Sabirin yurdunda SABİRANƏ DURUM - Şamaxıda niyə?..
Bolge
Oxunub: 780
30 mar 2017 | 13:15
Sabirin yurdunda SABİRANƏ DURUM - Şamaxıda niyə?..



















Ötən gün Şamaxı rayonunun kəndlərinin birində orta məktəb şagirdinin, 15 yaşlı qızı, yəni digər məktəb şagirdini evlənmək məqsədilə qaçırması demək olar ki, medianın əsas gündəminə çevrildi. Məsələnin ən qəribə tərəfi isə medianın gündəmi olan hadisədən istər Şamaxı rayon icra hakimiyyəti, istərsə də təhsil şöbəsi və hüquq – mühafizə orqanları tamamilə xəbərsiz olduqlarını söylədilər. Maraqlıdır, görəsən o qədər də böyük olmayan rayonda baş verən hadisədən rayonun aidiyyatı strukturları xəbər tutmadan ölkə mətbuatında bu kimi məlumatlar neçə operativ dərc edilir? Əslində “xəbərim yoxdur”, “eşitməmişəm”, “maraqlanıb sizə məlumat verərəm” kimi məmur yanaşmaları artıq tarix olan sovetlər dövründə məhz “başın salamatlığı” üçün uydurulan yalan silsiləsindəndir.

Ötən il yenə də bu rayonun kənd məktəblərinin birində iki uşaq atası olan müəllimin öz şagirdi ilə münasibətindən sonra mətbuatın suallarına da bu tip yanaşmalar olmuşdu. Yenə də bütün ölkənin bildiyi biabırçı bir hadisədən Şamaxı rayonunda fəaliyyət göstərən dövlət orqanlarının “xəbəri” olmamışdı. Ötən gün medianın gündəmi olan məlumatda təhsil almalı olan gənclər ailə münasibətlərini tam dərk etməyəcək yaşda olsalar da, evlənməyə qərar verdikləri qeyd olunmuşdu. Əslində baş vermiş olay həm də cinayət xarakterlidir və məcəllədə insan oğurluğu kimi öz əksini tapır. Məsələni daha kritik edən tərəf isə qaçırılanın – qızın azyaşlı olmasıdır. Sual olunur, nədən Şamaxı rayon təhsil sistemində bu kimi hallar baş verir?

Rayondakı mənbədən əldə etdiyimiz məlumata görə əsasən kənd məktəblərində şagirdlərin dərsdən sonrakı məşğuliyyətləri üçün fakultətiv məşğələlər demək olar ki, keçirilmir. Yəni şagir – məktəb ilişikləri yalnız müəyyən edilmiş bəlli saat çərçivəsindədir. Bəs elə isə bu məqsədlə ayrılmış vəsait necə olur? Təhsil nazirliyinin büdcəsinəmi qaytarılır, yoxsa... Mənbənin Conflict.az-a verdiyi məlumata görə kənd məktəblərindəki pedaqoji kollektivin əsasını orta ixtisas təhsilli müəllimlər təşkil edirlər. Nəzərə alsaq ki, bu rayonda pedaqoji yönümlü iki kollec fəaliyyət göstərir, onda mənzərə daha da aydın olur. Məlumatda o da bildirilir ki, Şamaxı şəhər və kənd məktəblərindəki vakant yerlərlə bağlı Təhsil Nazirliyinə daha operativ və aydın məlumatlar verilərsə, problem də həllini tapar. Belə ki, məhz təhsillə bağlı dövlət proqramından yararlanmaq istəyən şəxslərin sayı ölkədə heç də az deyil. Deməli qanunlardan irəli gələn vəzifələri icra etmək lazımdır. Əks halda ya müəllim ötən il olduğu kimi şagirdinə təcavüz edəcək, ya da şagird “oxumuram əl çəkin” deyərək, türklər demiş “karı-kız peşində koşacağ”. Şamaxi Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevlə əlaqə saxlamaq cəhdimiz alınmasa da, saytımıza dünəni kifayət qədər problemli olan rayon təhsilinin sabahı ilə bağlı bəzi suallarımıza cavab verməsini arzu edərdik.

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda çəkilən qurum və ya şəxslərində mövqelərini dinləməyə hazırıq.
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq