Bu bələdiyyə sədri baş bəlasına çevrilib - ŞİKAYƏT
Bolge
Oxunub: 740
3 may 2017 | 14:14
Bu bələdiyyə sədri baş bəlasına çevrilib - ŞİKAYƏT

















Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin fəaliyyəti, çox zaman əksər sakinlərin diqqətini cəlb edən məsələlərdən biri olub. Çünki, bu da bir faktdır ki, sosial əhəmiyyət kəsb edən problemlərin həlli, bələdiyyələrin əhatə etdikləri ərazi hüdudlarında yaşayan sakinlərin qurum rəhbərləri ilə qarşılıqlı münasibətləri, adı çəkilən quruma sakinlərin bəslədikləri etibar və s. bu gün də aktuallığını saxlamaqdadır. Bütün bunlara baxmayaraq, hal-hazırda elə bələdiyyələr var ki, onların daxilində əmələ gələn problemlər, yaşanan qarşıdurmalar nəinki bələdiyyə ərazisinə, hətta respublika miqyasına da yayılmaqdadır. Belə bələdiyyələrdən birinin də, Qusar rayonu Samur bələdiyyəsinin olduğu bildirilir. Çünki, bir neçə gün bundan öncə bələdiyyə üzvlərinin “Gündəm Xəbər”ə ünvanladıqları müraciətdə qeyd olunur ki, “11 mart 20016-cı ildə doqquz nəfər bələdiyyə üzvünün iştirakı ilə keçirilən iclasda səkkiz nəfər lehinə, bir nəfər isə əleyhinə olmaqla Albina xanım Muradxanova sədrlikdən uzaqlaşdırılsa da, bu gün o, bir kimsəni vecinə almadan sədrlik “post”unu daşımaqda davam edir. Keçirilən iclasın yekun qərarına əsasən sədrlik “post”u Pənahov Xanlar Məhiyyəddin oğluna həvalə olunsa da, Albina Muradxanova bu gün də bələdiyyəyə məxsus möhürü vermir və Xanlar Pənahovu iş otağına belə buraxmır. Baş verən olay böyük bir qalmaqala səbəb olsa belə, Albina Muradxanova hələ də sədr “post”unu tərk etmir və qanunsuz fəaliyyətini yenə də davam etdirir. Hal-hazırda icarədən və digər vergi yığımlarından bələdiyyə büdcəsinə daxil olan vəsaitlər digər istiqamətlərə yönəldilir və təyinatı üzrə xərclənmir. Torpaq sahələrinin çoxu kimlərinsə şəxsi mülkiyyətində olmasına baxmayaraq, Albina xanım qeyd olunan torpaq sahələrini ayrı-ayrı şəxslərin adlarına sənədləşdirməklə icarəyə verir. Samur qəsəbəsinin küçələri zird-zibillərdən təmizlənmədiyinə görə, natəmizlik də tüğyan etməkdədir”.

Ümumiyyətlə, “Gündəm Xəbər”in əldə etdiyi digər məlumatlara görə belə bir addımlar qəsəbə sakinlərinin hiddətinə və haqlı narazılığına səbəb olsa da, hələ də saxta yolla sədr “post”unu daşıyan Albina xanım sakinlərin davamlı etirazlarına məhəl qoymur ki, qoymur. Onu da vurğulamaq yerinə düşər ki, səkkiz nəfər bələdiyyə üzvünün imzası ilə daşıdığı vəzifəsindən uzaqlaşdırılan və adı çəkilən qəsəbədə bir növ “firon”luq edən, həmçinin qeyri-qanuni yolla bugünkü vəzifəsindən “ikiəlli yapışan” Albina Muradxanova, məhz atdığı addımları ilə çoxsaylı sakinləri dövlət-hakimiyyət orqanlarından narazı salmaqda da davam edir. Bələdiyyə üzvləri yazdıqları müraciətlərində onu da bildirirlər ki, “bələdiyyə büdcəsinə daxilolmalar nəticəsində toplanmış 40-45 min manatın taleyi də, hələ ki, müəmmalı olaraq qalmaqdadır. “İpək” yolunun çəkilişi zamanı vətəndaşlara ödənilmiş kompensassiyaların ödənilməsində də, çox ciddi qanun pozuntularına yol verildi. Adicə həyata keçirilən belə bir əməliyyat nəticəsində, bələdiyyə büdcəsinə daxil olan 30 min manatın hara xərclənməsi də aşkar olunmadı. Bələdiyyədə xadimə işləyən işçinin məvacibi düz doqquz aydır ki, verilmir. Xadimənin məvacib tələbi, çox keçmədi ki, ona baha başa gəldi. Yəni, xadimə işi ilə vidalaşmalı oldu”. Digər şikayətçi Nadirquliyev Mövlan Batman oğlunun “Gündəm Xəbər”ə ünvanladığı ərizəsi isə, hələ ki, tərəfimizdən araşdırılmaqdadır. Çatdırılan məlumatlarda əlavə olaraq o da bildirilir ki, Albina Muradxanova tez-tez icra başçısının və bələdiyyələrlə iş üzrə mərkəzin rəhbəri Cavanşir müllimin adından sui-istifadə edir. Yəni, o, özünü daha çox Cavanşir müəllimin kadrı hesab etməklə, hələ ki, “əndazəni aşmaq”da davam edir. Olub keçənlərə diqqət yetirdikdə o da bəlli olur ki, ucqar dağlıq rayonlardan olan Qusarda baş verən belə bir olay, həm bələdiyyə üzvlərinə qarşı hörmətsizlikdir, həm də Albina xanım Muradxanovanın qanunlarımızı tapdaqlar altına atmasıdır. Qarşı tərəfi də dinləyə bilərik. Araşdırmamız davam edəcək.
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi
Dünən, 09:00
Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”
13-04-2024, 11:44
Narkotiklə tutulan şəxs axund imiş - Foto
13-04-2024, 11:39
İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı
13-04-2024, 11:34
Antalyada kanat qəzası - Ölən və yaralananlar var
13-04-2024, 11:22
Kür çayında batan ata və 6 yaşlı qızının FOTOSU
13-04-2024, 11:17
Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub