Məcburi köçkün kömək istəyir
Bolge
Oxunub: 717
8 iy 2017 | 11:07
Məcburi köçkün kömək istəyir

















Azər Abbasov: “Müəllim maaşı ilə ev ala bilmirəm...”

“1992-ci ildə Şuşa şəhərindən qaçqın düşmüşəm. 2 ildir Yevlax şəhərində kirayələrdə yaşayıram. Artıq kirayə haqqı verməyə də gücüm çatmır. Ölkə rəhbərliyindən xahiş edirəm ki, məni mənzillə təmin etsin”.

Bu sözləri Yevlax şəhər sakini, əslən şuşalı olan Azər Əbülfət oğlu Abbasov “Yeni Müsavat”ın redaksiyasına göndərdiyi şikayət məktubunda yazıb. Məktub müəllifi qeyd edib ki, 25 ildir Yevlax şəhərində müxtəlif ünvanlarda kirayədə qalır. Bu müddət ərzində dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Yevlax ərazi nümayəndəliyinə müraciət edib ki, onu müvəqqəti mənzillə və ya sığınacaqla təmin etsinlər. Lakin heç bir nəticəsi olmayıb.

“25 ilə yaxındır ki, mənzil problemimi həll etmək üçün bütün aidiyyəti qurumlara, deputatlara, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciətlər etmişəm. Komitədən cavab verilib ki, hələlik Yevlax şəhərində məcburi köçkünlər üçün yeni mənzilin tikintisi nəzərdə tutulmayıb. Bu baxımdan yardımçı ola bilməyəcəklərini qeyd ediblər” - şikayətçi yazıb.

Onun sözlərinə görə, deputatlardan yalnız Fazil Mustafa müraciətinə cavab verib və onun üçün “Qaçqınkom”a müraciət ünvanlayıb: “Onun müraciətinə də eyni cavab verildi ki, nə vaxt Yevlax şəhərində qaçqınlar üçün mənzil tikilsə, məni o zaman evlə təmin edə biləcəklər. Artıq 54 yaşım var. Özümün və həyat yoldaşımın səhhətində də problemlər var. Müəllim işlədiyim üçün əmək haqqı elə də böyük deyil. Nəinki mənzil problemimi həll etməyə, hətta kirayə haqqını ödəməyə də gücümüz çatmır. Aylar öncə kirayə qaldığım mənzili də tərk etməli oldum. Pulunu ödəyə bilmədiyim üçün artıq orada qala bilməzdim. İndi bir qızım və həyat yoldaşımla qohumlarımızın evində ayrı-ayrı yaşamaq məcburiyyətində qalmışıq. Mən bacımın evinə sığınmışam. Qızım isə anası ilə birlikdə babasının evində qalır”.

Azər Abbasov məktubunun sonunda yazır: “Bir müəllim kimi daim dövlətimizə və xalqımıza vicdanla xidmət etmişəm. Hesab edirəm ki, 25 ildir vətənindən didərgin düşən bir şəxs kimi hökumətdən bir sığınacaq, mənzil istəməyə haqqım satır. Sizin qəzet vasitəsilə dövlət başçımıza müraciət edirəm ki, mənə kömək eləsin. Ricam odur ki, ya mənə mənzil verilsin, ya da maddi köməklik olsun və özüm bir ev tikə bilim. Müəllim maaşı ilə mənim bunu həyata keçirməyim mümkün deyil”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ