“Azərsığorta” şəhid ailəsinin 11 min manatını necə yeyib? - Çəkişmə
Bolge
Oxunub: 701
30 apr 2017 | 09:15
“Azərsığorta” şəhid ailəsinin 11 min manatını necə yeyib? - Çəkişmə
















Zərdab rayon sakini, şəhid ailəsi Bəkirova Nahidə Hüseyn qızı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən şikayətçidir

Adıçəkilən şirkət məhkəmənin qətnaməsinə baxmayaraq N.Bəkirovaya 11 min manat kompensasiyanı ödəməkdən imtina edir.

Nahidə Bəkirova 16.06.1992-ci il tarixində Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan Bəkirov Zahid Ağahüseyn oğlunun həyat yoldaşıdır.

Nahidə Bəkirova məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə şikayət edib. Hakim Elmar Rəhimovun sədrliyi ilə 18 iyul 2014-cü il tarixində keçirilən məhkəmə prosesi zamanı qəbul edilən qətnamədə N. Bəkirovanın iddiası təmin edilib.

Dövlət Sığorta Kommersiya Şirkətindən 11 min manat tutularaq iddiaçıya verilməsi ilə bağlı qərar qəbul olunub. Amma buna baxmayaraq Dövlət Sığorta Kommersiya Şirkəti bu günə qədər kompensasiyanı ödəməkdən boyun qaçırır.

Ulus.Az xəbər verir ki, Nahidə Bəkirovanın oğlu Bəkirov Səbuhi Zahid oğlu böyrək çatışmazlığından əziyyət çəkir və övladının müalicəsi üçün onun kifayət qədər maddi imkanı yoxdur.

Ailədə işləyən olmadığı üçün ailə dövlətin Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş Bəkirov Zahid Ağahüseyn oğluna təyin etdiyi təqaüdlə keçinir.

Qanunlara, məhkəmə qətnaməsinə baxmayaraq Dövlət Sığorta Kommersiya Şirkəti vətəndaşı incitməkdən əl çəkmək istəmir. Onu da deyək ki, “Azərsığorta”dan şikayətlər kütləviləşir.

Zərdab rayonu Gödəkqobu kənd sakini 2- ci qrup əlil Bəndəlizadə Sübhan Bəhrəm oğlu da bildirmişdi ki, Dövlət Sığorta Kommersiya Şirkəti mənə düşəcək 6600 (altı min altı yüz) manat kompensasiyamı mənimsəyib qanunsuz olaraq vermək istəmir:

“Xəstəliyə görə mənə 2-ci qrup əlilik dərəcəsi təyin eilib.Mən tam sağlam hərbi xidmətə getmişəm buna dair sənədlər var. Həmin sənədləri həkimlər verib.Əgər mən xəstə idimsə nə üçün hərbi xidmətə aparılmışam?

Ancaq hərbi xidmətə gedənə kimi məndə heç bir xəstəlik olmayıb. Mənə düşəcək hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişini verməyib saxtakarlıq edən vəzifəli şəxslər cəzalandırılmalıdırlar.
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO