18 ilin müəllimi Astara rayon Təhsil Şöbəsini ifşa etdi: Prezidentdən kömək istədi
Bolge
Oxunub: 704
24 fev 2017 | 08:52
18 ilin müəllimi Astara rayon Təhsil Şöbəsini ifşa etdi: Prezidentdən kömək istədi












Astara rayonunda 18 ildir müəllim işləyən Fərəcov Şirməmməd başına gələnlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Şirməmməd müəllim Prezidentdən kömək istəyir.
AzToday.az Şirməmməd Fərəcovun müracətini olduğu kimi təqdim edir:
Hörmətli Cənab Prezident! Sizə ona görə müraciət edib narahat edirəm ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müəllim hüququmun pozulması ilə əlaqədar yazdığım ərizə və müraciətlərimə heç kim əhəmiyyət vermir, 2 ay ərzində Təhsil Nazirliyinin 146 saylı qaynar xəttinə çoxsaylı zənglər etsəm də məni ancaq boş vədlərlə sakitləşdirirlər.
Sizə qısa olaraq şikayətimin mahiyyətini açıqlayıram. Mən, 1982-ci ildə BDU-nun kitabxanaşünaslıq və biblioqrafiya fakültəsini bitirmişəm. 1982-1999-cu uldən Astara rayonunda müxtəlif dövlət vəzifələrində işləmişəm. 1999-cu ildən hal-hazıra qədər Astara rayonun B.Rüstəmov adına kənd tam orta məktəbində tarix müəllimi işləyirəm və 18 illik pedaqoji stajım vardır. Rayonda müsbət nəticələri olan 3 tarix müəllimindən biriyəm. Lakin, Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova mənim qeyri-ixtisaslı olduğumu bəhanə gətirərək müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında iştirakımı qadağan etdi və sənədlərimi respublika Təhsil Nazirliyinin imtahan komissiyasına göndərmədi. Əslində isə, imtahanların keçirilməsi haqqında Təlimatda belə bir qadağa nəzərdə tutulmamışdır. Mən, Astara Rayon İcra Hakimiyyətini başçısı Qəzənfər Ağayevə vəTəhsil Naziri M.Cabbarova ərizə ilə müraciət edib kömək istəsəm də, aradan iki ay keçməsinə baxmayaraq Təhsil Nazirliyindən ərizələrimə cavab almamışam. Astara Rayon İcra Hakimiyyəti isə ərizəmi Təhsil Şöbəsi müdirinin istəyinə uyğun cavablandırmışdır.
146 saylı qaynar xəttə çoxsaylı zənglərdən sonra mənə 20 dekabr 2016-cı il tarixdə Masallı Olimpiya İdman Kompleksində olacaq imtahanı keçirən komissiyaya müraciət etməyimi məsləhət gördülər. Mən həmin tarixdə Masallıda oldum və Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov sənədlərimi qəbul edərək siyahıya daxil etdi və mən tarix müəllimlərinin imtahanında iştirak edərək 42 bal yığdım. Lakin, imtahandan artıq 41 gün keçməsinə baxmayaraq mənim nəticəm şəxsi səhifəmə yerləşdirilməmişdir. Maraqlıdır ki, 15 yanvar 2017-cı il tarixdə şəxsi səhifəmdə belə bir ismarıc yerləşdirilmişdir: “ Siz 20.12.2016-ci il tarixdə saat 17:00-da Masallı Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirilmədə iştirak üçün dəvət olunsanız da, imtahana gəlməmişsiniz. Astara rayon Təhsil Şöbəsinin kompyuter mühəndisi, əlaqələndirici Elçin müəllim böyük əziyyətlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəna Qaralova ilə əlaqə yarada bilmiş və o, bildirmişdir ki, mənim imtahan nəticəm təsdiq edilib və 42 bal toplamışam. Lakin, şəxsi səhifəmdə isə yerləşdirilmiş və məni xəstələndirən ismarıc itmir ki, itmir.
Gülməlidir, deyilmi? Mən bir neçə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etsəm də, mənə heç bir cavab verilmir. Dəfələrlə 146 saylı qynar xəttə müraciət edib şəxsi səhifəmə nəticəmin yüklənməsini xahiş etsəm də, mənə bu barədə heç bir kömək göstərilmir. Hörmətli Cənab Prezident! Sizi inandırıram ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyində hərcmərclik, özbaşınalıq o həddə çatıb ki, burada artıq ərizə və şikayətlərə də cavab verilmir. İndi mən neyləyim? Dedim ki, bəlkə Sizdən kömək ala bildim. Ona görə ümidlərlə Sizə müraciət edirəm. mənbə http://aztoday.az/xeber-18-ilin-muellimi-astara-rayon-tehsil-sobesini-ifsa-etdi-prezidentden-komek-istedi-t89658.html
Hörmətlə - FƏRƏCOV ŞİRMƏMMƏD HƏNİFƏ OĞLU"

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO