İcra başçısı Şəmkirdə “İpək yolu” korrupsiyasını necə ört-basdır edib? - İDDİA
Bolge
Oxunub: 740
26 apr 2017 | 13:43
İcra başçısı Şəmkirdə “İpək yolu” korrupsiyasını necə ört-basdır edib? - İDDİA

















“İpək yolu”nun çəkilişi zamanı yol verilən korrupsiya haqda çox yazılıb. Ziya Məmmədov nəqliyyat naziri olduğu dövrdə onun “İpək yolu”nun çəkilişindən böyük məbləğlər qazandığı haqda “WikiLeaks”in dərc etdiyi məxfi materiallarda belə məlumatlar yer almışdı. Hazırda Ziya Məmmədov nazir deyil. “İpək yolu”nun çəkilişində isə korrupsiya qalmaqdadır.

Redaksiyamıza daxil olan məlumata görə, Şəmkirin Əliyaqublu kəndi ərazisində yolun keçəcəyi torpaqlarda vətəndaşların təsərrüfatları, istilikxanaları olub. Dünya Bankından alınan kredit hesabına yol layihəsi tərtib edilərkən belə halların olacağı da nəzərə alınıb və torpaqları yolun altına düşən vətəndaşlara kompensasiya ödənilməsi nəzərdə tutulub.

“İpək yolu” Şəmkir Yol Polisinin postundan “Qırmızı körpü”yə qədər uzanır. Həmin ərazidən Əliyaqublu kəndi ilə yanaşı bir çox kəndlərin sakinlərini torpaqları da yolun altına düşüb. Kompensasiya verilişi zamanı isə böyük narazılıq yaranıb. Belə ki, Şəmkir Rayon İcra Hakimiyyəti rəsmiləri vətəndaşlara təsərrüfatlarının real qiymətindən dəfələrlə az kompensasiya təklif edib. Bir çox vətəndaşları kompensasiyanın azlığından narazı olsalar da, sonda kompensasiyanı elə təklif olunan miqdarda almaq məcburiyyətində qalıblar. İcra hakimiyyəti rəsmiləri onlara deyiblər ki, əgər təklif etdikləri kompensasiyanı almasalar, ümumiyyətlə, sökülüb yerlə-yeksan edilmiş təsərrüfatlarına görə heç qara qəpik də ala bilməyəcəklər. Naəlac qalan vətəndaşların bir çoxu narazı olsalar da, təklif olunan kompensasiyanı götürüb.

Əliyaqublu kəndinin 4 sakini Arzu və Azər Məmməd oğlu Heydərov qardaşları, Abbas və Çingiz Ələmdar oğlu Yusifov qardaşları Şəmkir Prokurorluğuna rəsmi qaydada şikayətlər yazıblar.

Məsələ ilə bağlı araşdırmalar başlanıb və çox ilginc korrupsiya sxemləri ortaya çıxarılıb. Məlum olub ki, Arzu Heydərova yolun altında düşən təsərrüfatına görə 121 min manat kompensasiya verilməli imiş. Amma vətəndaşa cəmi 20 min manat kompensasiya verilib. Onun qardaşı Azər Məmməd oğlu Heydərova dağıdılaraq üzərində yol çəkilən obyektinə görə 197 min manat verilməli imiş. Həmin pulu icra hakimiyyəti rəsmiləri ilə sıx əlaqədə olan Mirəli Həsən oğlu Həsənovun adına sənədləşdiriblər. Mirəli Həsənov 197 min manatdan cəmi 30 min Azər Heydərova verib. Abbas və Çingiz Yusifov qardaşlarına isə yolun altında qalan təsərrüfatlarına görə 308 min manat kompensasiya verilməli olub. Onlara ümumilikdə 70 min manat veriblər.

Şəmkir Prokurorluğunda böyük korrupsiya cinayətinin araşdırılmasına Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti şöbəsindən də nümayəndələr qatılıb. Vətəndaşların şikayətləri yerində araşdırılıb və kompensasiyaların rəsmi sənədlərdə göstərildiyindən dəfələrlə az verildiyi təsbit olunub.

İddiaya görə, həmin vaxt məsələyə Şəmkirin icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qarışıb. İcra başçının təkidi ilə təsbit olunan korrupsiya faktları ilə bağlı rəsmiləşdirmə aparılmayıb.

A.Məmmədov prokurorluqdan tələb edib ki, işi bağlasınlar. Şəmkir prokuroru isə israr edib ki, işi bağlaya bilməyəcəklər, iş yalnız vətəndaşlara kompensasiya ödənəcəyi təqdirdə bağlana bilər. Bundan sonra vətəndaşlara çatacaq kompensasiya tam həcmdə özlərinə verilib. Hazırda “İpək yolu”nun Şəmkir ərazisindən keçən hissəsində torpaqları yolun altına düşən vətəndaşların bir çoxunun rayon prokurorluğuna şikayət yazdıqları bildirilir. Vətəndaşlar onlara çatacaq kompensasiyanın bu şəkildə mənimsənildiyini bildirir, məsələ ilə bağlı araşdırılma aparılımasını istəyirlər.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. \\musavat.com\\
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM