İcra başçısı şəhid ailəsini həbslə hədələdi: qəbula gəlsən...
Bolge
Oxunub: 725
12 apr 2017 | 00:54
İcra başçısı şəhid ailəsini həbslə hədələdi: qəbula gəlsən...













İsmayılova Yasəmən Ənvər qızı son 20 gün ərzində üç dəfə Bərdənin icra başçısı Vidadi İsayevin qəbuluna düşməyə cəhd göstərib. Lakin şəhid xanımı olan Y.İsmayılovanı qəbul edən olmayıb. Bu azmış kimi, icra başçısı şəhid ailəsinin üstünə polis göndərib.

BakiPost.az-a danışan Y.İsmayılovanın sözlərinə görə, həyat yoldaşı Ələkbərov Zöhrab Cəlal oğlu1992-ci ildə Şuşa-Laçın istiqamətində Qaladərəsi yaxınlığında şəhid olub: "Bu günə kimi övladlarımı min bir əziyyətimlə böyüdüb boya-başa çatdırmışam. Dövlətin qayğısından da narazılığım olmayıb.

Ancaq elə məmurlar var ki, onlar üçün bu dəyərlər qalmayıb. Onlar dövlət başçısı kimi, şəhid ailələrinə həssaslıq nümayiş etdirə bilmirlər.

Belə olmasaydı Bərdənin icra başçısı bu 20 gün ərzində üç dəfə müraciətimdən birinə müsbət cavab verərdi, məni qəbul edərdi, deyərdi ki, görüm şəhid ailəsinin nə dərdi var.

Axırıncı dəfə Bərdə rayon İcra Hakimiyyətində olanda ordakı polislərə dedim ki, məmurların borcu xalqa xidmətdir və prezident onları bura təyin edib ki, bizim problemlərlə maraqlansınlar.

Dedim ki, Vidadi İsayev məni qəbul etmirsə, bundan prezidentə şikayət yazacağam. Sağ olsun, bu sözlərimin əvəzində o da şəhid ailəsinə qarşı "humanistlik” göstərdi”.

İcra başçısı şəhid ailəsini həbslə hədələdi: qəbula gəlsən...









İsmayılova Yasəmən Ənvər qızı

Y.İsmayılova bildirir ki, aprelin 10-da yaşadıqları evə polis mayoru gəlib: "Dəhşətdir, vallah... Polis mayoru mənə deyir ki, bəs icra başçısını təhqir etmisiniz, o da sizdən şikayətçidir. Ad-soyadımı qeyd dəftərçəsinə yazdı, başçının qəbuluna getmək istədiyimə görə həbslə hədələdi. Şəhid ailəsinə göstərilən münasibətə baxın.

Vidadi İsayev üstümüzə nümayəndəsini göndərib problemimizi öyrənmək əvəzinə polis yollayır ki, hədə-qorxu gəlsin, mən də prezidentə yazmaqdan çəkinim.
Hər halda mən icra başçısının qəbulunda öz dərd-sərimi danışacaqdım, başqa nə deyəcəkdim ki?! Şəhid yoldaşı qəbula düşə bilmirsə, adi Bərdə sakini nə etsin?”
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi