Daha 4 min azərbaycanlı Ermənistan ordusunun nişangahında
Bolge
Oxunub: 779
9 iy 2017 | 10:44
Daha 4 min azərbaycanlı Ermənistan ordusunun nişangahında















Cəbhəyanı bölgədə yerləşən, ətrafdakı yaşayış məntəqələrindən heç nə ilə fərqlənməyən Alxanlı kəndi bütün dünyada məşhurlaşdı

Ermənistanın atəşi nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin faciəvi ölümü barədə xəbər işğalçı ordunun dinc əhaliyə qarşı müharibəsindən şoka düşmüş insanları hiddətləndirdi.

Hazırda bu kənddə təxminən 4 min nəfər yaşayır və onlar 700-ə yaxın təsərrüfatda kəndli əməyi ilə məşğuldur. Lakin əgər yaşayış məntəqəsinin özü heç nəyi ilə diqqət çəkmirsə, onun bütün sakinləri mərdlikləri və hər gün üz-üzə qaldıqları güllədən, yaxud qəlpədən ölmək kimi təhlükəyə baxmayaraq, doğma el-obalarında yaşamaq arzuları ilə fərqlənir. Cəbhə xəttinin iki addımlığında yerləşən kəndlərini tərk etməyə onları heç nə məcbur edə bilməz.

Hər hansı müştəbehlikdən kənar Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev jurnalistlərə və hərbi mütəxəssislərə sakit və inamlı tərzdə deyir: “Biz atəş altında yaşayıb işləməyə alışmışıq. Rayonda yaşayan hər kəs müharibəyə - torpaqlarımızı hərb yolu ilə geri almağa hazırdır”. Bildirək ki, Qarabağ münaqişəsi dövründə bu rayonun 900 sakini həlak olub.

Alxanlı kəndinin sakini Niyaməddin Feyziyevlə görüşə tələsirəm. Bu şəxs atəş altında qalmış balaca Zəhraya və iki ağbirçək qadına köməyə tələsmiş ilk adam idi.

“Axşam təxminən saat 8-də atəş və dağıntı səsləri eşitdim, tüstü dumana qarışdı. Zəhra minaatanın qəlpəsi ilə elə yerindəcə keçinmişdi. Hadisə yerinə gəlmiş başqa həmkəndlilərimlə birlikdə artıq dünyasını dəyişmiş uşağı və qan içində olan, lakin nəfəs alan Sahibə ilə Sərvinazı xəstəxanaya çatdırdıq. Təəssüf ki, Sahibə yolda keçindi. Mərmi bu qadınların az qala ayaqlarının altında partlamışdı”, - göz yaşlarını silən kənd sakini nəql edir.

Prokurorluq əməkdaşları erməni atəşinin nişangahlarını nümayiş etdirir. Mərmilərin düşdüyü yerdə qəlpələr hələ də qalmaqdadır. Füzuli rayonunun prokuroru bildirdi ki, kənd sakinləri tank əleyhinə minaatanın mərmisinin qəlpələrindən ölüblər. Faciə yerində istintaq hərəkətləri aparılır.

Atəşə məruz qalmış kənddə olanlar, sözsüz ki, həyatlarının sonuna qədər insan məntiqinə sığmayan dəhşətli mənzərəni unutmayacaqlar: mərmi qəlpələrinin, dağıntıların arasında, qan içində kiçik Zəhranın heç vaxt ayrılmadığı gəlinciyi görünür.

Emosiyalarını üstələyərək, Azərbaycan hökumətinin təşkilatçılığı ilə Alxanlıya gəlmiş hərbi attaşelər Alxanlının yaxınlığındakı əraziləri nəzərdən keçirir, yerli sakinlərlə söhbət edir və atəş anının şahidlərini xüsusilə ətraflı dindirirlər.

Hamını məəttəl qoyan odur ki, kəndlilərin məruz qaldığı minaatan hücumu heç də ilk deyil. Dinc əhalinin yaşadığı kənd mütəmadi olaraq avtomatlardan, minaatanlardan atəşə tutulur, halbuki bu qədər yaxın məsafədən erməni hərbçiləri görməyə bilməzlər ki, burada adi kənd həyatı sürən insanlar yaşayır – mal-qara otarır, torpaq sahələrini becərir, küçələrdə isə uşaqlar oynayır, qocalar öz işlərinin dalınca gedirlər. Hadisədən iki gün əvvəl mərmi balaca qızla nənəsinin yaşadığı evin yaxınlığına düşübmüş... O vaxt heç kim xəsarət almamışdı.

Həmin mərminin düşdüyü yerdəki çuxuru və qəlpələrin dəydiyi tikilini göstərən qonşular deyir: “Burada ev tapmazsınız ki, güllə, yaxud qəlpə dəyməsin. Amma biz öz torpağımızdayıq və bu, bizə güc verir. Öz torpağımızda qorxacaq yerimiz yoxdur”.

Alxanlı sakini Azər Quliyev acı-acı gülərək cəbhəyanı bölgədə həyatın təfərrüatlarına əlavələrini edir: “Ermənilər gah günorta atəş açmağa başlayır, gah da gecə. Həmişə də qəfildən. Aviahücum vaxtlarında olduğu kimi sığınacaqda gizlənməyə vaxt tapmırsan. Ermənilərin toyları atəşə tutmaqdan xoşu gəlir. Öyrəşmişik – toy, çal-çağır səsi eşidən kimi atmağa başlayırlar...”

Nə qədər təəccüblü olsa da, kəndlilərin gözündə təlaş və qorxu hissi yoxdur. Bu nə biganəlik, nə də mövcud həqiqətlərin müti və səssiz-səmirsiz qəbulu deyil, əməkçi xalqın düşmənə məğrur çağırışıdır. Hamı öz işi ilə məşğuldur: buğda əkir, heyvan bəsləyirlər, uşaqlar isə, hər yerdə olduğu kimi, oxuyurlar. Qəddarcasına qətlə yetirilməsəydi, böyüyəndə Zəhranın da oxuyacağı məktəbdə 160 şagird təhsil alır.

Heç kim şikayətlənmir, acı taleyini qaralamır və dədə-babalarının yaşadığı, uşaqlarının dünyaya göz açdığı torpağı qoyub getməyə hazırlaşmır. Hamı qələbə həsrəti ilə yaşayır.

“Kəndimiz həmişə yaxşı yaşayıb, güclü təsərrüfatımız olub. İndi də şikayət etmirik – işləyirik, ailə qururuq, uşaq böyüdürük. Bircə şey istəyirik – torpaqlarımızın azad olunmasını. Heç bir danışıqlara inanmırıq, yalnız hücum əmrini gözləyirik...” – əlini erməni mövqelərinə tərəf uzadan Azər deyir.

Alxanlılar bu cürdür! Kədər və bədbəxtliklər onları birləşdirir, möhkəmləndirir və düşmənə qarşı durmaq qərarlarını gücləndirir. Erməni tərəfinin terrorçuların adi taktikasına çevrilmiş dinc əhalini qorxutmaq və insanlar arasına təlaş yaymaq üsulları isə onları sındıra bilməz. İntensiv aprel döyüşləri vaxtı belə Alxanlının bir sakini də olsun, kəndi tərk etməyib.

Təxribatları ilə insanları cəbhəyanı kəndlərdən uzaqlaşdıra biləcəklərini düşünən erməni rəhbərlər yanılırlar.

Alxanlı və digər Azərbaycan kəndlərinin sakinlərinin mərdliyi həm də arxasında boş şəhər və kəndlərin olmadığını, həyat dolu evlərin yerləşdiyini dərk edən Azərbaycan əsgəri üçün bir nümunədir.

Hospitalda atəş vaxtı yaralanmış Sərvinaz Quliyevanı ziyarət, Zəhranın və nənəsinin qəbirlərini yad etdikdən sonra ABŞ-ın hərbi attaşesi kəndlilər qarşısında qısa çıxış etdi və onlara başsağlığı verərək, dəstəyini bildirdi. Aydın məsələdir ki, diplomatik status konkret qiymət verməkdən və nəticəyə gəlməkdən çəkindirir. Amma bu gün diplomatların və əcnəbilərin nə deyəcəyi vacib deyil. Əsas odur ki, onlar Azərbaycan xalqının faciəsi barədə həqiqətləri öz hökumətlərinə və ictimaiyyətə çatdırsınlar.

Alxanlıda baş verənlər barədə həqiqət isə gün kimi aydındır: kənddə nə erməni atəşinə qədər, nə də ondan sonra heç bir hərbi obyekt olmayıb. Dinc sakinlər isə həlak olublar.

Son günlər dünya ictimaiyyətinin erməni təcavüzünə münasibəti dəyişir. Təəssüf ki, bütün bunlar balaca Zəhranın həyatı bahasına baş verir.
Daha 4 min azərbaycanlı Ermənistan ordusunun nişangahında
Daha 4 min azərbaycanlı Ermənistan ordusunun nişangahında
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...