ZƏNGİLANI AZAD ETMƏYƏ HƏRBƏ YARARSIZLAR GÖNDƏRİLİR
Bolge
Oxunub: 798
21 apr 2017 | 12:29
ZƏNGİLANI AZAD ETMƏYƏ HƏRBƏ YARARSIZLAR GÖNDƏRİLİR










Azərbaycanda aprelin 1-dən müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb. Bildiyimiz kimi, bu ərəfələrdə həmçinin ölkə ictimaiyyəti düşmən üzərində gələcək böyük qələbələrimizin müjdəçisi olan 2016-cı ilin şanlı Aprel döyüşlərinin birinci ildönümünü qeyd edir. Əlbəttə, Milli Ordunun və digər qoşun növlərinin zəfər qazanmasına ümid etmək üçün onların sıraları məhz sağlam, orqanizmləri döyüş qabiliyyətinə yiyələnmək potensialına malik gənc əsgərlər hesabına yenilənməlidir. Lakin çox təəssüflər olsun ki, hələ də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələri tərəfindən yararsız və ya məhdud yararlı çağırışçıların hərbi xidmətə cəlb olunması hallarına rast gəlinməkdədir. Daha acınacaqlı hal budur ki, məkəcəyimiz misalda bu neqativ hal məhz işğal altında olan rayonlardan birinin çağırış şöbəsində baş vermişdir. Çünki orduda köçkün rayonun təmsilçisi olan əsgərin döyüş qabiliyyətinə malik olmaması, xəstəliyi, iradi zəifliyi səbəbindən yoldaşlarından geri qalması, nəhayətdə onun səhhətinin pisləşməsi, yaxud daha pis halda intihara cəhd etməsi digərlərinin də mənəvi-psixoloji durumuna olduqca mənfi təsir edə bilər. Belə faktların açıqlanması informasiya müharibəsində də düşmən tərəfə devidentlər qazandırar.

Hərbi hospitalda qohumuna baş çəkməyə getmiş əməkdaşımız orada tükürpədici mənzərənin şahidi olmuşdur. Hospitaldakı gənclərdən birinin qaməti demək olar ki ikiqat əyilmiş, sual işarəsinə bənzəyirmiş. Həkim qəbuluna gəlmiş Orxan adlı həmin gəncin valideynləri ilə söhbət edən əməkdaşımız onun SHXÇDX-nin Zəngilan rayon şöbəsindən hərbi xidmətə yola salındığını öyrənmişdir. Təkcə qamətindəki problem deyil, həmçinin ürək qüsurundan da əziyyət çəkən xəstə gəncin qohumları bildirmişlər ki, onun hərbi xidmətə yararsızlığını təsdiqləmək üçün Bakının Sabunçu rayonunda yerləşən Zəngilan SHXÇ Şöbəsinin rəisi Eldəniz Süleymanlı onlardan 3 min manat rüşvət istəyib və bunu "yuxarı"nın tələbi kimi ortaya qoyub. Amma nə yaxşı ki, çağırışçını qəbul edərkən hərbi hissədə təkrar keçirilmiş müayinə korruptiv deyil, obyektiv olub və onu hospitala göndərib. Hospitalda da Orxanın hərbi xidmtə yararsız olduğu təsdiqlənib.

Bu faktla bağlı SHXÇDX-nin Zəngilan rayon şöbəsinin rəisi E. Süleymanlının mövqeyini öyrənmək üçün onunla telefon bağlantısı yaradıb suallarımızı verdik. Rəis suallarımıza cavab verməkdən yayınaraq dedi ki, sözügedən məsələ ilə bağlı "yuxarı"ya müraciət etməyimiz məsləhətdir. Əslində biz bu "yuxarı" söhbətini Orxanın valideynlərinin "komissar" haqqında dediklərinin bir növ sübutu kimi xidmət edən cavab kimi də qəbul etmək olar.
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü