Göyçayın baş baytarının bitib-tükənməyən qanunsuzluqları…
Bolge
Oxunub: 2 030
27 may 2017 | 14:04
Göyçayın baş baytarının bitib-tükənməyən qanunsuzluqları…

















Rayonda süd-qatıq satanlara qənim kəsilən Ağadadaş Hacıyevin leş ətlərə möhür vurduğu iddiası var – sensasion məlumatlar

Göyçayın baş baytarı Ağadadaş Hacıyevın rayon bazarında təbii süd və süd məhsullarının satışını qadağan etməsi haqda yazmışdıq. Məmurun bu əməli rayonda qatıq, şor qıtlığı yaradıb, süd və süd məhsulları istehsal edən aztəminatlı ailələri yeganə gəlir mənbəyindən məhrum edib. Bu haqda xəbərlər ictimailəşəndən sonra baş baytarın hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zəruri olan fəaliyyəti barədə məlumatlar üzə çıxıb. Mətbuatda dərc olunmuş yazılarda iddia olunur ki, A.Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib öz şəxsi maraqlarına görə qanunsuz və qərəzli olaraq 15 il qanuni fəaliyyət göstərən, 3 ailənin yeganə qazanc yeri olan baytarlıq aptekini bağlatdırıb.

Məmurun bu addımı təsadüfi deyilmiş. Onun Göyçay rayon ərazisində çoxlu sayda baytarlıq apteki var. Həmin apteklər hamısı tam qanunsuz fəaliyyət göstərir.

Ağadadaş Hacıyevin Orxan adlı oğlunun adı Göyçay rayon Baytarlıq Xidməti İdarəsində işçi kimi qeyd edilsə də, o, rayon mərkəzində baytarlıq apteki işlədir, ancaq onun baytar ixtisası yoxdur. Göyçay rayonu, Nizami küçəsi ərazisində yerləşən baytarlıq aptekini Nuru adlı qaynı işlədir ki, onun da baytarlıq ixtisası yoxdur. Göyçay rayonunda paltar bazarının yaxınlığındakı aptek də qanunsuz fəaliyyət göstərir. A.Hacıyevin qardaşı Qiyas Hacıyevə məxsus olan Göyçay rayonu R.Rza küçəsi və “kolxoz bazarı” ərazisində yerləşən baytarlıq apteklərində də baytarlıq ixtisası olmayan şəxslər işləyir ki, bu ciddi qanun pozuntusudur, saxtakarlıqdır.

Ulus.az xəbər verir ki, Qiyas Hacıyevə məxsus Ucar rayonu Müsüslü kəndində yerləşən quşçuluq broylerində antisanitariya, qanunsuzluq baş alıb gedir. A.Hacıyevin Rahim adlı qaynına məxsus Göyçay rayonunda qırmızı körpünün yaxınlığındakı ət kombinatında xəstə mal-qara kəsilərək birbaşa satış nöqtələrinə gətirilir və möhür də bazarda vurulur. Hansı ki, qanuna əsasən mal-qara kəsilərkən elə oradaca lobarator analiz edilib, möhür vurulub sonra satış nöqtələrinə paylanmalıdır.

“Bütün bunlar Göyçay Rayon Baytarlıq Xidməti rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib yaratdığı korrupsiya şəbəkəsinin nəticəsidir.

O, Göyçay rayonunda baytarlıq xidmətini tam inhisarına alıb özbaşınalıqla, saxtakarlıqla məşğuldur ki, bu cinayət əməlidir.

A.Hacıyev Göyçay rayonunun mərkəzində, Qarabaqqal və Çayarxı kəndlərində möhtəşəm villaları, konyak zavodunun yaxınlığında böyük ticarət obyektini, İsmayıllı rayonunda 1000 başdan çox qoyun sürüsü olan fermasını, 100 hektarlarla torpaq sahələrinin hamısını çirkli pullarla əldə edib” – deyə sayt yazır.

P.S Qarşı tərəfi də dinləməyə, mövqeyini dərc etməyə hazırıq./Müsavat/
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...