"Təmir-bərpaya görə qəpik də ödənilmədi..." - Saatlıdan şikayət
Bolge
Oxunub: 664
6 mar 2017 | 21:59
"Təmir-bərpaya görə qəpik də ödənilmədi..." - Saatlıdan şikayət









“Elə o vaxtdan kim səsini çıxardısa, tutub aparıb atdılar polisə. Nə haqqımızı tələb edə bildik, nə etirazımızı bildirdik. Nəticəsi də belə oldu ki, hələ də əziyyət içərisində yaşayırıq”. Saatlının Yeni Novruzlu kəndində yaşayan Nurəhməd Həsənov deyir ki, 7 il əvvəl kəndi sel basıb. Nəticədə onlarla təsərrüfat tamamilə məhv olub. Zərər bu ailədən də yan ötməyib. Ancaq vaxtında dövlət tərəfindən yardım olunmadığından ailə hələ də fəsadları aradan qaldıra bilməyib:

“Evdə çatlar var və vaxt ötdükcə daha da genişlənir. Təmir-bərpaya görə qəpik də ödənilmədi. Nə də özləri gəlib düzəltmədi. Bar verən 70-ə yaxın ağacımız məhv oldu. Bircəciyinin də kompensasiyası ödənilmədi. Kənddə bu vəziyyətdə qalan təkcə biz deyilik, bizim kimi başqa ailələr də var ki, vaxtilə kimisini polislə, həbslə, kimisini işsiz qoymaqla hədələdilər deyə, adamlar haqlarını tələb edə bilmədi. Ancaq elə ailələr var ki, nə təsərrüfatına, nə evinə zərər dəyməmişdi, icrada, orda-burda qohumu, dostu vardı deyə, fürsətdən istifadə edib yardım da aldılar, evlərini təmir də etdirdilər”.

Kənd sakini Qasım Əzizov da həmin hadisə zamanı su basmış əkin sahəsinə görə kompensasiya ala bilmədiyini deyir: “O vaxt çox adamın əkin sahəsi su altında qaldı, ancaq qara qəpik də ödənilmədi. Prezidentin ayırdığı pullar kimin cibinə getdi, bilmədik. Bir müddət gözlədik, gördük hökumətin kömək etmək fikri yoxdur, hərə öz başının çarəsinə baxdı. Bəzi ailələrin də ağzını yummaq üçün 100 manatdan paylandı və “sus” göstərişi verildi. Ancaq ev-eşiyi salamat olanlar var ki, dost-tanış hesabına icra hakimiyyətindən yardım ala bildi”.

2010-cu ilin mayında Sarısu gölündə bəndin yarılması nəticəsində Saatlının Yeni Novruzlu və Dəllər kəndlərini su basıb. Hər iki kəndin sakinləri evakuasiya olunub. Sular çəkildikdən sonra kəndlilər evlərinə dönsələr də, evlərin təmir-bərpası və dəymiş zərərin ödənilməsi üçün uzun müddət yerli icra hakimiyyətinə get-gəl ediblər.

Saatlı rayon icra hakimiyyətindən bildirilib ki, hələ 7 il əvvəl rayonun fövqəladə hallar komissiyası daşqından zərər çəkmiş evləri siyahıya alıb və lazımi tədbirlər görülüb: “Deyilənlərin heç bir əsası yoxdur. Həmin ailələrə yardım da olunub, zərər dəymiş evlər də bərpa edilib. O kənddə zərər çəkmiş və yardımdan kənarda qalmış ev yoxdur. Bu məsələ çoxdan bitib. İndi kimsə evini təmir etdirmək istəyirsə, 7 il əvvəlki daşqının boynuna yıxmasın”, – qurumdan bildirilib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...