22-05-2017, 13:18 Oxunub: 361

Sabirabadda rüsvayçılıq: İcra başçısı qadının pəncərəsini bağlatdırıb - Foto

Sabirabadda rüsvayçılıq: İcra başçısı qadının pəncərəsini bağlatdırıb - Foto

















Sabirabad sakini Rəna Mehrəliyeva rayondakı beşmərtəbəli binanın 2-ci mərtəbəsində yaşayır

Ötən il binanı təmir adı ilə dəmir üzlüklə üzləyiblər.

Bu vaxt onun pəncərəsini də bağlayıblar ki, guya pəncərə standartlara uyğun deyil. Yağışlı havalarda da su həmin dəmir üzlüklərdən mənzilə daxil olub onun tavanını və divarlarını yararsız hala salır. Ona görə də mənzildə hava çatışmazlığından yaşamaq mümkünsüz olub.

Rəna xanımın rayon icra hakimiyyətinə və digər aidiyyəti qurumlara saysız müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülmür.

Mətbuatda gedən xəbərlərə görə, icra başçısı Nazim İsmayılov sakinlərə qarşı binganəlik nümayiş etdirir.

İcra başçısından, daha dəqiq desək Prezident Administrasiyasına edilən şikayətlər problemlərin həll edilməsi üçün yenidən Nazim İsmayılovun üstünə qayıdır.
N.İsmayılov isə ondan şikayət edən rayon sakinlərinin problemlərini özünün kriminal qaydaları ilə həll edir.

Rayon sakinləri iddia edirlər ki, icra başçısı narazı vətəndaşı qəbul edib onu dinlədikdən sonra, elə kabinetindəcə ona hədə-qorxular gəlməyə başlayır.

Ulus.Az-ın verdiyi məlumata görə, Sabirabadın icra başçısının vəzifəsindən kənarlaşdırılacağı gözlənilir.

Rayon sakinlərinin ondan etdiyi şikayətlər PA-da dosye şəklində saxlanır. İddialara görə, RİH-lərə çatacaq islahatlar nəticəsində bəzi icra hakimləri yola salınacaq.

Bu minvalla N.İsmayılovun da işdən çıxarılacağı gözlənilir. Sabirabadın icra başçısı Nazim İsmayılovun dotasiyaların dayandırılmasına görə qanı qaradır.

İddialara görə, icra başçısı vəzifədən getməyin bundan daha yaxşı olduğunu düşünür. Bildirilir ki, Sabirabad yeyinti üçün əlverişli bölgələrdən biridir. Di gəl N.İsmayılovun dotasiyası kəsilib və pəjmürdə olub.

Bir çox məmurların iş prinsipinə nəzər saldıqda elə düşünmək olar ki, sanki bəziləri özü üçün “toxunulmaz kadr” statusunu təmin edib.

Çünki, onların əməlləri, formalaşdırdıqları korrupsiya piramidası heç bir ölçüyə, qanuna sığımır. Ölkə başçısı dəfələrlə məmurları sərt şəkildə tənqid etsə də bəziləri nəticə çıxartmaq əvəzinə öz bildiklərini etməkdə davam edirlər.

Sabirabadda rüsvayçılıq: İcra başçısı qadının pəncərəsini bağlatdırıb - Foto
Nərimanov RİH-nin başçısı hara baxır? Nərimanov RİH-nin başçısı hara baxır? Sosial Lerikin icra başçısı rayondan qaçıb... - Sakinlər deputatı da axtarırlar Lerikin icra başçısı rayondan qaçıb... - Sakinlər deputatı da axtarırlar Bolge Sabirabadda Məktəb direktoru icra başçısının iclasında yatdı Sabirabadda Məktəb direktoru icra başçısının iclasında yatdı Bolge 12 rayonun icra başçısı yola salınır 12 rayonun icra başçısı yola salınır Sosial Sakinləri ələ salan icra başçısı qərarını dəyişdi Sakinləri ələ salan icra başçısı qərarını dəyişdi Gundem
XƏBƏR LENTİ
22:18 | Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO 21:50 |  Dolu sinif- boş kreslo, pullu repetitor- xərcə düşən valideyn və “qazanan” məktəb - 34 həftəlik təhsilimiz bundan ibarətdir, maləsəf... 21:21 | Müsavatda saxta sənəd qalmaqalı: - Partiya rəhbərliyi bir-birini sərt ittiham etdi 20:46 | “Azəriqaz”da kadr dəyişikliyi olub - ATV-nin əməkdaşına vəzifə verildi 20:17 | Bazarda bu məhsulların qiyməti niyə düşmür? - SƏBƏB AÇIQLANDI 19:43 | “İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur” - Lerikin iki kəndi Prezidentdən kömək istədi 19:19 | Bakı Apelyasiya Məhkəməsində mübhəm mülk davası - Binəqədi Məhkəməsinin arxivindən sənədlər oğurlanıb? 18:48 | Sumqayıtda Muğam Mərkəzinin tikintisi üçün hər müəllimdən 50 manat pul yığılır... - İTTİHAM 18:20 | BDU rektoru "üsyan" etdi: "Universitetdə mənə müqavimət göstərənlər var" 17:55 | "Xarici İşlər Nazirliyi nə işlə məşğuldur" ? - Rəşid Mahmudov Keşikçidağa görə XİN-i sərt tənqid etdi (VİDEO) 17:18 | Polis Azərbaycan Xalq Hərəkatının qərargahına basqın edib? - RƏSMİ AÇIQLAMA 16:45 | Fizuli Məmmədov: ”RAİ növbəti erməni təxribatının qarşısını aldı” 16:16 | İnternet provayderləri hüququmuzu belə pozur: Qiymət baha, xidmət aşağı... 15:48 | Bu dəfə milyonluq üzük oğurlandı – Gülnarə polisə müraciət etdi 15:17 | İcra başçısı birinci müavini vəzifədən azad etdi