Tovuz Dövlət Sosial-İqtisadi Kollecindən xəbər var
Bolge
Oxunub: 6 689
28 noy 2014 | 11:40
Tovuz Dövlət Sosial-İqtisadi Kollecindən xəbər var




















Direktor Rizvan Qənbərovun fəaliyyəti qənaətbəxş hesab edilə bilməz

" Kollecdə rüşvət əsas meyara çevrilib"


Bölgələrdə yerləşən orta ixtisas təhsili müəssisələrinin bir çoxunda müxtəlif səpkili problemlər nəzərə çarpmaqdadır. Etiraf etmək lazımdır ki, Mikayıl Cabbarovun nazir vəzifəsinə təyin edilməsindən sonra kolleclərdə təhsilin səviyyəsi əvvəlki illərə nisbətən bir qədər yüksəlib. Bəzi kollec direktorları isə bu məsələdə nazirə dəstək vermək əvəzinə özbaşına işlərlə məşğul olurlar. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində problemlər dizə çıxır. İlk öncə qeyd etmək istəyirik ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.
Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.
"Qaynar xətt" qəzetinin redaksiyasına daxil olan məlumatda bildirilir ki, başıbəlalı orta ixtisas təhsil müəssisələrindən biri də Tovuz Rayon Sosial-İqtisad Kollecidir. Səhv etmiriksə bir ara kollecin fəaliyyəti tamam dayandırılmışdır. Sonradan açılaraq Tanırverdi adlı şəxsi də direktor təyin etmişdilər. O, bir neçə il işlədikdən sonra, həmin illər təhsil naziri Misir Mərdanovla yaxın olan Talib Süleymanov kişinin yerinə “maya” qoyaraq kollecə direktor gəldi. Talib Süleymanov həmin vaxt kolleci Sülemanovlara məxsus sabiq Yeyinti-sənaye institutunun binasına köçürdü. Sonradan Tovuzun icra başçısı Tofiq Zeynalovun qəzəbinə tuş gələn Talib Süleymanov da işdən kənaralaşdırıldı. Artıq 1 ilə yaxın vaxtdır ki, yenə öz əvvəlki binasında fəaliyyət göstərən kollecə əslən Tovuzdan olan iqtisad elmləri namizədi, dosent Rizvan Qəmbərov direktorluq edir.
Rizvan Qəmbərovun kollecə gəlişi heç nəyi dəyişmədi, olanını da bərbad vəziyyətə çatdırdı. Şəraitsiz binada təhsil alan tələbələrin yarısından çoxu heç dərsə gəlmir. Metodiki vəsait və göstərişlərdən uzaq olan kollec ən zəif orta məktəb səviyyəsində də deyil. Qrup jurnalları və qrup rəhbərinə məxsus jurnallar qaralamalarla işlənməklə qiymət sarıdan saxtakarlığa yol verilmişdir. Müəllimlərin mövzu-təqvim planı dərs hissə müdiri tərəfindən imza atılmadan sinfə aparılıb-gətirilir. Tələbələrin imtahan zamanı biletlərdəki suallara yarıtmaz cavablar verilməyinə baxmayaraq, onlar yüksək balla qiymətləndirilmişlər. Kollecdə rüşvət əsas meyara çevrilib. Necə deyərlər, yığhayığdır. Burada xeyri olmasaydı Rizvan Qəmbərov Bakıdan isti yerini soyuq edib Tovuza gəlməzdi...
Mənbə bildirir ki, kollecdə kurs işləri və təcrübə sənədləri açıqca pula satılır. Həmin sənədlər ildən – ilə təkrarlanır ki, bu da sırf saxtakarlıqdır. Kollecin tədris işləri üzrə direktor müavini Qəzənfər müəllim direktorun pul yığanıdır. Bu günə kimi qrup jurnalında nöqsanlara yol verən bir müəllimə də “gözün üstə qaşın var” sözünü deməyib. Bu da onun təcrübəsizliyindən və savad dərəcəsinin aşağı olmasından irəli gəlir.
Kollecdə əmək intizamı hədsiz dərəcədə zəifdir. Axırıncı pedaqoji şuranın nə vaxt keçirildiyi gün təmiz unudulub. Kollecdə Rizvan Qəmbərov yalnız gününü sayır. Onun təşkilatsızlığı bunları deməyə imkan verir.
Rizvan Qəmbərov həftənin çox hissəsini Bakıda, orda-burda olur. Çox nadir hallarda onu işdə tapmaq mümkündür. Heç bir maddi-texniki bazası olmayan Tovuz Rayoin Sosial-İqtisad Kollecinin fəaliyyətindən çox fəaliyyətsizliyi daha önəmlidir. Belə kollecdə təhsil alıb kadr kimi yetişmək müşgül məsələdir. Yalnız bir qrup insanların başını qatmaqdan başqa bir şey deyil. Kollecin lap ölü nöqtəyə çatdırılmasında Rizvan Qəmbərovun əməyi danılmazdır.
Məqaləni sonunu isə aidiyyəti orqanlar bitirsəydi daha yaxşı olardı.

V.Elturan
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar