İcra başçıları arasında qarşıdurma - Əhəd Abıyevin qardaşı YAP-da “vuruldu”
Bolge
Oxunub: 768
18 in 2017 | 10:23
İcra başçıları arasında qarşıdurma - Əhəd Abıyevin qardaşı YAP-da “vuruldu”














Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla həmkarı, Daşkəsənin icra başçısı Əhəd Abıyev arasında gərginlik yaranıb. Masallı rayonunda həmişə söz sahibi olmağa çalışan Abıyevlər bu dəfə sərt təpkiylə üzləşiblər

Gərginlik o həddə çatıb ki, Rafil Hüseyinov birinci müavini olan Nadir Abıyevin (Əhəd Abıyevin qardaşı) demək olar ki, bütün səlahiyyətlərini əlindən alıb. O hətta iki gün əvvəl Qurtuluş Günü ilə bağlı verilən konsertdə belə gözə dəyməyib.

Bundan əlavə, Abıyev Yeni Azərbaycan Partiyasının Masallı rayon şöbəsinin rəhbərliyindən də uzaqlaşdırılıb.

Məlumata görə, bir həftə əvvəl YAP Masallı rayon şöbəsinin konfransı keçirilib, yeni İdarə Heyəti və Şura formalaşıb. İcra hakimiyyətlərinin birinci müavinləri adətən YAP-ın həmin rayon şöbələrinin rəhbəri olduğu halda, Nadir Abıyev bu dəfə heç İdarə Heyətinə salınmayıb.

Rafil Hüseynovun birdən –birə Abıyevlərə qarşı sərt davranması barədə bir neçə versiya var. Deyilənə görə, icra başçısı onunla bağlı "yuxarılara” şikayətlərin və mediada bəzi tənqidi materialların məhz Abıyevlər tərəfindən təşkil edilməsi qənaətindədir. Elə buna görə də R.Hüseynov Masallıda vəzifədə olan Abıyevləri zərərsizləşdirməyə başladığı bildirilir.

Hətta onun bir neçə görüşlərdə üstüörtülü şəkildə Abıyevlərlə bağlı sərt ittihamlar irəli sürdüyü də gələn məlumatlar sırasındadır.

Daşkəsən rayon İcra Hakimiyyətini başçısıƏhəd Abiyev açıqlamasındaqardaşı Nadir Abiyevin YAP-ın Masallı rayon təşkilatının idarə heyətindən çıxarılması xəbərini təsdiqləyib:"Qardaşım bir müddət əvvəl təqaüdə çıxmaq istəyirdi. Dövlət qulluğundan çıxdığı uşun yüksək pensiya alacaqdı. Həm də özəl iş var, onunla məşğul olacaqdı. Deyirdi ki, yaşım da keçib, artıq təqaüdə çıxmağın vaxtıdır. Başçı isə imkan vermədi, dedi ki, "hələ qal, işlə”. Görünür, qardaşım indi tam qərarını verib.

Bir adam işdən çıxmaq, təqaüdə getmək istəyirsə, özəl yer açıb, onunla məşğul olmaq istəyirsə, onun İdarə Heyətində qalması və yaxud İcra Hakimiyyətindəki iş nəyinə lazımdır? Qardaşım 1993-cü ildən YAP-ın üzvüdür. Masallı rayon şöbəsinin yaradıcılardan biridir. İndi pensiyaya getmək istəyir, idarə heyətində qalsa, gərək, bütün iclaslara qatılsın. Yenə də partiyanın üzvü kimi orada fəallıq göstərəcək, iclaslarda iştirak edəcək, partiyamıza öz xidmətlərini davam etdirəcək... Məcburdur ki, siyasi şuranın üzvü olsun? 20 ildir, o, vəzifədədir. İndi də partiyanın fəal üzvü kimi işini davam etdirəcək. Cavanlara yer vermək lazımdır”.

Ə. Abiyev Rafil Hüseynovla münasibətlərinin pis olmasıyla bağlı yayılan xəbərlərə də münasibət bildirib:"Mənim başçıyla aram yaxşıdır. Münasibətimiz də var. Heç bir problem yoxdur”.

Qeyd edək ki, Abıyevlərin Masallının Rafil Hüseynovdan əvvəlki icra başçısı, hazırda Astara rayon icra başçısı Qəzənfər Ağayevlə də çox kəskin qarşıdurması baş vermişdi. Həmin vaxt yayılan xəbərlərə görə məsələ Prezident Aparatına qədər gedib çıxmış, sonucda Abıyevlərın Masallı hegemonluğuna demək olar ki, son qoyulmuşdu. Lakin R.Hüseynov başçı təyin edildikdən sonra Abıyevlərə münasibət bir qədər yumşalımışdı, Masallıda vəzifədə olan Abıyevlərin "donu” açılmışdı... (bakupost.az)
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO