Sabirabadda körpə dünyaya gətirən ana ölüm ayağındadır – Əməliyyatdan sonra komaya düşdü
Bolge
Oxunub: 1 930
8 avq 2017 | 11:09
Sabirabadda körpə dünyaya gətirən ana ölüm ayağındadır – Əməliyyatdan sonra komaya düşdü











Sabirabad Mərkəzi Rayon Xəstəxanasında dünyaya körpə gətirən 1982-ci il təvəllüdlü Aslanova Əfqanə Abduləhəd qızı komaya düşüb.

Bu barədə Unikal.org-a onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Saatlının Mustafabəyli kənd sakini Aslanov Vidadi Qasım oğlu məlumat verib.

O, bildirib ki, hazırda həyat yoldaşı ağır vəziyyətdədir və Sabiradabad MRX-dan onu Bakıya gətirməyə icazə vermirlər: "Həyat yoldaşım 8 aylıq hamilə idi. 10 gün əvvəl müayinə üçün Sabirabad Mərkəzi Rayon Xəstəxanasına apardıq. Güllü və Nizami həkim onu müayinə etdikdən sonra keysəriyyə əməliyyatı olunmasının vacibliyini bildirdilər. Həmin gün həyat yoldaşım Ə.Aslanova 230 qan təzyiqi ilə əməliyyata götürüldü. Əməliyyatdan sonra oğlum dünyaya gəldi. Təəssüflər olsun ki, həyat yoldaşım hələ də komadadır. Sabirabad MRX-nın baş həkimi Əziz Mikayılovdan həyat yolşımın Bakıya göndərilməsini xahiş etmişəm. O isə deyir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən bölgələrdən paytaxta xəstə göndərilməsi qadağan edilib”.

V.Aslanov iddia edir ki, hazırda həyat yoldaşı şəraitsiz vəziyyətdə, heç bir tibbi xidmət göstərilmədən xəstəxanada saxlanılır: "Hazırda yoldaşım ölüm ayağındadır. Baş həkim və onun işçiləri bizim tələbimizi yerinə yetirmirlər. Həyat yoldşımın xəstəxanada qalmasını məqsədəuyğun hesab edirlər. Bizim də maddi imkanımız tükənib. Xahiş edirəm ki, Səhiyə naziri Oqtay Şirəliyev həyat yoldaşımın müalicəsinin Bakıda davam etdirilməsi üçün təcili göstəriş versin. Əks halda övladım anasız qalacaq”.

Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əziz Mikayılov Unikal.org –a açıqlmasında deyib ki, xəstənin vəziyyəti çox ağırdır: "Bakıdan özəl klinikadan əlavə dializ dəvət etmişik. Paytaxtdan iki briqada gəlir, hazırda yoldadırlar. Bu gün xəstəni müayinə edəcəklər. Xəstənin 3 il əvvəl 7 aylıq hamiləliyi pozulub. Həkim o vaxt ona müvəqqəti hamilə olmamağı tövsiyyə edib. Bir neçə gün əvvəl 230 təzyiqlə bura gətiriblər. Hazırda böyrəklər öz funksiyasını yerinə yetirə bilmir. Xəstə süni tənəffüz aparatına qoşulub. Belə vəziyyətdə olan xəstəni tərpətmək olmaz. Göz bəbəyinin üçdə iki hissəsi genişlənib.Yolda qanaxma arta bilər. Son sözü Bakıdan gələn briqada deyəcək
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO