Gəncədə “Xəyal - Zolotoy ” MMC-dən vətəndaşa analoqsuz özbaşınalıq - ŞOK FAKTLAR
Bolge
Oxunub: 652
24 may 2017 | 10:00
Gəncədə “Xəyal - Zolotoy ” MMC-dən vətəndaşa analoqsuz özbaşınalıq - ŞOK FAKTLAR

















Devalvasiyadan sonra banklardan kredit götürmək çətinləşib. Bu baxımdan lombard fəaliyyəti ilə məşğul olan sahibkarlar böyük üstünlük və rəqabətsiz bazar əldə etmiş olublar

Bu təbii üstünlükdən istifadə edən bəzi lombardlar sakinlərə yüksək faiz tətbiq etməklə, çox halda onları aldatmaqla məşğuldurlar.

Müştərilərdən əlavə komissiya haqlarının tutulması, 40 faizə yaxınlaşan kredit xəttinin açılması, vətəndaşların girovları üzərində məhkəmə qərarı olmadan sərəncam vermək və s. addımlar məhz bu qəbildəndir.

Şikayətçi Məhəmməd Əliyev Gəncədə fəaliyyət göstərən “Xəyal – Zolotoy ” MMC kimi tanınan lombarddan şikayətçidir. O, bildirir ki, bu lombarddan dəfələrlə kredit götürüb və nümunəvi müştəri olaraq, ödənişləri vaxtında icra edib.

Son aylar bəzi səhiyyə problemləri yarandığından aylıq ödənişləri bir neçə gün gecikdirib. Bunun əvəzində lombarddan ona təzyiqedici zənglər olunmağa başlayıb. Məcbur edilib ki, kredit müddətinin bitməsinə hələ üç ay qalmasına baxmayaraq, borcu tamamilə bağlasın.

M.Əliyev deyir ki, bu adıçəkilən MMC ilə aralarında bağlanan müqavilənin kobud şəkildə pozulmasıdır. Ancaq lombard qərarında israrlıdır.

Lombarddan şikayətçiyə deyirlər ki, pulların hamısı ödənməsə, girov qoyduğu qızıl - zinət əşyaları satışa çıxarılacaq. Lombard əməkdaşları isə məsələyə münasibət bildirmək istəmirlər.

Ulus.Az-a daxil olan məlumata görə, Gəncədə insanları çətinə salan lombardlar getdikcə artır. Son dövrlərdə lombardlardan gələn şikayətlərin sayı yenidən artmağa başlayıb.

Bəzən olur ki, lombardlar onlara girov qoyulan əşyalarla birgə yoxa çıxır. Özü də bu qəbildən olan halların sayı son vaxtlar artır.

Daha bir problem isə yenə də girovların qiymətləndirilməsi ilə bağlıdır. Ekspertlər girovun qiymətləndirilməsi məsələsində bu gün lombardlar, eləcə də bank sektorunda ciddi problem olduğunu bildirir.

Həm lombardlarda, həm də banklarda kredit almaq üçün müraciət edən şəxslərin təqdim etdiyi girovu kredit verənlər özlərinə yaxın olan qiymətləndiricilər vasitəsilə qiymətləndirir.

Bu da əksər hallarda girovun real dəyərindən qat-qat aşağı qiymətləndirilməsinə səbəb olur. Vəziyyətdən çıxış yolu kimi bu sahədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsi önəmli sayılır.

İndilikdə isə Azərbaycan lombardlarının və banklarının gətirdiyi ekspertlər predmetin və qızılın heç yarısı qədər də qiymət qoymur. Bu da nəticədə müştərinin daha çox zərər görməsinə səbəb olur.

Buna rəğmən, lombardların müştəriləri hələlik çoxaldığından, onlar girova istədikləri qiyməti qoyur. Lombardların, demək olar ki, hamısı müştərilərinə pul verərkən girov kimi qızıl-zinət əşyaları qəbul edir.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO