Bələdiyyə sədri Şəmkirdəki 4 gün, 4 gecəlik toydan danışdı
Bolge
Oxunub: 569
27 iy 2017 | 09:38
Bələdiyyə sədri Şəmkirdəki 4 gün, 4 gecəlik toydan danışdı













Şəmkir rayonunun məşhur Şiştəpə qəsəbəsində 4 gün, 4 gecə davam etmiş dəbdəbəli toy mərasimi günlərdir sosial şəbəkələrin və bəzi saytların müzakirə mövzusudur. Bu toyda qonaqları Türkiyənin məşhur müğənnisi Kibariyə də daxil olmaqla, bəzi tanınmışlar, o cümlədən, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur “Kabriolet” qrupu və başqaları əyləndirib.

Virtualaz.org xəbər verir ki, toyun sahibi əvvəlcə naməlum idi, ancaq daha sonra açıqlandı ki, bu şəxs şiştəpəli iş adamı Qulu Vəliyevdir. Əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arifin aparıcılıq etdiyi toy zəngin iş adamının Şiştəpədə yerləşən malikanəsində baş tutub. Vəfa Zeynalova özünün “Instagram” səhifəsində toyun keçirildiyi malikanənin foto və videogörüntülərini də yayıb.

Şiştəpə kəndi Rusiyada bizneslə məşğul olan və qazandıqları pullara bu kənddə dəbdəbəli imarətlər tikdirən sakinlərinə görə hətta MDB-də məşhurdur. O cümlədən bu kəndin sakinlərinin adı vaxtaşırı olaraq Rusiyada azərbaycanlılar arasında baş vermiş atışmalarda, “razborkalarda” hallanır.

Bəs indi dillər əzbəri olan bu 4 gün, 4 gecəlik toyu edən Qulu Vəliyev kimdir, nə işlə məşğul olur? Bu toy barədə əlavə məlumatlar əldə etmək üçün Şiştəpə kəndinin bələdiyyə sədri Novruz Hüseynovla əlaqə saxladıq. Məlum oldu ki, bələdiyyə sədri özü də toyda iştirak edib, çünki toyun sahibi onun qohumudur.

Bələdiyyə sədri toyun mediada bu cür ajiotaja səbəb olmasından təəccübləndiyini gizlətmir: “Toydur da, burada nə var ki? Əlbəttə, mən özüm də iştirak etmişəm, dayıoğlumun toyudur. Qulu Vəliyev biznesmendir, Rusiyanın Sankt-Peterburq şəhərində meyvə-tərəvəz alveri edir”.

Bəs toyda məmurlar-filan, digər tanınmışlar da olubmu? Bələdiyyə sədri deyir ki, toyda heç bir yüksək vəzifəli qonaq olmayıb, çünki bu, Şiştəpə kəndi üçün “adi toy” sayılır.

“Adi toydur da, burada dövlət adamları nə gəzir? Qonaqların hamısı öz kəndçilərimiz idi. Dəbdəbə deyəndə, bu toyda dəbdəbəli heç nə olmayıb. Bizim kəndimizdə hamı belə toy edir. Yazıblar ki, Brilyant gəlib. Brilyant bəyəm birinci dəfədir ki, bizim kəndimizə toya gəlir? Əli boş durmayan uşaqlardır da, yazıblar. 3 gün qabaq da Gülyaz-Gülyanaq bacıları Şiştəpəyə toya gəlmişdi. Kəndimizdə azı həftədə iki dəfə bu cür toy olur”, - bələdiyyə sədri bildirdi.

Biz də toy sahiblərinə bələdiyyə sədri vasitəsilə gözaydınlığımızı çatdırdıq. Doğrudan da, varlığa nə darlıq?

Q. Vəliyev Rusiyada tanınan azərbaycanlı iş adamlarından biridir, məşhur “Sofiysk” topdansatış meyvə-tərəvəz bazasında fəaliyyət göstərir. Həmin topdansatış bazası azərbaycanlıların nəzarətindədir, adı tez-tez kriminal “razborka”larda hallanır…
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”