İcra başçısının köməkçisi 2-ci qrup əlili həbslə hədələyib - İttihamlar
Bolge
Oxunub: 822
1 may 2017 | 19:19
İcra başçısının köməkçisi 2-ci qrup əlili həbslə hədələyib - İttihamlar
















Şəkinin Oxud kənd sakini, ikinci qrup əlil Əhmədov Kənan Nimət oğlu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elçin Səfərovdan şikayətçidir

O, ailəsinə təyin edilmiş ünvanlı sosial yardımın kəsilməsi və əlillik pensiyasi ilə bağlı Elçin Səfərovun qəbuluna gedib.

Lakin direktor onunla kobud davranıb. Elçin Səfərov onun şikayətini dinləmək əvəzinə, nalayiq sözlər deyərək əlini stola vurub və onu otaqdan qovub.

Ümumiyyətlə Kənan Əhmədov dəfələrlə rastlaşdığı problemi Elçin Səfərova çatdırmaq istəsə də, onu qəbul edib problemini maraqlanan olmayıb.

Çarəsiz qalan Kənan Əhmədov aprelin 21-də Şəki Şəhər İcra Hakimiyyətinə qəbula getsə də, onu qəbula buraxmayıblar.

Qəbul günü olmasına baxmayaraq icra başçısının köməkçisi Vəliyev Ziya Nazim oğlu ona nalayiq sözlər deyərək bir də icra hakimiyyətinə gəlməməsini tələb edib. Əks halda polisə zəng edərək onu həbs etdirəcəkləri ilə hədələyiblər.

Kənan Əhmədovun ailəsinə verilən ünvanlı sosial yardımı heç bir səbəb olmadan dayandırılıb və yerli məmurlar onun şikayətinə baxmır.

Ulus.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli Sosial Müdafiəsi Mərkəzlərinin işi son aylarda ən çox müzakirə mövzularından birinə çevirilib.

Xüsusən də aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi prosesində yaşananlar vətəndaşların ciddi narazılığına gətirib çıxarır.

Eks nazir Füzuli Ələkbərovun zamanında ünvanlı sosial yardımların verilməsində yaradılan süni maneələr, bürokratiya azmış kimi, insanlar onlara qanunla düşən məbləği almaqda da çətinlik çəkirdilər.

Əsasən də vətəndaşlara tətbiq edilən qanunsuz bölgü prinsipindən. Heç kəsə sirr deyil ki, rayondan asılı olaraq insanlara sosial yardımlar 8-4, 6-6 aylarla və s. prinsiplərlə verilirdi.

Yəni, sosial yardım düşən ailələrə bildirirdilər ki, sizə yardım yazırıq ancaq bu məbləğin 4 və ya 6 ayını bizə verməlisən. “6 ay sənin, 6 ay mənim” prinsipi ilə işləyən şəhərlərdən biri də Şəkidir.

Şəki şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elçin Səfərov yardıma ehtiyacı olan insanlarla öz qanunları ilə təsdiq edir. Belə ki, kim onun şərtləri ilə razılaşsa sənədlər təsdiqlənəcək və yardım təyin olunacaq. Qarşı tərəfi dinləməyə hazırıq.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE