Qazaxda ölümlə nəticələnən avto qəzanın ilginc təfərruatı və ya günahgar Qazax İcra Hakimiyyətidir!
Bolge
Oxunub: 1 090
25 apr 2017 | 01:32
Qazaxda ölümlə nəticələnən avto qəzanın ilginc təfərruatı və ya günahgar Qazax İcra Hakimiyyətidir!












Eldəniz Əzimovun şəxsi araşdırması.

Xatırladım ki 18 aprel 2017 tarixində gecə saatlarında icra hakimiyyətinin 20 metrliyində və düz icra nümayəndəliyinin qarşısında ölümlə nəticələnən avtoqəza baş verdi. Şahidlərin məlumatına görə Mitsubishi cip markalı avtomobilin sürücüsü, icra hakimiyyətinin yolu kəsmək üçün avtomobil yolunun üzərinə uzadılmış beton işıq stolbasına çırpılaraq, idarəetməni itirib içində sərnişin olan opel markalı avtomobillə toqquşdu. Nəticədə 1 nəfər qadın həyatını itirdi 1 azyaşlı uşaq və yaşlı bir qadın ağır yaralandı. Qəza törədən ovtomobildə isə bizi qoruyan 3 əsgər döyüşcü qardaşımız yaralandı. Sükanın arxasında olan sürücü isə təbii ki cinayət məsuliyyətinə cəlb olunacaq. Göründüyü kimi itkimiz böyükdür. Ən böyük bəla odur ki bu həmin yerdə baş vermiş 2-ci avtoqəzadı. Bir müddət əvvəl baş vermiş 1-ci avtoqəza ölümsüz ötüşsədə, 2 nəfər ağır yaralanmışdı və avtomobil yararsız hala düşmüşdü.

Bu hər iki qəzanın əsl səbəbi nədir? Kimdir günahgar?

Şahidlərin dediyinə görə qəza törədən avtomobilin arxasınca dövlət yol polisi qovurmuş. Sürücü isə ələ keçməmək üçün və cərimədən yayınmaq üçün qaçmağa cəhd edib. Qəzadan sonrada məlum olub ki sürücü içkili vəziyyətdə imiş. Bəli! Biz durub yol polisi işcisini maşın qovmaqda, sürücünü isə içkili olmaqda və yol polisinin saxla əmrinə tabe olmamaqda ittiham edə bilərik. Lakin yol polisi öz xidməti işini görür, sürücü isə ən pis halda içkili və avtoxuliqanlıq maddəsiylə cərimə olunacaqdı. Lakin mən hesab edirəm ki, bu qəzada əsl günahgar yolu primitiv və təhlükəli üsulla kəsmiş icra hakimiyyəti bu işdə bir başa günahgar hesab olunmalıdır. Çünki yerə uzadılmış 4 künc iti bucaqlı, beton işıq stolbasının nəzərə alsaq ki, yer səttindən 20 sm hündürdədir və rəngi asvalt rəngində olduğu üçün onu gecə vaxtı görmək qeyri mümkündür. Onuda nəzərə alsaq ki, həmin qəzanı törədən avtomobil aşağı sedan tipli yox, hündür mitsubisi cip avtomobili olub, bu zaman yerdəki 20 sm tramplinə oxşar və üzərində işığı əks etdirən heç bir vasitənin olmaması, həmin maneənin sürücü üçün görünməz bir vasitə olduğu qənaətinə gəlmək olur. Ən azından beton stolbanı sarı - ağ boya ilə rəngləmək və ya üzərində bir işıq əks etdirici vurmaq olardı. Stolbanı bura yerləşdirənlər bunu etməliydi, amma nədənsə etməyiblər. Maraqlısı odur ki həmin yolda qadağan edici “Giriş qadağandır” yol işarəsidə yoxdur. 1-ci qəza oldu, 2-ci qəza da baş verdi, Allah növbəti qəzadan saxlasın.

Maraqlıdır ki, bəs bizim hər şeydə qüsur axtarışında olan başcımız Rəcəb Babaşov hər gün ora işə gedərkən o qüsuru niyə görməyib ? Əvvəllər nəzərindən qaçıbsa belə qəzadan sonra həmin primitiv maneənin aradan qaldırılması ilə bağlı niyə göstəriş verməyib? O işıq stolbası hələ də oradadır.

Növbəti qurban kim olacaq?

Hörmətli icra strukturu, insanların həyatı və taleyi sizin üçün bu qədərmi ucuzdur? Allah etməsin 3-cü qəzanımı gözləyirsiniz? Hani bizim dövlət məmurlarının ən ali icra orqanının məntiqi? Niyə dərhal o primitiv və yol hərəkət qanunlarına uyğun olmayan işıq stolbasını normal standarta uyğun bir vasitəylə əvəz etmirsiniz? Misal üçün “şlaqbaumla”! Bu qəzanın nə səbəbdən baş verdiyini anlamaq və dərhal zəruri tədbir görmək o qədərmi çətindir? Yoxsa Qazax icra məmurlarının başı daha vacib işlərə qarışıb? Bəlkə başınız rayonda məntiqsiz qüsur axtarışlarına qarışıb? Dostlar, bir az məntiqiniz olsun...

Bir rayonun icra hakimiyyətinin düz qarşısında belə bir kobud və ölümlə nəticələnən səhvə yol verməyə haqqı yoxdur! Ona görə də mən hesab edirəm ki, bu avtoqəzada nə sürücüdə nədə ki, yol polisində işcisində günah yoxdur. Baş vermiş ölümün məsuliyyəti bir başa yolu məntiqsiz kəsmiş və buna məsuliyyətsiz yanaşan icra hakimiyyəti orqanıdır. Buna görə də icra hakimiyyəti bu xətaya görə cavab verməlidir və zərər çəkmiş şəxslərə təzminat ödəməlidir.

Eldəniz Əzimov - İctimai -siyasi analitik. Tel 055 763 48 05
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE