Vaqif Səlimov “xod” gedir
Bolge
Oxunub: 2 116
6 dek 2014 | 15:25
 Vaqif Səlimov “xod” gedir


















Su təminatından manipulyasiya etmək üçün minbir rola girən Vaqif müəllim, suyun bir kubunu qəbul olunmuş Səlimov “qanunları”na uyğun satışa çıxarır



Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi, cənab Vaqif Səlimovun qol qoyduğu qanunsuzluqlar barədə dərc etdiyimiz açıqlamalardan sonra, deyəsən o, yamanca “xod” getməyə başlayıb. Ümumiyyətlə, “xod” getmək yaxşı əlamətdir, amma gərək elə edəsən ki, yol gedərkən, hansısa mövzu haqda danışarkən, məsələyə münasibət bildirərkən və.s “sürət həddi”ni aşmayasan. Əgər kimsə “sürət həddi”ni aşarsa, çox zaman bu acı bir sonluqla da nəticələnə bilər. Elə bu səbəbdən də, dəyərli dostlara, qiymət verdiyimiz insanlara, şəxsiyyətinə hörmət etdiyimiz hər kəsə və.s tövsiyyəmiz odur ki, “xod” gedərkən bir az diqqətli olmaq lazımdır.

Amma belə bir tövsiyyələrimizə baxmayaraq, şəxsiyyətinə hörmət etdiyimiz Vaqif Səlimov, son vaxtlar KİV nümayəndələrinə qarşı yamanca “xod” getməyə başlayıb. Məsələn, əldə etdiyimiz məlumatlara görə o, bir müddət bundan əvvəl Xaçmaz rayon İcra Hakimiyyətində iki nəfər media nümayəndəsinə kəskin iradını bildirən SSİ-nin rəisi, onu da vurğulayır ki, “sizlər məndən yazmaqla nəyə nail olacaqsınız. Mənim arxamda dağ kimi söykəndiyim komitəmiz, bir də ki, rayonda mühüm vəzifə daşıyan rəhbər şəxslərdən biri durur. Mən bu günə qədər yığdığımı yığmışam, yediyimi yemişəm. Tutaq ki, məndən yazırsınız, məni də işdən çırarırlar, mən heçnə itirəsi deyiləm. Gedin, nə bacarırsınızsa onu da yazın” deyir.

Belə bir yanaşma, əslində bu gün hər kəsi düşündürməli, hər kəsi götür-qoy etməyə vadar etməlidir. Axı, necə ola bilər ki, hakimiyyətin ən yuxarı kürsüsündə vəzifə sahibi olan hər kəs,

media təmsilçilərinə diqqətlə yanaşırlar, hörmət və ehtiramlarını bildirirlər. Vaqif Səlimova gəldikdə isə o, KİV nümayəndələrini saya salmır, hətta aşağılayıcı münasibət bildirməkdən belə çəkinmir.

Bütün bunlar qalsın bir yana, Vaqif Səlimovun qanunsuzluğa söykənən iş fəaliyyəti haqda məlumatları, informasiya mərkəzimizə çatdıran mənbə onu da vurğulayır ki, onun bu günədək əldə etdiyi gəlirin daha çoxu, büdcə vəsaitini oğurlamaqdan keçir. Məslən, komitədən müxtəlif layihələri həyata keçirmək üçün, idarəyə külli miqdarda pul vəsaiti ayrılır. Bu zaman SSİ-nin rəisi həmin vəsaitlərin çoxunu, guya bir çox layihələrin həllinə yönəldir adı altında mənimsəyir. Əldə etdiyimiz səhih məlumatlara görə o, təkcə bu yolla hər kvartalda yüz minlərlə manatı “çıxdaş” da edə bilir. İdarənin balansında olan texnikaların təmiri adı altında, külli miqdarda vəsait də Vaqif Səlimov tərəfindən “həzmi-rabedən” keçirilir. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin suvarma suyuna ehtiyacı olanda, SSİ-i rəisinin bəxti yamanca “gül” açır. Yəni, su təminatından manipulyasiya etmək üçün minbir rola girən Vaqif müəllim, suyun bir kubunu qəbul olunmuş Səlimov “qanunları”na uyğun satışa çıxarır. Belə bir halın varlığı isə, ümumi ictimai narazılığına baş qaldırmasına gətirib çıxaran hal olur.

Bütün bu kimi amillərin varlığıdır ki, bu gün Vaqif müəllim həm davranışına, həm də maliyyə imkanına görə, Xaçmazda ən “xod” gedən vəzifə sahiblərindən biri hesab olunur. Diqqəti cəlb edən hal odur ki, hələ bir neçə gün bundan əvvəl cənab Vaqif müəllimin qol qoyduğu qanunsuzluqlardan bəhs etmişdik. Elə bu səbəbdən də, əldə etdiyimiz məlumatları əsas tutaraq onun ünvanına məktubla müraciət etdik ki, hər kvartal üçün büdcədən ayrılan vəsaitin həcmi və həmin vəsaitlərdən hansı məqsədlər üçün istifadə olunması haqda suallarımıza cavab versinlər. Təəssüf doğuran hal o oldu ki, qanunvericiliyin tələb etdiyi müddətdən çox vaxt keçməsinə baxmayaraq, biz bu gün də qarşı tərəfdən ünvanladığımız məktuba yazılı cavab əldə edə bilmirik.

Bax bu kimi halın varlığı, şəxsiyyətinə hörmət etdiyimiz Vaqif müəllimin “xod” getməsi deyilmi?

Hörmətli oxucular! İnformasiya mərkəzimizi müfəssəl məlumatlarla məlumatlandıran mənbə, Vaqif müəllimin son iki ayda hər kəsi şoka salacaq qanunsuzluqlara qol qoyduğunu və bu haqda məlumatları bizimlə bölüşəcəyini bildirib. Odur ki, yaxın günlərdə, həmin məlumatlarla sizləri məlumatlandırmağa çalışacağıq.

Qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.

Odur ki, bizi izləməyi unutmayın.

Elmar
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO