Nazir hara baxır?: Telman İbadovla Zəhra Abbasovanın şok cinayət dosyesi...
Bolge
Oxunub: 742
6 in 2017 | 10:57
Nazir hara baxır?: Telman İbadovla Zəhra Abbasovanın şok cinayət dosyesi...

















Səhiyyə Naziri Oqtay Şirəliyev uşaq ölümlərində ittiham olunan şöbə müdirini işinə bərpa edib

Zəhra Abbasova yenidən Mirqasımov adına Respublika Klinik xəstəxanasının Doğum Şöbəsinin müdiri vəzifəsində çalışır.

Nazirin onu işə qaytarmasını yuxarı dairələrdəki adamı xahiş edib. Jurnalist Həsən Babayev 2015-ci il sentyabr ayının 4-də xanımı üzərində qeysəriyyə əməliyyatı zamanı övladının Z.Abbasova tərəfindən öldürülməsi ilə bağlı müraciət yaymışdı.

Baş həkim Telman İbadov dövlət xəstəxanasını nəinki rüşvət, özbaşınalıq yuvasına, həm də morqa çevirib.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov səhiyyə naziri Oqtay Şirəliyevə hər rübdə “hesabat” verir. Baş həkim üç aydan bir nazirin “haqqı”nı çatdırır.

Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir.

Liftlə qalxmaq üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməlisən. Xəstəxananın həyətindən çıxan maşınlardan 1-2 manat alan mühafizəçi heç də həkimlərdən geri qalmır.

Ulus.Az-ın əldə etdiyi bilgiyə görə, “Respublikanski”yə ittihamlar səngimir. Xəstəxana uşaq alverində və ölümlərində suçlanır. Belə görünür ki, səhiyyə naziri təcili şəkildə müdaxilə etməlidir.

Çünki bu xəstəxanda dəhşətli cinayətlərdən dosye hazırlamaq olar. Nazirlik nə baş verdiyinə göz yumur. Baş həkim isə uşaq ölümlərini biznesə çevirib. Nəinki biznesə, cinayətləri gizlətməklə böyük məsuliyyət daşıyırlar.

37 yaşlı Günay Axundova axar.az-a danışarkən 2016-cı il aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə doğuş etdiyini, lakin uşağının üzünə həsrət qaldığını bildirib.

Hər gün körpəsini ağladığını bildirən çarəsiz qadın uşağın doğuşdan əvvəl tam sağlam olduğunu, doğuşdan sonra isə cəsədini belə tapa bilmədiklərini deyib:
“Doğuşdan bir gün əvvəl 9 saylı qadın məsləhətxanasında ultrasəs müayinədən (USM) keçmişəm, uşaq sağlam idi.

Səhəri gün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Vüsalə Ağalarova adlı həkim yüksək təzyiqim olduğu üçün doğuşun keysəriyyə yolu ilə olacağını bildirdi. Təzyiqim normasına düşən kimi doğuş baş tutdu. Elə o gündən sonra uşağımı görmədim...”

Ulus.Az-ın verdiyi məlumata görə, doğuşdan 3 gün sonra uşağını görməyi tələb edən qadın aldığı şok xəbərlə sarsılıb:

“Uşağımı görməyi tələb edəndə isə həkim uşağın öldüyünü bildirdi. Vəssalam. Sonra isə çıxıb getdi. O gündən indiyə qədər qaranlıq qalan bu böyük cinayətin izi ilə gedirəm".

"Morqda çalışan şəxs bizə körpənin doğulan gün öldüyünü, soyuducu işləmədiyinə görə onun aprelin 7-si Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını dedi. İlahi... Dəhşətə gəldim... Tabutun nömrəsini götürdükdən sonra getdim həmin qəbiristanlığa.

Ordan isə mənə uşağın aprelin 12-də yeddi körpə cəsədi ilə bir qutuda gətirilərək elə bir yerdə də basdırıldığını bildirdilər. Halbuki morqdan mənə uşağın ayın 7-si basdırıldığını demişdilər".

Günay Axundova klinikada Telman adlı baş həkimin cinayəti ört-basdır etmək istədiyini, buna görə ona müxtəlif vədlər verdiyini bildirib.

Baş Prokurorluğa getdim. Araşdırma aparıldı, uzun prosedurdan sonra həkim boynuna aldı ki, mənim təzyiqim yüksək olduğu üçün guya məni düşünərək, bu haqda heç nə deməyib.

Üstündən bir il keçdikdən sonra qəbri açdıra bildik. Yeddi körpənin cəsədi bir yerdə basdırılmışdı. Bir az kənarda isə mənim adım yazılan salafan paket qoyulmuşdu. Bilinirdi ki, cəsəd sonradan basdırılıb.

"İşi Nigar adlı müstəntiq aparırdı. Mən DNT testi tələb edəndə müstəntiq dedi ki, bu testə 50 min manat xərclənəcək, gəl, o pulu sənə verək, məsələ bağlansın. Razılaşmadım, sonda isə heç bir nəticə olmadı. Guya DNT cəhdləri alınmayıb. Hamısı yalan idi.

Bu, qrup şəklində cinayətdir. Axı bir anadan övladının ölməyini niyə gizlətsinlər ki?! Mənə bunun izahı lazımdır. Həmin həkim hazırda yenə öz işinin başındadır.
Neçə ana mənim kimi gözü yaşlı qalacaq?!" Günay Axundova hazırda işin Yasamal Rayon Məhkəməsində davam etdirildiyini də bildirdir.
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu