Başçının qaynından qandonduran cinayət: Qorxmaz Hüseynov hara baxır? - Fakt
Bolge
Oxunub: 756
9 may 2017 | 10:41
Başçının qaynından qandonduran cinayət: Qorxmaz Hüseynov hara baxır? - Fakt

















Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinovun yaratdığı özbaşınalığın nəticəsində rayon sakinləri çirkablı sudan istifadə edirlər

Bu haqda daha əvvəl məlumat verilsə də, nəticəsi olmayıb. İdarə müdiri öz əməllərini davam etdirir. Ona görə məsələ təzədən ictimailəşib. Görünür ki, ona heç kəs bata bilmir.

Ulus.Az-a yenidən müraciət edən sakinlər prezidentə öz dərd-sərini eşitdirmək istəyirlər. Onların sözlərinə görə, Ucarın icra başçısı Mənsur Məmmədov və “Azərsu” prezidenti Qorxmaz Hüseynov tədbir görmür.

Ucar rayon Su Kanal İdarəsində nəzarətsizlik nəticəsində sakinlərin krantlarından içməli su ilə xırda balıqlar, qurbağalar, qurdlar və zir-zibil gəlir ki, bu da əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoyub.

Sakinlər yazır ki, Ucar rayonunda Su Kanal İdarəsinin fəaliyyətini iflic edən Asif Şirinov yeznəsi Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarova arxayın olaraq korrupsiya əməlləri ilə məşğul olur:

“Korrupsiyaya qurşanmış Asif Şirinov dövlətin ayırdığı vəsaiti atasının malı kimi talan edib özünə var-dövlət əldə etmişdir.

Bakı şəhərində bir neçə mənzillərə, bahalı avtomobillərə, mal-qoyun fermalarına, hektarlarla torpaq sahələrinə, ticarə obyektlərinə sahib olan Asif Şirinovun yarıtmaz fəaliyyətindən Ucar sakinləri çox əziyyət çəkirlər.

Rayonun kanalizasiya sisteminin yenidən qurulmasına baxmayaraq işləmir, nəticədə üfunət iyi, antisanitariya mənbəyinə çevrilmişdir.

Çıxılmaz bir vəziyyətdə qalmışıq. Hacıqabul rayonunu 10 ildir zəlil etmiş icra başçısı Əhməd Muxtarovun qohumu Asif Şirinov isə Ucar sakinlərini zülmə salıb”.

Ulus.Az vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edən ucarlılar dövlətin ayırdığı vəsaiti talan edib sakinlərə çirkab, murdar, zibilli su içirdən, rayonda təhlükəli xəstəlikləri yayan Ucar Su Kanal İdarəsinin müdiri Asif Şirinovun barəsində ciddi tədbirlər görülməsini tələb edir.

Rayon ərazisində quraşdırılmış elektron onlayn ödəmə aparatlarında sakinlər içməli sudan istifadə etmək üçün ödəniş edirlər.

Ancaq Ucar Su Kanal idarəsinin müdiri Asif Şirinovun qurduğu kələyə görə sayğaclarda bu ödəmə göstərilmir, ödənilən pulları isə geri qaytarmaq olmur.

Belə saxtakarlıqla Asif Şirinov küllü miqdarda pullar mənimsəyir. Asif Şirinova korrupsiya əməllərinə görə «gözün üstə qaşın var" deyən yoxdur.

O da bu fürsətdən istifadə edib min bir hoqqalardan çıxır. Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinov sakinləri içməli suyla təmin etmək əvəzinə, onlara qrunt , çirkab suları verir.

Bu da insanların sağlamlıqları üçün çox təhlükəlidir. Ucar rayonunun bir çox küçələrində insanlar susuzluqdan əziyyət çəkir. Camaat rayonda Kərbəla müsibəti yaşamaq məcburiyyətində qalıb.

Ucar rayon sakinləri:

İbrahimov Vahid Məmməd oğlu

Abdullayev Vasif Əkbər oğlu

Məmmədov Vəli Qiyas oğlu

Kərimov Paşa Qulu oğlu
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR