Ramil Usubovla görüşmək istəyən 60 yaşlı Bərdə sakini saxlanılıb... - NİYƏ? - YENİLƏNDİ
Bolge
Oxunub: 1 306
27 may 2017 | 22:12
Ramil Usubovla görüşmək istəyən 60 yaşlı Bərdə sakini saxlanılıb... - NİYƏ? - YENİLƏNDİ













Diqqətinizə çatıraq ki, mətbuatda dərc edilən yazıdan sonra rayonda 60 yaşlı şikayətçiyə qarşı təzyiqlər edilməsi ilə bağlı məlumat verən sakin əlavə edib. Bərdə rayonunda Daxili İşlər Naziri Ramil Usubovla rayon ictimaiyyəti ilə görüş təşkil edilib. Nazirin qəbuluna gedərkən həbs edilən Bərdə sakini Elman Bağırov Məmməd oğlu redaksiyamıza məlumat verməyə müvvəfəq olub. O qeyd edib ki, DİN-i R.Usubovun qəbuluna gedərək Vidadi İsayevin onun başına açdığı oyunlarla bağlı şikayətini qeyd edəcəyini bilən RPŞ-nin əməkdaşları başçının göstərişi ilə onu həbs etdikdən sonra Bərdə rayon DYP-nin otağına salaraq, bu saatlara qədər çıxmasına izin vermirlər. Saat 11:00 raddələrində saxlanılan vətəndaş hələdə buraxılmayıb. Bərdə rayon Polis əməkdaşlarının nazirin qəbuluna getmək istəyən vətəndaşa qarşı etdikləri qanunsuz əməllərinə heç bir izah verilə bilməməsi göz önündədir. Vidadi İsayevin əmrlərin icra edən polis əməkdaşları unudurlar ki, onların rəhbəri məhz Ramil Usubov cənablarıdır. Nazirin qəbuluna gedən ahıl yaşda olan bir şəxsin saxlanılaraq DYP binasında girov saxlanması hansı qanunla tənzimlənməsi bizədə maraqlıdır. Vətəndaş heç bir günahı olmadan niyə saxlanılıb... Əgər hansısa cinayəti varsa niyə bu barədə ictimaiyyətə məlumat verilməyib? Şəxsin həbs edilməsi niyə məhz Ramil Usubovun rayonda qəbul gününə təsadüf edib...?

Vətəndaşa niyə sizi polis idarəsinə yox DYP binasına aparıblar sualına isə E.Bağırov Nazir Polis idarəsində olduğu üçün məni burda saxlayırlar - deyə bildirib.

Saat 22:00-da redaksiyamıza zəng edən vətəndaş DYP binasından buraxıldığını qeyd edib. Ona saxlanılma yerində bildiriblər ki, nazirin qəbuluna düşəcək adamlar bir ay əvvəldən müəyyən edilib və bununla bağlı siyahı tərtib edilib. Siyahıda adları olmayan vətəndaşın nazirin qəbuluna girməsi mümkünsüzdür. Və onun saxlanılmasının isə həmin qəbul zamanı nazirə bildirəcəyi məsələ ilə bağlı olub ki, bunuda icra başçısına sərf etmədiyindən onun qəbula girişinə maniələr yaradılıb.

Şikayətin mətni aşağıda göstərilən məqalə və video müsahibə olub. BakuNews.az-a Bərdə rayonunda yaşayan Bağırov Elman Məmməd oğlu tərəfindən şikayət daxil olub. Şikayətçinin məlumatına görə, icra başçısı Vidadi İsayev, onun rəhbəri olduğu “Bəhruz İstehsalat Kommersiya” birliyini və 14 ha torpaq ərazisini əlindən alıb. Şikayətçinin dediyinə görə, Vidadi isayevə bu işdə, onun həyat yoldaşı ,Yevlax rayon Arxiv müdiri kömək edib. E. Bağırovun iddiasına görə, icra başçısının həyat yoldaşı sahibkarın sahib olduğu birliyi və torpaq ərazisini saxta sənədlər düzəldərək onun əlindən alıb. Şikayətci bu barədə icra başçısına və onun qolçomaxlarına minnətçi düşsədə, nə onun birliyi, nədə ki, 14 ha torpaq ərazisi ona qaytarılır. İcra başçısının haqsızlığına düçar olan sahibkar başına gələnləri prezidentə yazır. Ölkə başçısı dərhal sahibkarın səsinə səs versədə, icra başçısı prezidentin məktubuna sayqısızlıq edərək problemin həllində maraqlı olmur. Və sahibkarı çağırtdıraraq təhdid edir. Başına gətrilən müsübəti, öz sözləri ilə video çəkliş etdirən sahibkar, həmin anları ictimayətə və ölkə başçısına təqdim etmək üçün redaksiyaya göndərib.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!