1-03-2017, 05:45 Oxunub: 545

Cocuq Mərcanlıda yeni qəsəbə üçün ərazi təhvil verildi

Cocuq Mərcanlıda yeni qəsəbə üçün ərazi təhvil verildi














Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 evin tikilməsi üçün nəzərdə tutulan ərazi minalardan təmizlənərək təhvil verilib.

Bunu Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisiAdil Aslanovdeyib.

A.Aslanov bildirib ki, həmin ərazilər ANAMA tərəfindən tamamilə təmizlənib, tikinti şirkətləri artıq orada təməl qoyma, ərazilərin, evlərin planlaşdırılması işlərini həyata keçiriblər, tikintiyə başlayıblar.

A.Aslanov vurğulayıb ki, ANAMA artıq ərazilərin növbəti təmizləmə mərhələsinə keçib: "Biz artıq Cocuq Mərcanlıda daha 150 evin tikilməsi nəzərdə tutulan ərazilərdə təmizləmə işlərinə başlamışıq. Həmçinin paralel olaraq kəndin ətrafında əkin sahələrində əməliyyatlar aparırıq".
"Prezident ideya verdi, Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək" - Allahşükür Paşazadə Siyaset Azərbaycanlı biznesmen Cocuq Mərcanlıya 3 milyon ayırdı Azərbaycanlı biznesmen Cocuq Mərcanlıya 3 milyon ayırdı Sosial Minaaxtaranlar cəbhəyanı kəndləri təmizləyirlər Minaaxtaranlar cəbhəyanı kəndləri təmizləyirlər Bolge Sentyabrda ərazilərin hərbi sursatlardan təmizlənmısi zamanı 1 partlayış hadisəsi baş verib Sentyabrda ərazilərin hərbi sursatlardan təmizlənmısi zamanı 1 partlayış hadisəsi baş verib Hadise Azərbaycan şirkəti türk-erməni sərhədlərini minalardan təmizləyəcək Azərbaycan şirkəti türk-erməni sərhədlərini minalardan təmizləyəcək Gundem