"Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından cana doymuşuq"
Bolge
Oxunub: 709
24 fev 2017 | 08:54
"Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından cana doymuşuq"







Redaksiyamızın elektron poçtuna Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevdən şikayət daxil olub.

Şikayət müəllifləri dia.az-a yazırlar: "Artıq bir aya yaxındır ki, Hesablama Palatası Gəncə şəhər Səhiyyə İdarəsində yoxlamalar keçirir. Bu yoxlamaları bəhanə gətirərək Gəncə ş. İH-nin başçısı Elmar Vəliyev adəti üzrə, həmişə olduğu kimi Gəncə ş. səhiyyə müəssisələrindən haqq istəyir, Gəncədə fəaliyyət göstərən hər bir xəstəxana 30-70 min manat arasında Elmar Vəliyevə haqq verməlidir. Səbəb kimi də Hesablama Palatasını "razı salmaq üçün" Elmar Vəliyevin Palataya verəcəyi rüşvət göstərilir. Gəncə həkimləri olaraq biz bəyan edirik, bu yalandır! Artıq cana doymuşuq Elmar Vəliyevin orta əsrlərdəki kimi "xərac" yığmasından!"

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: "Bu hal Gəncədə mütəmadi təkrarlanır, həkimlərin şərəf və ləyaqəti təhqir olunur, Baş həkimlər hədələnir, etiraz etmək istəyən həkimlərə təzyiq olunur, ixtisarlar və həbslərlə qorxudulurlar. Səhiyyə müəssisələrinin işçiləri təzyiq altında, qorxudularaq onlardan külli miqdarda haqq yığılmasına cəlb olunurlar. Məlum səbəblərdən həkimlər təqibə məruz qalacaqlarından qorxurlar. Gəncədən yığılan pulların müqabilində Elmar Vəliyev Hacıkənd qəsəbəsində, Mixaylovka kəndində, Gəncə ş. 4 saylı orta məktəbin yanında və şəhərin digər yerlərində dəbdəbəli villalar, istirahət məkanları tikdirib. Mixaylovka kəndindəki villasında Elmar Vəliyevin cins itləri üçün ayrıca ev tikilib, yeraltı üzmə hovuzu inşa edilib. Vəliyevin "Lexus" markalı zirehli avtomobilinin qiyməti yarım milyon manatdan çoxdur. Gəncənin həkim kollektivi acınacaqlı haldadır, Elmar Vəliyevin Gəncə xəstəxanalarından yığdığı haqq həkimləri cana doydurub. Sosial vəziyyətin onsuz da ağır olduğu Gəncədə səhiyyə işçilərinin təhqir edilməsi və onların Elmar Vəliyev tərəfindən təzyiqə məruz qalması həkimlərin etiraz aksiyalarına başlamasına səbəb olacaq".

Müraciət müəllifləri dia.az-a yolladıqları məktublarını belə bitirirlər: "Sizdən xahiş edirik, bu məsələni ictimailəşdirin, səsimizi eşitsinlər. Həkimlər bu məktubu təzyiqdən və hədələrdən bezərək yazıblar. Onsuz da həkim kimi kasıb həyatımızdan bezmişik, bu haqq yığımı da səbr kasamızı daşırdıb. Gəncə şəhər səhiyyəsinin acınacaqlı hala salınmasında məhz Elmar Vəliyevin "xidmətləri" xüsusi rol oynayıb.

İmza: Alçaldılmış və təhqir edilmiş Gəncə ş. səhiyyə işçiləri"

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!