Haqqı danana haqq da divan tutacaq - Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov
Bolge
Oxunub: 1 545
3 may 2017 | 12:00
Haqqı danana haqq da divan tutacaq - Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov















Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan Onun haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən, gənc, istedadlı kadr kimi tanınır. Sözümüz onda deyil. Son günlər sosial şəbəkədə, xəbər portallarında Manaf Manafov barədə yazılan və məqsədli şəkildə yayılan böhtan xarakterli yazılardan gedir.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Həmin şər atdığınız adam millətimizin yetişdirdiyi gənc, prespektivli ziyalılardan biridir. Şər atdığınız adam sıradan bir şəxs deyil, bir rayonun iqtidarda oan partiya rəhbəridir.. Bəli, yaşının o həddi olmasa da, əsl el-oba adamıdir, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlıdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı belə münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Pirallahı əhalisi tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Manaf Manafov rayon əhalisi tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Nəşrə başlayan hər bir mətbu orqan qarşısına məqsəd qoyur. Və bu məqsədə çatmaq üçün dünya təcrübəsinə söykənən jurnalistikanın prinsiplərinə əməl etməlidir.

Əsl reşəkar jurnalist qəbul olunmuş bu prinsiplərə əməl edtməlidir. Bəli jurnalist var ki, öz yaradıcılığında prinsiplərə söykənir, jurnalist də var ki, prinsiplərdən qaçır, özü istədiyi kimi hərəkət edir. Onun məqsədi qarayaxmaq, faktı özünə sərf elədiyi kimi oxuculara çatdırmaq, lazım gələndə şərh etmək, bir sözlə, aranı qızışdırmaqdır. O, bununla yalnız öz çevrəsinin "hörmətini" qazana bilər.

Qərəzsiz olmaq üçün qərək vicdanlı olasan, yalana yol verməyəsən və əlində olan faktları yalnış göstərməyəsən. Yanlışlığa yol verilibsə, etiraf edib düzəltməlisən. Peşəkar Jurnalistlər Cəmiyyətinin Etik Koteksində çox aydın yazılıb: "Buraxılan səhvləri tez və bütövlükdə düzətmək lazımdır". Amma təəssüf ki, bəzi yazılarda qərəzliliyin şahidi oluruq. Qazanc xatirinə, qəzetlərin satılması xatirinə yalan uyduran jurnalistlərin bir qismi açıq-aşkar qərəzli mövqedən çıxış edirlər. Bu da narazılıq doğurmaya bilməz. M.Ə.Rəsulzadə "Mətbuat azadlığı" məqaləsində yalan, qərəzli mətbu orqanlar barədə yazırdı: "Öz xeyirləri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur".

Möhtərəm həmkarlarım, elə yazın ki, sonradan yazdıqlarinıza görə peşiman olmayasınız!!!
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"
Dünən, 10:32
Bakı vaxtı ilə Moskva - "Kommersant"
Dünən, 10:26
Erməni mediası Rusiya-Türkiyə problemini qabardır - Kreml sorğu göndərdi
Dünən, 10:22
İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası
Dünən, 09:33
Ağ Ev Ukraynanı məxfi sülh masasından necə geri çəkdi: ABŞ Avropa Birliyini iqtisadi intihara məcbur edir
Dünən, 09:30
"El Klasiko"da 5 qol: "Real" son dəqiqələrdə qələbə qolunu vurdu - VİDEO
Dünən, 09:20
Füzuli şəhərinə daha 39 ailə yola salınıb - FOTO