İcra başçısının qardaşı oğlu həbs edildi, maşını əlindən alındı
Bolge
Oxunub: 872
1 may 2017 | 19:22
İcra başçısının qardaşı oğlu həbs edildi, maşını əlindən alındı












Ləğv olunmuş MTN-in Antiteror mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsinin rəis müavini, polkovnik Azər Mehdiyev ibtidai istintaqa ifadə verib

Ulus.Az polkovnik barəsində olan cinayət işinin ittiham aktına istinadən xəbər verir ki, Azər Mehdiyev verilən ittiham üzrə özünü təqsirli bilməyib.

O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu ilə 250 min dollar tələb etməkdə və 120 min dollar almaqda ittiham edildiyi epizod üzrə dindirilərkən deyib ki, Mark adlı tanışı onlara müraciət edib. “Mark Maqsudla aralarında olan torpaq mübahisəsinin həllində köməklik etməyimi xahiş etmişdi. İlqar Əliyevin tapşırığına əsasən, 2015-ci ilin iyun ayında Maqsud Mahmudovu MTN-ə dəvət elədim. Maqsud Mahmudov söz verdi ki, bu məsələni həll edəcək, lakin ondan pul almamışıq. Bu məsələdən baş idarə rəisi Elçin Quliyevin də məlumatı olub".

Həbsdə olan polkovnik, həmçinin, qeyd edib ki, sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edildiyini, Yalçına məxsus 30 min dollar dəyərində "İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu ilə əlindən alındığını etiraf edib: "İlqar Əliyevin xidməti otağına gedərək orada adının sonradan Mahirə Süleymanova olduğunu bildiyim bir qadının olduğunu gördüm. İlqar Əliyev həmin qadının Elçin Quliyevin anası Ədilə Quliyeva ilə birlikdə işlədiyini, avtomobilinin bir neçə şəxs tərəfindən qanunsuz şəkildə alınaraq qaytarılmadığını, ona görə də Mahirə Süleymanovaya ərizə yazdıraraq ona köməklik etməyimi bildirdi. Daha sonra Mahirə Süleymanova ilə birlikdə otaqdan çıxdım. Ona ərizə yazdırdım. Həmin vaxt Mahirə Süleymanova qeyri-rəsmi birgə yaşadığı şəxslə Yalçın Abdullayev adlı sahibkar arasında birgə biznes fəaliyyətlərinin olduğunu dedi. Bildirdi ki, bununla əlaqədar onların aralarında borc mübahisəsi yaranıb. Bu mübahisənin həlli ilə bağlı Mahirə öz tanışının əvəzinə özünə məxsus olan “İnfinity FX 35” markalı avtomobili Yalçın Abdullayevin tanışının adına rəsmiləşdirib. Mahirənin yazdığı ərizənin icrası Antiterror Mərkəzinin rəhbərliyi tərəfindən mənə həvalə edildi. Bundan sonra ərizə ilə əlaqədar 2015-ci ilin təxminən oktyabr ayında Yalçın Abdullayevin telefon nömrəsinə zəng etdim. Onu MTN-ə dəvət etdim. Yalçın Abdullayev də bu məsələlərlə əlaqədar ətraflı izahat verdi, Mahirə Süleymanovanın özünə məxsus “İnfinity FX 35” markalı avtomobili könüllü şəkildə ona verdiyini bildirdi. Bundan sonra İlqar Əliyevin tapşırığına əsasən, Yalçın Abdullayevin tanışlarını da Antiterror Mərkəzinə çağırdım. Həmin şəxslərdən Sahib Əliyev və Namiq Əsgərov adlı şəxsləri özüm qəbul edərək, onlarla söhbət etdim. Yalçının qardaşı Zaur Abdullayevi isə hansı əməkdaşın qəbul etdiyini bilməmişəm. Araşdırma zamanı qeyd edilən avtomobillə bağlı Binəqədi rayon Məhkəməsində mülki işin olduğu bir daha təsdiq olundu. Bundan sonra İlqar Əliyev Yalçın Abdullayev və Sahib Əliyevi şəxsən qəbul etdi və onlardan Mahirəyə məxsus avtomobili qaytarmalarını tələb etdi. Sahib Əliyev də Yalçın Abdullayevin ona 30 min dollar borcunun olduğunu, həmin pulu aldıqdan sonra avtomobili Mahirəyə qaytara biləcəyini söylədi. Yalçın da İlqar Əliyevin yanında həmin pulu Sahibə qaytaracağına söz verdi. Növbəti gün avtomobilin Mahirəyə qaytarılacağı razılaşdırıldı və onlar MTN-dən buraxıldı”.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Yalçın Abdullayev Beyləqan rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Azər Mehdiyev bildirib ki, proseslərin gedişatının Elçin Quliyevə mütəmadi olaraq məruzə edilməklə nəzarətində saxlanıldığını bilib.

Azər Mehdiyev həmçinin zərərçəkənlərdən Malik Mustafayevin intihar etməsi faktı ilə bağlı da ifadə verib. Polkovnik bildirib ki, bu barədə 2014-cü ilin noyabr ayında elə intihar ərəfəsində eşidib: “İntiharın səbəbi barədə maraqlanmamışam və bu barədə məlumatım olmayıb. Mətləb Mustafayevi dəqiq xatırlamadığım tarixdə Antoterror Mərkəzinin 1003 saylı otağında İlqar Əliyevin yanında görmüşəm. Amma Mətləb Mustafayevlə İlqar Əliyevin nə bərədə söhbət etmələrini bilməmişəm. Mətləb Mustafayevlə İlqar Əliyevi görən zaman otaqda vəkil olmayıb”.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...