İdman
Dünya
2-06-2017, 14:31 Oxunub: 401
Prezident Zakir Həsənovu cəbhə bölgəsinə göndərdi - FOTOLAR

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi ötən ilin aprel ayında Lələtəpə uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların xatirəsinə Füzuli rayonunun Horadiz şəhərində ucaldılmış kompleksi ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar.
Ön xətdə düşmənlə üzbəüz səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşı tərəfi müşahidə edib, ərazidəki əməliyyat şəraiti və müdafiə zolağındakı vəziyyətlə tanış olub.
Cəbhə xəttində yerləşən hərbi hissələrdən birində yeni inşa edilmiş hamam-camaşırxana, qazanxana kompleksinin və ərzaq anbarının açılışından sonra nazirliyin rəhbər heyəti hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsini və mənəvi-psixoloji vəziyyətini yoxlayıb, sosial-məişət şəraiti ilə tanış olublar.
Şəxsi heyətlə keçirilən görüşdən sonra birgə nahar təşkil olunub.


XƏBƏR LENTİ
23:47 | "WhatsApp" bu funksiyalar ləğv edir 22:43 | Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir? — Sirləri öyrənin! 22:23 | Əli Əhmədov: "Seçkilərin keçirilməsini səbrsizliklə gözləyirik" 21:44 | Siyavuş Novruzovdan müxalifətə çağırış — “Səmərəli işlə məşğul olub, ağac əksinlər” 21:19 | Bahar Muradova: “Seçkidə qalib gələcəyimizə çox böyük inamımız var” 20:48 | Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə önəmli töhfə — “Sənət və söhbət” 20:20 | Efirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL — Tolik, sənin padruqaların... - FOTO 19:42 | Həbsdə olan baş redaktor azadlığa çıxdı 19:22 | Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı — YENİ ŞOK DETALLAR 18:43 | Məşhur aktyor 30 kilo arıqladı — FOTO 18:21 | Bakıda ər 22 yaşlı arvadını bıçaqladı 17:50 | Bərdədə 2 nəfəri küçədə bıçaqlayan gənc HAKİM QARŞISINDA 17:17 | Şəmkirdə silsilə oğurluqlar edən şəxslər tutuldu 16:00 | İlham Əliyev xanımı ilə Şahxəndan türbəsində - Fotolar 15:30 | Yunis Səfərovun məhkəməsi başlayır