Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Bolge
Oxunub: 3 073
13 apr 2017 | 12:00
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur












Aprelin 13-də Qubada yəhudilərin azadlıq və bahar mənasını verən Pesax bayramı təntənəli şəkildə qeyd olunub. “İslam Həmrəyliyi İli”nə və Pesaxa həsr olunmuş bayram tədbiri Qubadakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilib. Bayrama qatılanlar rayonda yaşayan dağ
yəhudilərinin və başqa azsaylı xalqların adət-ənənələri, folkloru, milli yeməkləri ilə tanış olmaq imkanı qazanıblar. Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisinin yaşadığını diqqətə çatdırıb. Rayonda 60-a yaxın məscid, yəhudilərə məxsus iki sinaqoq və dini icma fəaliyyət göstərir. Bildirilib ki, burada doğulan, hazırda isə xarici ölkələrdə yaşayan dağ
yəhudilərinin müqəddəs Pesax bayramını Vətəndə qeyd etmələri artıq ənənəyə çevrilib. Milli Məclisin deputatları Vahid Əhmədov və Yevda Abramov çıxışlarında yəhudi və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərindən danışaraq, bu əlaqələrin tarixi köklərə söykəndiyini
qeyd ediblər. Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada yəhudilərin milli və dini bayramları yerli camaatla birlikdə təntənəli şəkildə qeyd olunur. Müxtəlif dini inanclara məxsus insanların yaşadığı ölkəmizdə heç vaxt dini zəmində münaqişə yaşanmayıb. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr vermiş bu ənənə bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Azərbaycan Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Pesaxın yəhudilərin ən mühüm bayramlarından biri olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan hökuməti milli azlıqlara və dini icmalara böyük diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər şərait yaradılıb. Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli məktəbdə təhsil alan azərbaycanlı və yəhudi uşaqların birlikdə ifası bayram tədbirinə əlavə rəng qatıb. Məktəblilər yəhudi nəğmələrini, eləcə də dünya şöhrətli Müslüm Maqomayevin “Azərbaycan” mahnısını böyük məharətlə ifa ediblər. Bədii hissə tanınmış ifaçıların konsert proqramı ilə davam etdirilib. Bayram tədbirinə qatılan yerli və xarici qonaqlara Pesax bayramı və dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, dağ yəhudilərinin burada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Builki Pesax bayramı Qırmızı qəsəbədə aprelin 10- dan başlayaraq qeyd olunur və 8 gün davam edir. Təntənəli şəkildə keçirilən bayram günlərində müxtəlif dini ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər. Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə
başlayıblar. Pesax bayramı aprelin 17-dək davam edəcək.
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Yəhudilərin Pesax bayramı Qubada qeyd olunur
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA