Neftçala icra başçısından Prezidentə yalan məlumatlar gedir - Uçmuş şəhid məzarı...
Bolge
Oxunub: 674
1 mar 2017 | 08:25
Neftçala icra başçısından Prezidentə yalan məlumatlar gedir - Uçmuş şəhid məzarı...









Neftçala rayon sakini Esmira Əzizova atası, şəhid Gözəlov Əsfər Səttar oğlunun məzarının baxımsızlıq üzündən dağılmasından şikayət edib. Teref.info xəbər verir ki, bu barədə “qazilər.az” saytı məlumat yayıb. O, Qarabağda döyüşüb şəhid olmuş atasının Neftçala rayonu, Bankə qəsəbəsindəki qəbiristanlığındakı məzarının uçub dağıldığını yazıb: “Atam Qarabağda döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun batalyonunda erməni quldurlarına qarşı döyüşüb və 1992-ci il, martın 6-da, 28 yaşında şəhid olub. Onun rayonun Banka qəsəbə qəbiristanlığındakı məzarı isə uçub dağılıb. Dəfələrlə Neftçala rayon icra hakimiyyətinə məlumat versək də, məzarı elə o vəziyyətdə qalıb. Əlacsız qalıb Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına məktub yazdıq. Oradan da şikayətimizi Neftçala rayon icra hakimiyyətinə göndəriblər”.

Bundan sonra E.Əzizovaya Neftçala rayon icra hakimiyyətinin başçısının müavini G.Z.Sadıqovanın imzası ilə olduqca əcaib bir məktub gəlib: “Azərbaycan Respublikasının Prezidentinin rəsmi internet saytına ünvanladığınız ərizəniz aidiyyəti üzrə Rayon İcra Hakimiyyətində baxılmışdır. Müraciətinizlə bağlı bildirir ki, atanız şəhid Gözəlov Əfsər Səttar oğlunun Neftçala rayonu, Banka qəsəbəsi qəbiristanlığındakı qəbirüstü məzarında abadlıq və təmizlik işləri həyata keçirilmiş, qəbirüstü məzarda bərpa işlər aparılmışdır”.

Əslində isə şəhidin məzar üzərində “məktub”da yazılan heç bir iş aparılmayıb. Məzar yenə uçulub dağılmış vəziyyətdədir. Yəqin ki, Neftçala rayon icra hakimiyyəti Prezidentə da belə mətnli bir məktub göndəriblər. Çünki qayda bunu tələb edir ki, cavab yazılmalıdır. Cavab isə yalandır! Çox maraqlıdır, çox cüzi vəsait tələb edən təmiri aparmayan Neftçala rayon icra hakimiyyəti Prezidenti niyə aldadır?! Şəhidə, onun məzarına belə sayğısızlıq qəti yol verilməzdir! Bunu dəfələrlə ölkə Prezidenti cənab İlham Əliyev də deyib!
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb