Cəlilabadda məmur sahibkarın evinə basqın etdi, qardaşını tutdurur - Cinayətin təfərrüatı
Bolge
Oxunub: 769
30 may 2017 | 11:44
Cəlilabadda məmur sahibkarın evinə basqın etdi, qardaşını tutdurur - Cinayətin təfərrüatı

















Cəlilabad sakini Vüsal Həsənov tərəfindən Ulus.Az-a şikayət məktubu daxil olub. Onun sözlərinə görə, Cəlilabad şəhər İşıq İdarəsi 24 aprel 2017-ci ildə dükanıma bildiriş verib. Ondan işığa olan 78 manat borcunu 5 gün müddətində ödəmək tələb edilib.

V.Həsənov qeyd edir ki, 27 aprel 2017-ci ildə poçta gedib işıq pulunu ödəyib: “Lakin qayıdanda gördüm ki, idarənin işçiləri müdir Aydın Məmmədovun əmri ilə dükanımın işığını kəsiblər.

Atam nə qədər desə də ki, oğlum poçta gedib, işıq pulu artıq köçürülüb, məhəl qoymadan elektrik xəttini kəsmişdilər. Beləcə, Cəlilabad İşıq İdarəsi heç bir səbəb olmadan, qəsdən normal iş fəaliyyətimizi pozmuşdu”.

Şikayətçi deyir ki, atası ilə Cəlilabad rayon Elektrik Şəbəkəsinin müdiri Aydın Məmmədovun qəbuluna gedib:

“Aydın Məmmədov bildirdi ki, bildiriş sizə aprelin 21-də verilib. Biz təəccüb içində qaldıq, 24 aprel 2017-ci il tarixli bildirişi və ödəniş qəbzini Aydın Məmmədova göstərdik.

Dedik ola bilsin ki, işçiləriniz sizi aldadıblar. Bundan sonra Aydın Məmmədov atama müraciət edərək dedi ki, ağsaqqal, onda günah bizimdir, indi elektrik xəttini bağlatdıraram. Biz çıxıb gəldik. Lakin uzun müddət keçməsinə baxmayaraq işığımızı birləşdirmədilər.

Aydın Məmmədovun 050 253 15 05 nömrəli telefonuna zəng etdim, soruşdum ki, niyə belə edirsiniz, borcum yoxdur, işıq pulunu da tam ödəmişəm, niyə işimizi pozursunuz və heç nədən get-gələ salırsınız?

Lakin bu zaman müdir Aydın Məmmədov mənimlə əsəbi tonda danışdı, təhqir etdi, ölümlə hədələdi, dönə-dönə təkrar etdi ki, sənin arxana bıçağı soxaram”.

Bundan sonra dükan sahibi DİN 102 xidmətinə zəng vuraraq ölümlə hədələndiyimi bildirib, Aydın Məmmədovun hədələrindən ehtiyatlandığı üçün polis idarəsinə gedib.

Məktubda deyilir: “Lakin orada qəribə hadisə baş verdi. Polis şöbəsinə gələn Aydın Məmmədov elə təhqiqatçı Fəridin yanında mənə hədə-qorxu gəlməyə başladı: “Mən sənin başını kəsdirəcəm, sənin arxana bıçaq soxacam.

Mən sizin evinizin də işığını indi kəsdirəcəm. Azərbaycanda elə bir kişi varsa, gəlsin mən kəsdirdiyim işığı o qoşsun!..”

Mən təəccüb içində qaldım, ona bildirdim ki, əvvəla bizim evdə “Smart” kart sayğacıdır, siz onu hansı əsasla sökürsünüz və kimə arxalanıb belə edirsiniz? Bu sözlərimdən sonra Aydın Məmmədov bildirdi ki, arxamda Energetika Naziri və Mehriban Əliyeva özü dayanıb, mən sənin işığını kəsim, sən də bax!

Polis məmurunun yanında mənə təhqiredici sözlər desə də, hətta söyüş söysə də, bu qanunsuzluq barədə heç bir tədbir görülmədi. Sadəcə polis məmuru Fərid mənə dedi ki, sən ona baş qoşma, qoy getsin, sonra da sən gedərsən...”

Şikayətçinin sözlərinə görə, onu hədələyən müdir Aydın Məmmədov polisin yanında verdiyi sözlərə əməl edərək, tabeçiliyində olan işçilərlə birgə elə həmin gün yaşadığı evə basqın edib:

“Düz 13 nəfər işçi 4 maşınla gəldilər, həyətimə doluşdular, elektrik xəttini kəsərək, “Smart” kart sayğacını qopardaraq apardılar. Evdə xəstə atam, anam və digər ailə üzvlərim yaranmış hay-küydən həyəcana düşdü. Evimiz işıqsız qaldı.

Hal-hazırda iş Polis Şöbəsində araşdırılır. Aydın Məmmədov cəmi 78 manat məbləğin üstündə dava-dalaş salıb belə konflikt yaratdı. Halbuki mən illər boyu işıq pulunu requlyar ödəmişəm, bu vaxta kimi heç bir problemim də olmayıb.

Səbəb də budur ki, bir müddət əvvəl “Smart” kart sayğacı qoyularkən dükançı olduğumu bilib.

İşıq İdarəsi bizdən 200 manat rüşvət istəmişdi, biz o pulu vermədiyimizə görə Aydın Məmmədov heç nədən başımıza bu oyunu gətirdi.

Hələ üstəlik ekspertizadan saxta kağız da alıb ki, guya qardaşım onu vurub. İndi qardaşımı bu cür saxta üsulla tutdurmaq da istəyir.

Hal-hazırda cinayət xarakterli hərəkətlərə, şərəf və ləyaqətimin ləkələnməsinə xidmət edən hərəkətlərə yol verdiyinə, ünvanıma səlahiyyət həddi aşılmaqla əxlaq və qanun çərçivəsinə sığmayan təhqiramiz ifadələr işlətdiyinə, şəxsiyyətimi alçaltdığına görə Cəlilabad İşıq İdarəsinin müdiri Aydın Məmmədovu məhkəməyə vermişəm.

Qanunları və Əsas Qanunun tələblərini ciddi pozan bu cür dövlət məmurları qanunun sərt üzü ilə cəzalandırılmalı, vəzifədən kənarlaşdırılmalı, barələrində cinayət qanunvericiliyinin tələbləri səviyyəsində ciddı və sərt tədbirlər görülməlidir.

Onlara etimad edilmiş vəzifənin məsuliyyətini dərk etməyən və cavabdehliyin dərəcəsini düşünmək istəməyən belə dövlət məmurlarının qanunsuz hərəkətləri vətəndaşları dövlətdən narazı salan hərəkətlər olub, bu cür hərəkətlərlə nəinki vətəndaşların qanunla qorunan mənafeləri pozulmuş olur, həm də dövlət adından danışdığına görə dövlət mənafeyinin özü də pozulmuş olur.

Xahiş edirəm ki, Aydın Məmmədov kimi özbaşına və qanunları tanımayan, sırf təsadüf nəticəsində həmin kresloda oturmuş dövlət məmurunun barəsində tədbir görülməsinə köməklik edəsiniz, mənim və ailəmin hüquqlarını müdafiə edəsiniz (050 464 26 26)

Qeyd edək ki, A.Məmmədovun biznes əlaqələri də var. Onun Lerikdə “Ağgöl” adlı istirahət mərkəzi fəaliyyətdədir.

Yay mövsümündə A.Məmmədov vaxtını əsasən Lerikdə keçirir. Onun biznesini genişləndirdiyi və ərazidə tikinti işləri apardığı bildirilir.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"