Neftçala mədəniyyətində, mədəni KORRUPSİYA - İDDİA
Bolge
Oxunub: 767
18 apr 2017 | 15:15
Neftçala mədəniyyətində, mədəni KORRUPSİYA - İDDİA















Bu gün gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Belə olduğu halda isə bu tədris müəssisələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi, cəmiyyətimiz üçun məsum bir gəncin narkotik maddələrə alışdırılması qədər və bəlkə də daha çox təhlükəlidir. Təəssüflər olsun ki, nazirin tapşırıqlarına baxmayaraq bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “bayram pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir.

Bu kimi yığımların xüsusi intensivliyi ilə seçilən tədris müəssisələrindən biri də Neftçala rayon Uşaq İncəsənət və Musiqi Məktəbidir.Neftçala rayon Uşaq İncəsənət və Musiqi Məktəbinin direktoru İlqar Rəhimli hər ay müxtəlif üsullara əl ataraq pul qazanır. Daxil olan məlumata görə, İlqar Rəhimli Aprel ayının 7-ın də şagirdlərdən 10-20 manat arası məcburi pul yığdıraraq sizi Bilasuvara konsert verməyə aparacam deyərək cibini doldurub. Bununlada kifayətlənməyən İlqar müəllim Aprel ayının 17-inə, bu səfər sizi Lənkəran rayonuna aparacam deyərək şagirdlərdən pul yığdırıb. Bu səfər şagirdlərdən bir necəsi etiraz olaraq İlqar müəllimə, evdə soyuducularımızı satdığa qoyduqlarını, satılan kimi pulu ona gətirib verəcəklərini bildiriblər. Bundan qəzəblənən direktor onları məktəbdən qovmaqla hədələyib.

Şikayətçi iddia edir ki, İlqar müəllim hətta müəllimlərdən belə müxtəlif bəhənələrlə pul alır. (Otaqları ramont edəcəm hər müəllimdən 30,40,50)

BakuNews.az-a məlumat verən mənbə iddia edir ki, İlqar Rəhimli sağa-sola mən prokurorla dostam, çox yaxınıq deyərək insanları hədələyir.

Dəfələrlə mətbuatda Neftçala rayonda fəaliyyət göstərən Uşaq İncəsənət və Musiqi Məktəbinin direktorundan Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə şikayət edilsədə nəticəsi olmayıb. İlqar Rəhimli sözügedən təhsil ocağını şəxsi idarəsi kimi işlədir.
Mənbə bildirir ki, Şamaxı rayonundakı məktəbdən qovulmuş İlqar Rəhimli bir sıra işlərə qol qoyub. Onun sözlərinə görə, direktor vəzifə başına keçən gündən etibarən ayrılmış dərs saatlarını «oğurlayaraq», həmin dərsləri adı məktəbdə olan, lakin özləri Bakı və ölkənin müxtəlif yerlərində yaşayan şəxslərə verib. «Məsələn, müəllim var, lakin şagird yoxdursa, ona 30-36 saat dərs verilib. Lakin mütəmadi dərs keçən və şagirdi olan müəllimlərə isə 9-10 saat dərs yükü ayrılıb. Adı olub, lakin dərs keçməyən müəllimlərə ayrılmış dərslərdə 1 nəfər belə şagird olmur».

Mənbə iddia edir ki, bu dərslərin pullarını direktor özünə götürür. “Ölü adlar” sayəsində İ.Rəhimlinin xanlar kimi yaşamasıda diqqətdən yayınmayır.

Sonunda mənbə nazirdən xahiş edib ki, Neftçala Uşaq İncəsənət və Musiqi Məktəbində yoxlama aparılsın. Eyni zamanda, direktor İlqar Rəhimlinin əməllərinə hüquqi qiymət verilməsini istəyib.

P.S. Gələn yazımızda Neftçala rayon prokuroru Aydın Əliyevin tədbirlərin birində icra başçısı İsmayıl Vəliyev tərəfindən camaatı incitməməsini, insanları sıxma boğmaya salmamasını, bildirərək sərt tənqid edib.Mənbə iddia edir ki, hətta İsmayıl Vəliyev Aydın Əliyevi tədbirdən qovub.Bu barədə gələn yazımızda ətraflı məlumat verəcəyik.

Redaksiyadan: Yazıda adları qeyd edilən şəxslərin mövqeyini dinləyib dərc etməyə hazırıq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...