Goranboy Təhsil Şöbəsinin müdiri qanunu və nazirin təlimatını saymır- ŞİKAYƏT
Bolge
Oxunub: 881
1 apr 2017 | 14:07
Goranboy Təhsil Şöbəsinin müdiri qanunu və nazirin təlimatını saymır- ŞİKAYƏT














Goranboy rayon Təhsil Şöbəsinin müdirindən şikayət var.

AFN-ə müraciət edən Goranboy Rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı orta məktəbin müəllimi Nəzərov Seymur bildirir ki, rayon təhsilində baş verənlərlə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət də ünvanlayıb. Onun sözlərinə görə, rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov kadrlarla iş üzrə məsləhətçi Zaur adlı şəxslə əlbir olub qurumu bazara çevirib: “Təhsil haqqında qanun”a və Təhsil Nazirliyinin əsasnaməsonə görə, rayon Təhsil Şöbəsində metodist işləmək üçün azı 5 il pedaqoji təcrübə tələb olunur. Lakin Goranboy rayon Təhsil Şöbəsinin müdiri heç bir qanun tanımır və bir neçə şəxsi bir gün belə pedaqoji təcrübəsi olmadan şöbəyə metodist olaraq müddətli və ya müddətsiz şərtlərlə işə götürüb. Goranboy rayon Borsunlu kənd orta məktəbinin 100 nəfərdən artıq pedaqoji kollektivi olduğu halda kollektivdən bir nəfər direktor əvəzi təyin etməyib. Halbuki təhsil nazirinin təlimatına əsasən direktor əvəzi ilk öncə təhsil müəssisəsinin kollektivindən seçilməlidir. Bu təlimatı pozan S.Məmmədov həmçinin Veyisli kənd orta məktəbin müəlliməsi və psixoloq əvəzi işləyən bir şəxsi Borsunlu kənd 2 saylı məktəbə direktor təyin edib. Təbii ki, burada da hörmətli müdirin şəxsi tələblərinə cavab vermək əsas rol oynayıb”.

S.Nəzərov daha sonra qeyd edir ki, Goranboy rayonu Məşədiqaralar kənd orta məktəbinə direktor əvəzi götürülən şəxsin diplom ixtisası ibtidai məktəblərdə psixoloqdur: “Dövlət qulluğu haqqında” qanuna əsasən, dövlət qulluğuna qəbul üçün vəzifələr vakant olaraq Dövlət İmtahan Mərkəzinə təqdim olunmalı və namizədlər müsabiqə və müsahibədən keçdikdən sonra vəzifəyə təyin olunmalıdır. Amma Goranboy Təhsil Şöbəsindəki “məsləhətçi” vəzifəsinə şəxsən müdirin istədiyi adamlar təyin olunurlar və heç bir vakansiya verilmir. Rayonda kifayət qədər istedadlı və savadlı kadrlar var və onların imtahandan keçəcəyi şübhəsizdir, lakin imtahan təşkil olunmur”.

Şikayətçi bildirir ki, Goran qəsəbə ümumi orta məktəbin direktoru Ramil Alıyev rəhbərlik etdiyi müəssisəni ata-baba mülkü kimi idarə edir: “Direktor vəzifəsi və 12 saatlıq dərs yükü öz adınadır. Üstəlik, həyat yoldaşı biologiya müəllimi olduğu halda məktəbin əksər dərs yükü, kimya fənninin tədrisi, sinif rəhbərliyi, dərsdən sonra dərnək saatları, fakultətiv saatlar (ləğv olunana qədər) ancaq onun adına yazılıb. Hətta istilik sisteminə nəzarət edən işçi kimi atasının adını yazıb əməkhaqqını mənimsəyib”.

Şikayətçi M.Cabbarovdan bütün qeyd edilənlərlə bağlı tədbir görülməsini xahiş edir.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb