndaşıdır. 2009-2010-cu illərdə Rusiyada hərbi xidmət keçib. Bu barədə rəsmi sənədləri də var. Ötən ilin oktyabrında Azərbaycana gəlib, noyabrda geri qayıdanda o, Heydər Əliyev adına Bakı hava limanından geri qaytarılıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən vətəndaşın ölkəni tərk etməsinə qadağa qoyulub. Çünki Azərbaycan vətəndaşı olduğu üçün hərbi xidmət keçməlidir.
Rəşad Qafarov deyir ki, dövlət xidmətinin Ucar rayon şöbəsinə müraciət edib, amma onun Rusiya vətəndaşı olması haqqında sənədinə baxılmayıb. Rusiyanın Azərbaycandakı səfriliyinə müraciət edib. Oradan isə ona Rusiya vətəndaşı olması barəsində sənəd verilərək bildirilib ki, bu qanunsuzluqdur, vətəndaş öz hüququnun bərpası üçün təkrar aidiyyəti quruma müraciət etsin. Ucar rayon şöbəsi isə təkrar müracitə də baxmır: “Özü də mən 2011-ci ildə də, 2014-cü ild də Azərbaycana gəlmişəm, heç bir problem yaranmayıb, indi bəhanələri nədir, bilmirik”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsilə əlaqə saxladıq. Kapitan Novruzov bildirdi ki, yalnız poçt vasitəsilə cavab vermək səlahiyyətləri var, yazılı sual göndərək. Eelektron poçt ünvanı ilə maraqlandıq. Sorğumuza “rayonda elektron ünvanı olur?” sualını verdi və dedi ki, yuxarı instansiya ilə əlaqə saxlayaq.
Rəşad Qafarovun qardaşı Qafur Qafarov deyir ki, məsələ ilə əlaqədar ölkə başçısına müraciət ediblər. Onlara verilən cavabı olduğu kimi təqdim edirik: “Övladınız Qafarov Rəşad Xudaverdi oğlunun Rusiya Federasiyasının vətəndaşı olduğu halda, Azərbaycan Respublikası ərazisindən çıxışına qadağa qoyulması səbəbinin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanan müraciətinizə aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, Qafarov Rəşad Xudaverdi oğlu 02.12.1988-ci il tarixdə Ucar rayonunda anadan olmuş və 17.02.2004-cü il tarixdə Xidmətin Ucar rayon şöbəsi (keçmiş Ucar rayon hərbi komissarlığı) tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Çağırışçı Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırışdan yayındığına görə, 17.01.2007-ci il tarixdən etibarən barəsində dəfələrlə Ucar rayon polis şöbəsinə sorğular edilmiş, eləcə də 16.11.2016-cı il tarixdə sənədləri material şəklində toplanaraq, hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Bununla yanaşı, Qafarov Rəşad Xudaverdi oğlunun Rusiya Federasiyasının Yaroslavl şəhərində təhsil alması, eyni zamanda 16.12.2009-cu il tarixdən 27.12.2010-cu il tarixədək Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmət etməsi nəzərə alınaraq, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin araşdırılması məqsədilə Xidmətin Ucar rayon şöbəsi tərəfindən 17.02.2014-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu məktubu göndərilmiş və alınmış 03.04.2014-cü il tarixli cavab məktubuna əsasən, şəxsin 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar”.
Cavabdan belə məlum olur ki, Rəşad Qafarovun ikili vətəndaşlığı var. Rəşad Qafarov isə deyir ki, 2007-ci ildə Rusiya vətəndaşlığını qəbul edib, bununla əlaqədar Azərbaycana sorğu göndərilib: “Azərbaycan vətəndaşlığı haqqında sənədlərim ləğv olunaraq, mənə Rusiya vətəndaşlığı haqqında sənəd verildi. Amma o zaman Rusiya tərəfin sorğusuna Azərbaycan tərəfdən cavab verilməyib. Bunda isə mən heç bir məsuliyyət daşımıram. Rəsmi sorğuya rəsmi cavab verilməyib”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən isə bildirildi ki, əgər həmin şəxs Azərbaycan vətəndaşı ola-ola digər ölkə vətəndaşlığını qəbul edibsə, bu, qanun pozuntusudur: “Dövlət Xidməti yarandığı 2012-ci ildən axtarışda olan çağırışçıların sərhəddən keçməsinə ciddi nəzarət olunur. Əgər həmin şəxs Azərbaycan vətəndaşlığından çıxıbsa, rəsmi sənədini yerli rayon şöbəsinə təqdim etsin. Belə olan halda ona heç bir maneə yaradıla bilməz. Əks təqdridə, vətəndaşın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməlidir. Xitam verilməyənədək, onun hərbi xidmət keçməsi qüvvədə qalacaq”.
Hərbi ekspert Üzeyir Cəfərov isə Hurriyyet.org-a bildirdi ki, Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etmir, amma şəxsin təqdim etdiyi sənədlər həqiqətən RF vətəndaşı olduğunu təsdiq edirsə, avtomatik olaraq onun Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməlidir: “Onun Rusiya vətəndaşı olması sənədlərlə sübut olunursa, onda biz tərəfdən sadəcə, onu vətəndaşlıqdan çıxarmalıydılar. Vətəndaş Rusiyada qanuni əsaslarla hərbi xidmətdə olubsa, onun Azərbaycanda hərbi xidmətə aparılması düzgün deyil və bu bizə başağrısı verə bilər”.


Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT


Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT


Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT


Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT


Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT


Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi