Masallıda bələdiyyə sədrinə qarşı ittiham VAR
Bolge
Oxunub: 828
14 apr 2017 | 13:36
Masallıda bələdiyyə sədrinə qarşı ittiham VAR









Masallı rayon Ərkivan bələdiyyəsinin sədri Anar Rəcəbov 1999-cu ildən bu yana hərbi xidmətdən yayınmaq məqsədilə saxta sənəd əldə edib

Bu barədə Masallı rayon sakini Afər Cahangirov tərəfindən redaksiyamıza məlumat daxil olub.
Belə ki, Anar Rəcəbov 1999-cu ildə hərbi xidmətə yollanma yaşı çatdığı zaman 260 saylı qərarın 22-ci maddəsinin "C" bəndinə uyğun olan(bu kateqoriyaya beyin travmaları olan şəxslər daxildir) saxta sənəd əldə etmişdir.
Məsələnin ilginc tərəflərindən biri, hərbiyə "yararsız" olan Anar Rəcəbovun 23 dekabr 2014-cü il seçkilərində 71 saylı Masallı kənd - seçki idarəsi tərəfindən Ərkivan bələdiyyəsinin sədri postuna təyin olunmasıdır.
Qanunvericilikdən hər kəsə məlumdur ki, hərbi xidmətə yararsız olan şəxslər vəzifə sahibi ola bilməzlər.
Sakinlər bu məsələ ilə bağlı dəfələrlə 71 saylı Masallı kənd - seçki idarəsinə şikayət etsələr də müraciətləri cavabsız qalıb.
Rayon sakinləri bildirirlər ki, hərbi xidmətdən yayınmaq üçün saxta sənəd əldə edən bir şəxsin Ərkivan rayonuna rəhbərlik etməsi düzgün deyil.
"Hərbi xidmətdən yayınan bələdiyyə sədri bizim gənc nəsildə vətənpərvərlik ruhunu aşağı salır. Sabah onların da əsgərlik yaşı çatanda, kimə baxıb nümunə götürəcəklər?!"
Anar Rəcəbovun yol verdiyi qanunsuzluqlar Afər Cahangirovu və Ərkivan qəsəbəsinin ağsaqqalarından olan Şəmsəddin Mikayılovu hərəkətə keçirib.
Onların Hərbi Prokurorluğa etdikləri müraciətə 1 noyabr 2016-cı ildə cavab gəlib. Hərbi Prokurorluqdan gələn cavabda qeyd olunub ki, Anar Rəcəbov Mərkəzi Hərbi Həkim Komissiyasının yoxlamasından keçib və hərbi xidmətə tam yararlı hesab olunub.
Onlar məsələ ilə bağlı Prezident Adminstrasiyasına müraciət ediblər və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bu barədə məlumat verilib.
Həmin müraciət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırılıb və bəlli olub ki, Anar Rəcəbov Masallı rayon şöbəsində qeydiyyatdadır və 2017-ci ilin yanvar çağırışında hərbi xidmətə cəlb olunacaq.
Ancaq Anar Rəcəbov bu dəfə də hərbidən yayınmağın alternativ yolunu tapıb. Belə ki, 35 yaşının tamam olmasına bir neçə ay qalmış A.Rəcəbovun son çıxış yolu 2 övladı olduğu halda, 3-cü övlad sahibi olmaqla hərbi xidmətdən yayınmaq idi.
Şikayətçi bildirir ki, Anar Rəcəbov külli miqdarda vəsaiti gözdən çıxararaq, saxta yollarla həyat yoldaşının 3-cü uşağa hamilə olduğu ilə bağlı sənəd əldə etmək istəsə də, Ərkivan qəsəbə sakinlərinin narazılığı və şikayətləri nəticəsində bunun qarşısı alınıb.

29 noyabr 2016-cı ildə Masallı Rayon Məhkəməsinə müraciət edən Anar Rəcəbov bacısının maddi durumunun aşağı olması səbəbilə uşaqlarından birinə kömək məqsədilə övladlığa götürmək istədiyini deyib.
Belə ki, şikayətçi bildirir ki, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədov və Masallı rayon qəyyumluq şöbəsinin müdiri Məmmədhüseyn Məmmədova müəyyən məbləğdə pul təklif edən A.Rəcəbov sonunda bacısının oğlunu övladlığa götürməyə nail olub.
Anar Rəcəbov sağlamlıq haqqında arayışı da qeyri-qanuni yollarla sağlamlıq haqqında arayış əldə edərək ali məktəbə qəbul olub və hətta məzun olub.

Məsələyə münasibətini öyrənmək üçün Anar Rəcəbov ilə əlaqə saxladıq. A.Rəcəbov bildirdi ki, haqqımda deyilən bütün ittihamlar kökündən yalandır:
“Həmin şəxsləri mən özüm də tanıyıram. Dəfələrlə haqqımda yazıblar, qurumlara müraciət ediblər. Amma mən qanundankənar heç bir iş görməmişəm. 1999-cu ildə 11-ci sinifdə oxuyurdum, məktəbi qutarandan sonra universitetə qəbul olmuşam, ali təhsilimi başa vurduqdan sonra magistraturaya qəbul olunmuşam.
3 ildən bir həkim komissiyasından keçirəm. Son komissiyadan sağlam çıxdım.
İndi isə öhdəliyimdə 3 uşaq var deyə mənə hərbi möhlət veriblər. Bütün prosedurlar qanun çərçivəsində aparılıb.
3-cü uşağı övladlığa götürəndə məhkəməyə müraciət etdim və uşağı götürdüm.”- deyə Anar Rəcəbov bildirdi.


Masallıda bələdiyyə sədrinə qarşı ittiham VAR

Masallıda bələdiyyə sədrinə qarşı ittiham VAR

Masallıda bələdiyyə sədrinə qarşı ittiham VAR

Masallıda bələdiyyə sədrinə qarşı ittiham VAR

Masallıda bələdiyyə sədrinə qarşı ittiham VAR

Masallıda bələdiyyə sədrinə qarşı ittiham VAR
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub