Şəhid bulağını sökən tapıldı - Mərhumun öz qardaşı imiş… (Rəsmi açıqlama)
Bolge
Oxunub: 631
10 iy 2017 | 20:27
Şəhid bulağını sökən tapıldı - Mərhumun öz qardaşı imiş… (Rəsmi açıqlama)














Yasamalda “Şəhid bulağı”nın kim tərəfindən söküldüyü məlum olub. Bu şəxs Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun doğma qardaşıdır

Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) oxu.az-a verilən məlumatda bildirilir ki, RİH-ə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə Talıblı və Şərifzadə küçələrinin kəsişməsində qoyulmuş bulaq-kompleksin sökülməsi haqqında məlumat daxil olduqdan dərhal sonra başçının səlahiyyətlərini icra edən, başçının birinci müavini Səməd İslamov ünvanda olub: “Araşdırma zamanı müəyyən olunmuşdur ki, “Şəhid bulağı” sökülməmiş, bulağın yeri yaxınlıqdakı iaşə obyektinin sahibi, şəhidin doğma qardaşı tərəfindən şəhid ailəsinin zənnincə, daha baxımlı yerə dəyişdirilmişdir. Şəhidin qardaşı ilə söhbət aparılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidin xatirəsinə qarşı biganəliyin düzgün addım olmadığı, Allahverdiyev Məhəmmədin yalnız bir ailənin şəhidi olmadığı, onun xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğu və xatirə bulağının əvvəlki yerinə qaytarılmasının vacibliyi şəhidin qardaşının diqqətinə çatdırılmışdır.

Onu da qeyd etmək istərdik ki, verilən tapşırıq əsasında gün ərzində şəhidin xatirəsinə qoyulmuş bulaq-kompleks ətrafında abadlıq və bərpa işləri aparılaraq “Şəhid bulağı” əvvəlki yerinə bərpa olunacaqdır. Hadisəni törədənin şəhidin doğma qardaşı olduğu nəzərə alındığından onun barəsində daha ciddi tədbirlər görülməsi məqsədəuyğun sayılmamışdır”.

* * *

Yasamalda “Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb.

“AzPolitika” xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata əsasən, sözügedən ərazi Yeni Yasamalda – Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.

Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, “Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.

May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.

“Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla aqressiv davranırlar”, – şikayətçilərdən biri redaksiyamıza yazdığı məktubunda qeyd edir.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?