Xəzər rayon icra hakimiyyəti deyir bir az da dözün... - ŞİKAYƏT
Bolge
Oxunub: 723
6 apr 2017 | 16:25
Xəzər rayon icra hakimiyyəti deyir bir az da dözün... - ŞİKAYƏT















«8 ay əvvəl tavanın bir hissəsi uçdu, uşaqlarım da, özüm də xəsarət aldıq. «Qaçqınkom»dan da, icra hakimiyyətindən də gəldilər, baxdılar, «burda da adam yaşayar?» deyib başlarını bulaya-bulaya getdilər. Xeyli vaxt keçdi, heç bir nəticə olmadı. Yenə də köhnə hamam, köhnə tas... Üstəlik srağagün tavanın o biri tərəfi də başımıza uçdu. Burda yaşamaq mümkün deyil. Bunlar nə gözləyirlər? Tamamilə tavanın daşları altında əzilib ölməyimizi?». Bunu Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki keçmiş «Energetiklər pansionatı»nda məskunlaşan köçkün Şəhla Məmmədova deyir.

Ş.Məmmədovanın binanın 1-ci mərtəbəsində məskunlaşdığı otağın tavanının bir hissəsi ötən ilin avqustunda uçmuşdu. Ana və ailənin kiçik üzvü daş parçalarının altında qalmışdı. Aprelin 4-də ailə eyni acı anları bir daha yaşayıb - tavanın qalan hissəsi də uçub.

Bina qəzalıdır. Yuxarı mərtəbədə də eyni durumdur. Otaqların çoxunun tavanı «keçəlləşib» – beton parçaları hissə-hissə qopub tökülüb. Bəzi ailələr otaqlarda gecələməyə qorxur deyə, çarpayılarını dəhlizə çıxarıblar. Köçkünlərə son ümid bu ilin fevralında verilib. Özü də Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi – «Qaçqınkom» sədri tərəfindən. Ş.Məmmədova belə deyir: «Ötən yay bizə dedilər ki, yığışın, köçürsüz. Biz də yığışdıq. Sonra dedilər, köçmək məsələsi fevrala qaldı. Yaydan bu tərəfə burda hamı köç əhval-ruhiyyəsindədir. Bu ilin fevralında «Qaçqınkom»un sədri Əli Həsənov iki dəfə gəldi. İkinci dəfə yanında Prezident Administrasiyasının əməkdaşları da vardı. Dedi, «bir az da səbir edin, lap az qalıb, köçəcəksiz». O gedən getdi».

Xəzər rayon İcra Hakimiyyətindən bildirilib ki, «Energetiklər pansionatı» 2014-cü ilin mayından qəzalı bina kimi siyahıya alınıb. Köçkünlərin binadan köçürülməsi üçün «Qaçqınkom»a müraciət olunub: «Bu yaxınlarda Əli Həsənov da gəlmişdi, bizim nümayəndələr də ordaydı. Köçkünlərə azca da səbir etmək qalır. Bundan sonra «Qaçqınkom» sifarişi ilə inşa olunacaq binalara yataqxana şəraitində məskunlaşan köçkünlərin yerləşdirilməsi nəzərdə tutulub. «Qaçqınkom» sədri bura gələndə özü də bu barədə köçkünlərə bildirib».

Görünür, köçkün Şəhla xanıma və 4-mərtəbəli binadakı digər köçkün ailələrə yeni şəhərciklər tikilənədək başlarını beton laylarından qorumaq qalır.

Onu da bildirək ki, binanın qonşuluğundakı başqa qəzalı binada yaşayan 23 ailə 3 il öncə köçürülüb.

Sovet vaxtı energetiklərin pansionatı kimi istifadəyə verilmiş binada 90-cı illərdə Qarabağdan gələn köçkünlər məskunlaşıb. Əvvəllər binada, azı, 100 ailə məskunlaşıb. Hazırda isə 21 ailə həyatla mücadilə etməkdədir.

Yeri gəlmişkən, bu binanın sakinləri yay-qış çimməyə suyu yaxınlıqdakı çimərlikdən daşıyırlar.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb