Rəcəb Babaşov əri olan qadına əxlaqsız dedi... Əri və qardaşı başcını axtarır...
Bolge
Oxunub: 1 409
1 may 2017 | 11:02
Rəcəb Babaşov əri olan qadına əxlaqsız dedi... Əri və qardaşı başcını axtarır...
















Qazaxda İnsident!

Qazax icra çaşcısı Rəcəb Babaşov cəbhə bölgəsində döyüşən hərbiçinin bacısını bir neçə vəzifəli şəxsin yanında əxlaqsız adlandırdıqdan sonra insident yaşanıb. Belə ki rayonda müəssisələrin birində işləyən 2 uşaq anası və evində əri olan (əsl adını məlum və üzürlü səbəbdən çəkə bilmirik, ad şərtidir) M. Asiyanı “bu əxlaqsız burada nə edir” deyərək həmin qadın işləyən müəssisənin bağlanmasını tələb edib. Rəcəb Babaşov tərəfindən təhqir olunan M. Asiya bunu anasına, həyat yoldaşına və hərbiçi qardaşına danışıb. Anası və təhqir olunmuş qızı, Prezident İlham Əliyev cənablarına və 1-ci Vitse Prezident Mehriban xanıma rəsmi şlkayət edərək başcının cəzalanmasını xahiş ediblər. (ehtiyac olarsa ərizənin sürətini rəsmi dövlət qurumlarına təqdim edərik). Bu söhbətin bütün rayona yayılması təbii ki bir nəslin ləkələnməsi ilə nəticələnir. Anası bir neçə dəfə təhqir olunmuş qızıyla birgə Qazax icra hakimiyyətinə başcının qəbuluna getsədə onunla görüşə bilməyiblər. Təhqir olunmuş xanımın hərbiçi qardaşı döyüş bölgəsindən icazə alıb başcının qəbuluna gəlib ki, icra başcısı Rəcəb Babaşov mənə izah etsin ki hansı səbəbə görə 2 azyaşlı uşaq anasını və evində əri olan bacısını “əxlaqsız” adlandırır. Əlində sübutu varsa qoy mənə göstərsin mən özüm onu cəzalandırım. Lakin insident yaşana biləcəyindən ehtiyatlanıb onu icra başcısının qəbuluna buraxmayıblar. Təhqir olunmuş xanımın hərbiçi qardaşı Ali Baş Komandana və Müdafiə Nazirinə müraciət edərək Rəcəb Babaşovun bu tərbiyəsiz əməlinə qiymət verilməsini və cəzalanmasını xahiş edib. İcra başcısı isə ana və qızını susdurmaq üçün öz işcilərinin vasitəsiylə, polis və prokurorluğa verəcəyi, və dövlət işində işləyən ananı işdən çıxaracağıyla hədələyib.

Qeyd edək ki Rəcəb Babaşov Qazax rayonunda ağzı söyünclü və yekəxana icra başcısı kimi tanınır. Babaşovun gömrük şefiylədə əlbəyaxa olması məhz başcının gömrük şefinə söydükdən sonra yaşanmışdır. Lakin burada söhbət Azərbaycan qadınından gedir. Bir qadını əxlaqsızlıqda ittiham edib hər kəsin yanında onu təhqir edərək üzərinə belə bir çirkin damğa vurmaq rayonun 1-ci rəsmi şəxsinə yaraşan əməl deyil. Həmdə bunu Rəcəb Babaşov rəhbərlik etdiyi düşmənlə üz üzə olan bir cəbhə bölgəsində etməsi böyük bir xəta olduğunu hər kəs təsdiq edə bilər. Rəcəb Babaşovun bu əməli Qazaxlıları da hiddətləndirib. Ona görədə bir qrup Qazax sakini imza toplayaraq icra başcısının istefasıyla bağlı Prezident İlham Əliyevə müraciət etməsi gözlənilir.

Bu məsələ “əxlaqsız” mövzusunda Rəcəb Babaşovun 1-ci hərəkəti deyil. Bu mövzuda tez-tez söhbət açan başcı bir dəfədə Qazaxda “Oxumaq – Oxumaq” adıyla tanınan binanın sakinləriylə görüşdə sakinlərə üz tutaraq söyləmişdir ki, eşitmişəm bu binada bir neçə əxlaqsız qadın var. Başcının bu sözləri sakinlərin etirazına səbəb olmuşdur. Sonra həmin binanın işıqlarınıda kəsdirərək binanın sakinlərini 10 gün işıqsız qoymuşdur. Bunun səbəbini isə Rəcəb Babaşov, bu binada əxlaqsız qadınlar var onları cəzalandırmaq üçün edirəm, demişdir. Rəcəb Babaşov icra hakimiyyətindəki iclaslarda da tez-tez “əxlaqsızlıq” mövzusunda söhbətlər açır. “Mənim ən zəhləm gedən şey əxlaqsılıqdır”, “eşitmişəm filan idarədə 1 əxlaqsız qadın işləyir”, “əxlaqsız qadınlar haqqında mənə məlumat verin”, “o əxlaqsız sənin idarəndə niyə işləyir, onun əmrini ver çıxart” və s. bunun kimi ifadələr Babaşovun iclaslarda işlətdiyi ifadələrdi. Aydın məsələdir ki, əxlaqsızlıq cəmiyyətin bəlasıdır və heç kimin bundan xoşu gəlmir. Əxlaqsızlıqla mübarizə, sivil və mədəni üsullarla aparılır. Bu cür kobud yox! Bu “əxlaqsızlıq” mövzusuyla özünə divident qazanmaq istəyən Babaşov əks effektlə üzləşdiyindən öz başını cəncələ salıb.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO