Şirvan sakinlərini xəstə edən Şirvan Xəstəxanası-NARAZILIQ
Bolge
Oxunub: 1 840
12 may 2014 | 13:04
"Müavin keçmək üçün 30 min manat verib"
Şirvan sakinlərini xəstə edən Şirvan Xəstəxanası-NARAZILIQ
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından şikayətlər səngimək bilmir.
Şirvan şəhərində yerləşən Şirvan Mərkəzi Xəstəxanası xəstələri sağaltmaq əvəzinə onları ürək xəstəsi edir desək lap yerinə düşər. Saytımıza daxil olan məlumata görə sakinlər bildirirlər ki, həkimlər artıq çox ağ edib ,dövlət xəstəxanası dediyin gərək pulsuz olsun ancaq burada bunun söhbəti belə gedə bilməz, hər şey od qiymətindədir. Adətən Həkimlər Hippokrat andını ona görə içirlər ki, ağır vəziyyətdə olan xəstələri yenidən həyata qaytarsınlar. Ancaq bu xəstəxanada vəziyyət tamam başqa cürdür. Burada həkim Hippokrat andına xəyanət edərək xəstənin sağlamlığını yox yalnız öz cibini düşünür. Sakinlər onu da,bildirdilər ki, həkimlər qəsdən xəstəyə lazım oldu, olmadı çoxlu dərman yazırlar. Bu dərmanların ən ucuzu elə 20 manat dəyərindədir. Təsəvvür edin bir resept gəlib 200 manata çıxır.Yazıq kasıb bunu almağa pulu hardan tapsın? ...Xəstəxanaya müraciət edən hər xəstə gərək müalicənin artıqlaması ilə pulunu ödəsin. Əks halda onlara lazımı qaydada xidmət göstərilməz. Səhiyyə Nazirliyi tərəfindən vətəndaşlara pulsuz verilən dərman preparatları da pulla onlara satılır.
Ən çox isə adı qeyri-qanuni işlərdə hallanan ŞMX-nin laboratoriya şöbəsində çalışan həkim, laborant Nəsimi Adil oğlu Rəhimovdur. Deyilənə görə Nəsimi Rəhimov qanunsuz yollarla xəstələr müalicə edir və onlardan artıqlaması ilə müalicəyə görə pul ödəməyi tələb edir. Bundan əlavə burada bir analizin qiyməti 10-15 manatdır. Nəsimi Rəhimovun qardaşı Rəhim Rəhimov da adiçəkilən xəstəxanada baş həkimin müavini kimi çalışır. Aldığımız məlumata görə o vəzifə şirin şeydir prinsipinə əsaslanaraq bu kresloda oturmaq üçün nə az, nə çox düz 30 min manat pulundan keçməli olub. Məlumatda həmçinin o da bildirilir ki, Şirvan Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov da bunlarla bacarmır. Belə çıxır ki, iki qardaş adi çəkilən xəstəxanada istədikləri kimi at oynadırlar. Bundan başqa daxil olan digər məlumatda vurğulanır ki, Rəhimov qardaşlarının özlərini arxayın aparmasının və cəzasız qalmasının səbəbi onların Səhiyyə Nazirliyində yüksək vəzifə tutan himayədarlarının olmasıdır. Hər halda Səhiyyə Naziri Oqtay Şirəliyev də məsələdən agahdır. Yəqin ki,onların da burada bir qazancı var, əks halda bu boyda həngaməyə göz yummazdılar. Hazırda əməkdaşlarımız Şirvan şəhərində məsələ ilə bağlı geniş reportaj hazırlayırlar. Reportaj hazır olduqdan sonra onu sizə təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş