Xaçmazda özbaşınalıq... - NARAZILIQ VAR
Bolge
Oxunub: 849
6 may 2017 | 12:17
Xaçmazda özbaşınalıq... - NARAZILIQ VAR

















"Bu gün icra hakimiyyətinə qəbula getdik, dedilər, ?bizlik heç nə yoxdur, gedin başınıza çarə qılın’. Sonra da başdan eləmək üçün dedilər, ?bələdiyyəyə tapşırmışıq, evin bərpasına kömək edəcək’. Bələdiyyə də deyir, ?gözləyin, vergini toplasam, bəlkə nəsə edərəm’. Düşdü kəndin canına, qapı-qapı gəzib vergi toplamağa... Adamlarda da pul hardandır vergi ödəməyə... İş yox, güc yox... Heç qara qəpik də toplaya bilmədi".

Son günlər Azərbaycanın şimal bölgəsində əsən güclü küləkdən fərdi evlərin, əsasən, dam örtükləri yararsız hala düşüb. Xaçmazın Uzunoba kənd sakini Yaqub Yaqubovunsa evi yerli-dibli dağılıb. Yaxın qohumu Elşən Şıxıyev danışır ki, aprelin 30-da əsən küləkdən köhnə tikili olan ikimərtəbəli evin divarlarında çatlar əmələ gəlib. Mayın 2-də günorta vaxtı ev tamamilə dağılıb:

"1966-cı ildə tikilən evdir. Divarlarında çatlar əmələ gələndə müraciət olundu, ancaq gəlib baxış keçirmədilər. Yaxşı ki, dağıntı vaxtı evin içərisində adam olmayıb, ordan sağ çıxmaq mümkün olmazdı. Neçə gündür ki, icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edirik, nəhayət bu gün (5 may) növbəti dəfə icra hakimiyyətində olduq, başçı ilə görüşmək istədik. Qəbul etmədi, müavinlərindən biri ilə görüşə bildik, o da yaxasından uzaqlaşdırmaq üçün bizi kənd bələdiyyəsinə yönləndirdi".

Yaqub Yaqubovun ailəsi hazırda yaxın qohumların evində gecələyir. Ancaq ailə tezliklə evin bərpa olunmasını istəyir. Elşən Şıxıyev deyir, iş ki bələdiyyəyə qaldı, ailə çətin bir də o evə yığışa bilsin.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər əmlaka təbii fəlakət nəticəsində zərər dəyirsə, evin tikinti-bərpası ilə icra hakimiyyətlərindəki fövqəladə hallar komissiyaları məşğul olmalıdır: "Qanunla bu məsələ belə tənzimlənir. Fövqəladə Hallar Komissiyası həmin evi qəzalı ev kimi siyahıya daxil edib təmir-bərpası ilə məşğul olmalıdır. Ancaq icra qurumları bu məsələni fondu həmişə boş olan bələdiyyələrin üzərinə qoymağa çalışır. Əmlak sahibi bələdiyyədən yox, məhz Fövqəladə Hallar Nazirliyindən tələb etməlidir. Belə görünür ki, ev köhnə tikili olsa da, siyahıya alınmayıb".

Hüquqşünas deyir, qurum məsələyə soyuq yanaşırsa, mülkiyyətçi məhkəmə yolu ilə evin bərpasına nail ola bilər.
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB