Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
Bolge
Oxunub: 774
4 avq 2017 | 14:13
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR















Zərdab rayon Şəftəhal kənd orta məktəbi uzun illərdir qəzalı vəziyyətdədir və məktəbin təmir olunması yönündə heç bir cəhd göstərilmir

Kənd sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, hər il məktəbin iç divarlarına səthi boya çəkilir və valideynlərə deyilir ki, məktəbdə təmir gedir. Halbuki həmin boyalar belə məktəbin eyiblərini bir neçə aylıq ört-basdır edə bilir. Sonra yenə də divarlar qopub tökülməyə başlayır və necə deyərlər, köhnə hamam, köhnə tas.
Şəftəhal kənd orta məktəbinin idman zalında da qorxunc şərait hökm sürür. Məktəblilərin sevimli fənnlərindən olan idman dərslərinin keçirilməsi üçün heç bir şərait yoxdur. Zalın tavan hissəsi gün-gündən daha bərbad vəziyyətə düşür.

“Qışda uşaqlarımızı məktəbə qorxa-qorxa göndəririk, xəstələnib qayıdacaqlarından narahat oluruq.”

Bolgexeber.com bildirir ki,bunlarla yanaşı, məktəbin istilik sistemində də nasazlıq var. Soyuq qış aylarında şagirdlər sinif otağında qalın qış geyimində oturmağa məcbur olurlar. Qışda uşaqlarını məktəbə qorxaraq göndərən valideynləri maraqlandıran əsas sual, belə şəraitdə təhsil alan uşaqların dərsi nə qədər keyfiyyətli şəkildə qavramasıdır.

Məktəbin direktoru Sədiyar Xəlilov məktəbin qəzalı vəziyyətini gözardına alaraq, həyətin qapısını işçilərə bağlatdıraraq, şəxsi mal-qarasına otlaq sahəsinə çevirib.
Sakinlər bildirirlər ki, direktorun mal-qarasının ən çox üz tutduğu məkan Şəftəhal kənd orta məktəbinin həyətidir.
Görünür, məktəb həyətinin alaq otlarından təmizlənməməsinin əsas səbəbi budur.

“Məktəbin daxilində ayaqyolu olmadığı üçün uşaqlar təbii ehtiyaclarını həyətdə taxtalardan hazırlanmış ayaqyolunda ödəyirlər.”

Şəftəhal kənd orta məktəbində uşaqların rahatlığının təminatı yolunda yaxşıya doğru kiçik bir addım belə atılmır.
Artıq bu məktəbdə vəziyyət o həddə çatıb ki, uşaqar təbii ehtiyaclarını belə həyətdə taxtadan düzəldilmiş ayaqyolunda ödəyirlər.

Yuxarıda qeyd olunan faktlar bu məktəbdə təhsil alan uşaqların gələcəyinin təhlükə altında olduğunu sübut edir.
Yaxşı şəraitli məktəb orada təhsil alan şagirdlərin keyfiyyətli təhsil almasına və onların dərsləri yaxşı qavramasına təkan verir.
Çox heyf ki, bu qaydalar Şəftəhal kənd orta məktəbi üçün keçərli deyil. Qış aylarında sinif otağında qalın geyimdə oturan, daim xəstələnmə qorxusu iə yaşayan, idman dərsini zaldakı pis şərait səbəbilə keçə bilməyən, soyuq aylarda ayaqyoluna getmək üçün həyətə çıxmağa məcbur olan uşaqlardan gələcəkdə böyük nəticələr gözləmək gülünc olardı.
Yazəlanlarla bağlı Zərdab Rayon Təhsil Şöbəsi və Şəftəhal kənd orta məktəbinin direktoru Sədiyar Xəlilovla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz uğursuz alındı.

Zərdab RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev isə bildirdi ki, Şəftəhal kənd orta məktəbinin təmirə ehtiyacı var, amma vəziyyət deyildiyi qədər acınacaqlı deyil.

“Bununla bağlı rayon təhsil şöbəsinə və Təhsil Nazirliyinə müraciət edirik. Daha sora yaradılmış komissiya məktəbin son durumu ilə tanış olur və təmir üçün maliyyə vəsaiti ayrılır. Yaxın zamanlarda Şəftəhal kənd orta məktəbinin təmiri planlaşdırılır. Bundan əlavə, son vəziyyət ilə tanış olması üçün Zərdab RİH-nin nümayəndəsi Şəftəhal kənd orta məktəbinə göndəriləcək.” – deyə Ramo Hacıyev açıqlamasını yekunlaşdırıb.
Zərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLARZərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLARZərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLARZərdabda məktəb direktorundan qanunsuzluq - FOTOLAR
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO