İMİŞLİ TƏHSİLİNİN İSLAHOLUNMAZ BAŞQANI
Bolge
Oxunub: 751
20 apr 2017 | 11:35
İMİŞLİ TƏHSİLİNİN İSLAHOLUNMAZ BAŞQANI










Təhsilin bərbad günə düşdüyü əyalətlərimizdən biri də İmişli rayonudur. Son illər İmişli məktəblərinin məzunlarının ali məktəblərə qəbul göstəriciləri davamlı şəkildə aşağı düşür. Məzunların buraxılış imtahanlarında topladıqları orta bal respublika üzrə orta göstəricilərdən aşağı olur. Məktəblərdə dərsə davamiyyət də aşağıdır, xüsusilə də qızların valideynləri tərəfindən məktəbə buraxılmaması mənfi tendensiya xarakteri alıb.

Hesablama Palatasının keçirdiyi yoxlama nəticəsində Təhsil Şöbəsinin qanunsuz olaraq məktəbli forması və idman geyim forması alması, artıq əmək haqqı ödəməsi, səmərəsiz xərclərə yol verilməsi kimi neqativ hallar müəyyənləşdirilib. Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, alınan malların faktiki alış qiymətlərinin yekun protokolda təsdiq edilmiş qiymətdən yüksək olması, həmçinin malların (işlərin və xidmətlərin) alış qiymətlərinin orta bazar qiymətlərindən əhəmiyyətli dərəcədə fərqlənməsi üzə çıxıb.

Əslində isə bu maliyyə pozuntuları rayon təhsil şöbəsinin (RTŞ) müdiri Ramiz Əmirovun dediyi kimi heç də mühasib səhvinin nəticəsi deyil, korrupsiya xarakterli cinayətlərdir və başda R. Əmirov olmaqla bu cinayətləri törədənlər məsuliyyətə cəlb olunmalıdırlar. Yoxsa, onlar islah olunmayacaq, qanunsuz əməllərini davam etdirəcəklər.

İmişlidəki etibarlı mənbəmiz məlumat verib ki, rayon təhsil şöbəsinin müdiri R.Əmirov son vaxtlar məktəb direktorlarına guya yoxlamaları «yola salmaq» üçün pul yığmaq lazım olduğu barədə göstəriş verib. Məktəblərdən birindən sızan xəbərə görə, Əmirovun cızdığı şantaj texnologiyasını işə salan məktəb direktoru müəllimlərdən pul istəyərkən onları hədələyib ki, əgər kim tələb olunan pulu verməsə, «yuxarıya» həmin şəxsin guya radikal müxalifətə xidmət etdiyi barədə məlumat ötürüləcək.

O da bildirilir ki, R.Əmirov indiyədək rayonun təhsil işçilərindən qanunsuz yığdırdığı və rayonun maliyyə idarəsinə rəhbərlik edən doğma xalası oğlu Rəhim Rəhimovla əlbir olaraq təhsilə ayrılan vəsaitdən çırpışdırdığı haram kapital hesabına Cəfərli kəndində 2 mərtəbəli, rayon mərkəzində də dəyəri yüzminlərlə dollarla ölçülən boyuk ev inşa etdiribmiş. Onun Bakıda, Masazır qəsəbəsində də ayrıca villalar aldığı deyilir. İmişli şəhərindəki həmin o möhtəşəm evə hətta ilft də qurdurubmuş. Lakin rayondakı evin konstruksiyası sonradan xoşuna gəlməyib və buldozerlə sökdürüb təzədən inşa etdirmək, necə deyərlər, «sıfırdan başlamaq» qərarına gəlib.

Bu və araşdırma tələb edən digər məsələlərlə bağlı Ramiz müəllimə zəng edib sualla müraciət etsək də, cavab verməyə vaxtının olmadığını deyərək dəstəyi asdı. Sonradan isə qəzetlərin birinin xanım əməkdaşı özünü həm də İmişli RTŞ-nin mətbuat katibi» kimi təqdim edərək müdirin barəsində tənqidi yazı yazmaqdan vaz keçməyimizi xahiş etdi. Qəribədir ki, təhsil müdiri bir tərəfdən suallarımızı cavablamaqdan yayınır, digər tərəfdən isə üstümüzə minnətçi salır. Bu yerdə məşhur bir alleqorik zərb-məsəli xatırlada bilərdik, amma jurnalist etikasına sığmayacağını ehtimal edib yada salmırıq. Axı bizim telefon danışığımızı başqa KİV-in nümayəndəsi hardan bilməliydi?

Qarşı tərəfi dinləməyə hazırıq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO