Laçınlılar başçıya qarşı etiraza qalxdılar - VİDEOLAR
Bolge
Oxunub: 6 460
1 mar 2017 | 11:58
Laçınlılar başçıya qarşı etiraza qalxdılar - VİDEOLAR










Bu gün Laçın rayonunun müvəqqəti yerləşdiyi - Taxtakörpü qəsəbəsində rayon rəhbərliyinin özbaşınalığına, vəzifəsindən sui-istifadəsinə, məcburi köçkün və qaşqınların sosial problemlərinin həllinə laqeydsizlik göstərdiyinə görə icra başçısı Aqil Nəzərliyə etiraz aksiyası keçirilib.

Taxtakörpü qəsəbəsindəki mənbələrdən Avrasiya.net-ə verilən məlumata görə, Laçın RİH-nin başçısı Aqil Nəzərlinin yarıtmaz fəaliyyəti nəticəsində son zamanlar laçınlıların sosial vəziyyəti daha da ağırlaşıb. Başçı təyin olunandan bu günədək əhalinin sosiail şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir əməli tədbir görmədiyindən əhalinin əksər hissəsinin haqlı narazılığı ilə üzləşib.

Vurğulanır ki, bu gün Laçın rayonunun, daha doğrusu RİH-nin başçısının "qara-qura” işlərinə Müqabil adlı qardaşı rəhbərlik edir. Məlumatlara görə, rayonda ədalətsiz formada aparılan kadr islahatları laçınlıların səbr kasasını daşırıb. İcra hakimiyyətinin başçısı özünə yaxın olan bir qrup şəxsi rayonun əhəmiyyətli vəzifələrinə təyin edib, savadlı, layiqli kadrları kölgədə qoyub.

Bildirilir ki, Taxtakörpü ərazisində infrastruktur da biabırçı durumdadır. Belə ki, laçınlıların Taxtakörpü ərazisində yaşadıqları elə yerlər var ki, payızın gəlməyi ilə oranın yolları bağlanır. Lil, palçıq dizə çıxır. Sakinlər burada xəstələrini at belində daşıyırlar.
Mənbə vurğulayır ki, ötən ilin aprelində şəhid olmuş Ülvin Məmmədovun dəfni zamanı da yolların biabırçı durumu utancverici idi.

Bu gün Taxtakörpüdə keçirilən aksiya Vağazin yatağının yol infrastrukturu, sosial vəziyyətlərinin gərginliyi ilə bağlı olub. Sakinlər etiraz edərək yaşayışlarının çox ağır olduğunu bildiriblər.

Qeyd edək ki, saytımıza verilən daha bir məlumata görə isə bu cür acınacaqlı durumda yaşayan laçınlıların sayı daha çoxdu. Belə ki, Ağcabədi rayonunun keçmiş Nərimanov savxozunun fermasında məskunlaşmış 10-a yaxın laçınlı ailənin də durumu olduqca ağırdır. Qamış daxmada yaşayan bu ailələrlə hələ bir dəfə də olsun başçı Aqil Nəzərlinin və yaxud rayonun digər rəhbərliyinin maraqlanmadığı deyilir.

Avrasiya.net-ə göndərilən görüntülərdə laçınlıların etirazlarını dinləyə və görə bilərsiniz. Üçüncü videoda etirazçıların rayon rəsmiləri ilə qarşıdurması da açıq-aşkar görünür.

RİH-nin də mövqeyini dərc etməyə hazırıq.




Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO