Göyçayda vəzifə sahiblərindən Taleh Xasməmmədov nə istəyir?
Bolge
Oxunub: 803
26 in 2017 | 11:50
Göyçayda vəzifə sahiblərindən Taleh Xasməmmədov nə istəyir?










Deməli, səslənən ittihamlar illüziyalara deyil, konkret faktlara söykənməlidir ki, söylənilənlər həqiqət kimi qəbul edilsin
Bir neçə gün bundan öncə əslən Göyçay rayonundan olan və qüsurlu yazı üslubu ilə xüsusi ad çıxaran, hətta özünü hər kəsə “hüquq müdafiəçisi” kimi “sırımaq istəyən” Taleh Xasməmmədovun müəllifi olduğu naşı açıqlamaları oxuduqca, sanki vəlvələyə deyil, birbaşa zəlzələyə düşdük desək, yəqin ki, yanılmarıq. Çünki, bu şəxs xeyli müddətdir ki, özünü hüquq müdafiəçisi elan edib, amma bir kimsə onu belə bir fəaliyyət növü ilə məşğul olan şəxs kimi heç cür qəbul etmir. Deməli, adı çəkilən şəxs hüquq müdafiəçisi kimi əksəriyyət tərəfindən qəbul olunmadıqindan, bu gün onun özünün sanki müdafiəyə ehtiyacı var. 
Onu da vurğulamaq yerinə düşər ki, adı çəkilən şəxs uzun illərdir ki, maddi və digər maraqlarının təminatı naminə bəzi vəzifə sahiblərinə qarşı “qara piar” kampaniyası apardığından, bir neçə dəfə məhbəs həyatı da yaşamalı olub. Bunun da başlıca səbəbi, onun əksər şəxslərdən fərqli xarakterik xüsusiyyətə malik olması və ayrı-ayrı vəzifə sahiblərinin vermiş olduğu sifarişləri yerinə yetirməsi olub. Bu gün isə Taleh Xasməmmədovun əsas hədəfi, 10 iyun 2016-ci il tarixdən Göyçay RİH-nə başçı təyin olunan cənab Mehdi Səlimzadə və bir neçə vəzifə sahibi müəyyən olunub. O halda sual oluna bilər ki, ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında rəhbər vəzifəyə təyin olunan bu şəxsi, görəsən Taleh Xasməmmədov hansı addımlarına görə ittiham edir? Odur ki, bir qədər apardığmız təhlilə və müəyyən araşdırmalarımıza diqqət yetirməklə, ortaya hansısa nəticələri də qoymağa çalışaq. Məsələn, bu şəxs müəllifi olduğu açıqlamasının birində vurğulayır ki, “Mehdi Səlimzadə haqlı şikayət və tələblər qarşısında müdafiə olunmaq əvəzinə, şər-böhtan yolunu seçib. Bu yolu təhlükəli və ədalətsiz bir addım kimi qiymətləndirirəm”. O halda yazı müəllifinə sual oluna bilər ki, cənab Səlimzadə hansı haqlı tələblərdən geri çəkilir və hansı məsələlərdə şər-böhtan yolunu tutur? Deməli, səslənən ittihamlar illüziyalara deyil, konkret faktlara söykənməlidir ki, söylənilənlər həqiqət kimi qəbul edilsin. Yoxsa hansısa yuxunu görüb yozmaq, hansısa formada danışmaq cəfəngiyatdan başqa bir şey deyil.
Taleh Xasməmmədov müəllifi olduğu açıqlamasında onu da vurğulayır ki, “Göyçay RİH-də toplanacaq “Şura iclası”nda qəbul ediləcək qərar əsasında, Göyçayın ən müasir tipli bazarı bağlanacaq”. Belə bir ittihamla da bağlı sual oluna bilər ki, görəsən söhbət hansı müasir tipli bazardan gedir? Bəyəm, özünü Xasməmmədov soyadı ilə müəyyən çevrəyə “hüquq müdafiəçisi” kimi təqdim etməyə çalşan bu şəxs görmürmü ki, “Göyçay-Avtonəqliyyat” ASC-nin balansında olan və hər kəsin “Kolxoz bazarı” adı ilə tanıdığı “Çınqıllı bazar”ın ərazisində ticarət etmək üçün lazımi şərait yoxdur?. Yəni, antisanitariyanın baş alıb getdiyi ərazini heç bir halda müasir tipli bazar adlandırmaq olmaz. Deməli, bu şəxs nəyi qara görürsə və gördüyü qaraya ağ deyirsə, hər kəs də onun dediyi kimi deməlidir. Əcəba, dünyanın işinə bir bax! Hətta, bu şəxs düşünüb daşındığını müəllifi olduğu açıqlamasında “artıq Prezident Administrasiyasında da icra başçısının yalan-palan taktikalarına bələd olublar” deyə də qeyd edir. O halda da sual oluna bilər ki, görəsən Taleh Xasməmmədov hansı səlahiyyət sahibidir ki, PA-nın rəsmi şəxsləri dövlət idarəçiliyi ilə bağlı ona hesabat verirlər və o da, cənab Mehdi Səlimzadənin Göyçayda keçirdiyi idarəçiliyə verilən qiymətlə bağlı məlumatlı olur?
Bu şəxs “Göyçayda sürücüləri tətilə sövq edənlər kimlərdir?” başlıqlı açıqlamasında isə, RİH-nin başçısı başda olmaqla bir neçə vəzifə sahibini, 18 il fəaliyyət göstərmiş “Göyçay-Avtonəqliyyat” ASC-nin fəaliyyətini iflic etməkdə də ittiham edir. Taleh Xasməmmədov onu da vurğulayır ki, “ASC-in 30- a yaxın sürücüsü onlara göstərilən təhdid və təzyiqlərlə bağlı cəmiyyətin həyətinə toplaşıblar və səhərdən işə çıxmamaları barədə, onlara xəbərdarlıq da olunub. Cəmiyyətin idarə heyyətinin sədri Arif Əliyev isə, sürücülərə işlərini dayandırmamaq tapşırığını verib. Yaşanan ab-hava da, sürücülərin işsiz, sərnişinlərin isə çoxsaylı problemlərlə üz-üzə qalmalarına səbəb olur”. Belə bir ittihamlar da Taleh Xasməmmədova məxsus olduğundan, bu yöndə müəyyən araşdırmalar apardıq və lazımi məlumatları da əldə edə bildik. Məlum olan o oldu ki, bu gün Göyçay rayonunun mərkəzi hissəsi ilə bərabər, ayrı-ayrı kəndlərinə hərəkət edən “PAZ” markalı avtobuslar 1960-cı, 1970-ci illərin nəqliyyat vasitələri olduğundan, hal-hazırda onlar olduqca yarasız və nasaz vəziyyətdədirlər. Belə bir halın varlığı da, çoxsaylı sərnişinlərin haqlı narazılığına və narahatçılığına səbəb olan amillərdir. Yaşanan reallığın və dəyişən zəmanənin tələbini nəzərə alan icra başçısı, bu gün rayona 12 ədəd müasir tipli nəqliyyat vasitəsi gətizdirib ki, onlardan 2 ədədi “İVEYCO” markalı, 10 ədədi isə “İSUZU” markalı avtobuslardır. Onu da unutmaq olmaz ki, həmin avtobuslarda sərnişinlərin kifayət qədər rahatlığı təmin olunur və ekoloji tarazlıq da qorunur. Yaxın günlərdə əlavə 10 ədəd avtobus gətirilsə də, hələ ki, onlar xəttə buraxılmayıb. Bu belə olduğu halda rayon rəhbərliyi tərəfindən atılan addımları niyə tənqid etmək lazım gəlir? Deməli, Taleh Xasməmmədov bu dəfə də hansısa “ağa”sından almış olduğu tapşırığı yerinə yetirməlidir ki, sifariş verən tərəfin qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin və üzünü həmin şəxsin yanında “ağ” da edə bilsin. Yoxsa... 
Düşündürücü hal odur ki, bu gün dəyişən zəmanədə hər şey dəyişdirilir, yeniliyə doğru addımlar atılır. Bu belə olduğu halda sakinlərin rahatlığı naminə, cənab Mehdi Səlimzadənin atdığı addımlar niyə qınanılmalıdır? Əslində bu cür mövqe tutanların addımları, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Ümumi araşdırmalarımız zamanı bəzi detalları da dəqiqləşdirə bildik ki, “hüquq müdafiəçisi” adı ilə tanınan bu şəxsin müəyyən məsələlərdə canfəşanlıq etməsinin, ağa qara deməsinin müəyyən səbəbləri də var. Sən demə Arif Əliyevin qanunsuz yollarla özəlləşdirdiyi “Göyçay-Avtonəqliyyat” ASC-nin balansında olan və lazımi şəraiti olmayan, eyni zamanda antisanitariyanın tüğyan etdiyi “Çınqıllı bazarı”nda Taleh Xasməmmədova məxsus bir neçə “polka” var ki, o, həmin “polka”lardan əldə olunan gəlirlə dolanışığını təmin edə bilir. O halda sual oluna bilər ki, görəsən səbəb nədir ki, özünü hüquq müdafiəçisi elan edən bu şəxsi, bu gün çoxsaylı sakinlərin gələcək taleyi deyil, yalnız şəxsi maraqları düşündürür? Deməli torbada “qara pişik” var ki, bu şəxs də belə bir addımlarını atmaqdadır.
İndi isə keçək bəzi mətləblərin varlığına. Bəs səbəb nədir ki,Taleh Xasməmmədov adı və soyadı ilə tanınan bu şəxs, 2016-cı il dən bu günə kimi Göyçay rayon ərazisində aparılan abadlıq-quruculuq işlərini görmür? Görmürsə ona bildirmək istəyirik ki, cənab Mehdi Səlimzadə icra başçısı təyin olduqdan sonra rayon üçün olduqca strateji əhəmiyyət kəsb edən Bərgüşad yolunda əsaslı təmir və bərpa işləri başa çatdırıldı. Yol kənarında işıqlandırma sistemi qaydaya salındı, yaşıllıqlar salındı. Rayonun giriş yolları tamamilə yenidən quruldu, ulu öndər Heydər Əliyevin adını daşıyan park genişləndirildi, “Bayraq dirəyi” əsaslı təmirdən sonra Respublika günü istifadəyə verildi, əvvəlki “ƏliKərim parkı”ında isə, əsaslı təmir-bərpa işləri başa çatdırılmaqdadir. Göyçay şəhər stadionu təmir olunduqdan sonra, stadionun ərazisində bir neçə meydançalar da tikildi. Xüsusi vurğulanası hal odur ki, cənab Mehdi Səlimzadə icra başçısı təyin olunduqdan sonra, onun rayonun tanınmış ağsaqqalları və nüfuzlu din xadimləri ilə görüşü keçirildi. Ümumi müzakirələr zamanı bir çox problemlərin həlli istiqamətində qarşılıqlı razılaşmalar əldə olundu və çox keçmədi ki, “Yuxarı Məscid”in əsaslı təmirinə və bərpasına qərar da verildi. Artıq bu gün məscidin problemləri aradan qaldırılıb və hər kəsin istifadəsinə də verilib. Bu da hər kəsin razılıqla qarşıladığı addımlardır. Bütün bunları görməyən, yalnız ağa qara deməyə aludə olan Taleh Xasməmmədova tövsiyyə edirik ki, “gözünü aç, ətrafa açıq gözlə bax və haqq yoluna qayıtmağa çalış. Bil ki, tutduğun yol haqqın nahaqqa qurban verildiyi yoldur. Eyni zamanda məni jurnalistikani bitirmediyim ucun ittiham etməkdən də çəkin. O da sənə agah olsun ki, ixtisasca sırf jurnalist olmasam da, 16 illik jurnalis fəaliyyətim mənim yetərincə formalaşmağıma, bu sahənin incəliklərinə dərindən bələd olmağıma da səbəb olub. Amma, sənin “hüquq müdafiəçisi” olmağın tam əksəriyyətdə bu gün de şübhə doğurmaqdadır. Odur ki, həm düşün, həm də ...”
Mövzu diqqətimizdədir.
Zamiq
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...